
Azərbaycanın Qarabağ bölgəsinin bərpası üzrə təcrübəsi Ukrayna üçün faydalı ola bilər.
AVESTA.AZ xəbər veri ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev "X" sosial şəbəkəsindəki hesabında yazıb.
"Azərbaycan Prezidentinin Administrasiyasının dəvəti ilə diplomat həmkarlarımla birlikdə Qarabağ regionuna səfər etdik (1-2 may - red.). Bərpa və inkişaf tempi heyrətamizdir - Ukraynanın bərpası üçün faydalı təcrübədir", - Y.Qusev yazıb.
O, həmçinin bildirib ki, səfər çərçivəsində Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə Kiyev və Bakı arasında münasibətlərin inkişafını müzakirə edib.
Together with diplomatic colleagues, visiting the Karabakh region at the invitation of Azerbaijan’s Presidential Administration. Impressive pace of reconstruction and development — useful experience for ???????? recovery. Discussed strengthening ????????–???????? cooperation with @HikmetHajiyev. pic.twitter.com/0No0sFPkLt
— Yuriy Husyev (@Husyev) May 2, 2026
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.