Bu gün, 11:48 67

Abşeronda

Abşeron rayonunda yüksək təpəlik ərazilərdə istənilən ölçüdə torpaq sahələri almaq mümkündür. Bu torpağı ucuz qiymətə alırsan, şəhərin bütün mənzərəsi sənin olur. Bura qədər hər şey gözəl və cəlbedici səslənsə də, bu torpaqların sənədsiz, qazsız və susuz olduğunu öyrənəndə vəziyyət dəyişir.

AzTV komandası sözün əsl mənasında dağın ən yüksək hissəsinə gedib. Amma bu dağ artıq dağ olmaqdan çıxıb. Çünki hər addımda bir fərdi yaşayış evi var. Bu mənzərə onu göstərir ki, evlərin sayı günü-gündən artmaqda davam edir.

Ərazidə xeyli sayda boş torpaq sahələri mövcuddur və bu sahələr artıq hasara alınıb, satışa çıxarılıb. Maraqlısı isə budur ki, bu torpaqları kim və necə satır?

Ərazidə yüzlərlə belə ev var. Tikilən hər 10 evdən yalnız birində çıxarış tapmaq mümkündür, digərləri isə sənədsizdir. Sakinlərin sözlərinə görə, əksər hallarda yalnız bələdiyyə sənədi təqdim olunur.

Bu bələdiyyə sənədini necə əldə etmək mümkündür? AzTV əməkdaşları bu məqsədlə Hökməli bələdiyyəsinə üz tutublar. Alıcı qismində yaxınlaşıb beş sot torpaq almaq istədiklərini bildiriblər. Özünü bələdiyyə sədri kimi təqdim edən şəxs əməkdaşı satışda olan torpaq sahəsinə aparıb.

- Burada bir neçə belə sahə var. Yaxşı yerdir.

- Bələdiyyə sənədi verilir?

- Bəli, sənədlər var, qeydiyyat aparılır.

- Qazı, suyu, işığı varmı?

- Hələ yoxdur. Amma ev tikiləndən sonra çəkmək mümkündür.

- Çıxarış veriləcək?

- Hazırda bununla bağlı layihə hazırlanır. Torpaq komitəsində kadastr qeydiyyatı aparılıb, sonradan dövlət portalına yerləşdiriləcək.

Torpaq sahəsinin qiyməti ilə bağlı isə belə cavab verildi:

- Bu sahə təxminən 8 min manatadır. Amma bir az danışıq yeri var, daha ucuz da etmək olar.

Satıcı alıcıları əmin etməyə çalışır:

- Narahat olmayın, sabah başqa qurum gəlib əlavə pul tələb etməz.

Hətta tikintini necə tezləşdirmək barədə də "məsləhətlər" verilir:

- Əvvəlcə yavaş-yavaş başlayın, sonra işi sürətləndirərsiniz.

Göründüyü kimi, bu proses düşündüyümüzdən də asandır.

Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlanılıb. Bildirildi ki, sorğu aidiyyəti şöbəyə yönləndirilib və araşdırma aparıldıqdan sonra məlumat veriləcək.

Paylaş

Xəbər lenti

Bakıda barda qanlı olay: İçəri buraxılmayan şəxs mühafizəçini bıçaqladı Bu gün, 12:48 Bakıda və Abşeronda şimal-qərb küləyi arabir güclənib - FAKTİKİ HAVA Bu gün, 12:48 İlham Əliyev polşalı həmkarını Konstitusiya Günü münasibətilə təbrik edib Bu gün, 12:48 Bu gün 29 mindən çox şagird və abituriyent Azərbaycan dilindən imtahan verib Bu gün, 12:48 Buraxılış imtahanında bir nəfərdə gizlədilmiş mobil telefon aşkarlanıb Bu gün, 12:48 Sabah Bakıda 19, bölgələrdə 24 dərəcə isti olacaq Bu gün, 12:48 Qara Qarayev prospektində sıxlığı azaldacaq TƏKLİF: Sürücülərin işi asanlaşacaq Bu gün, 11:48 "Bakı Marafonu 2026" başlayıb Bu gün, 11:48 Tahir Gözəl ona çay verən şəxsə 50 manat bəxşiş verdi Bu gün, 11:48 Kəmalə Piriyeva: "Türk seriallarına həsəd aparıram" Bu gün, 11:48 Abşeronda "ucuz torpaq" tələsi: Qanunsuz evlər artır Bu gün, 11:48 Cahangeşt Balaxanı: "Meyxanaya məşhurlaşmaq üçün gələnlər unudulub gedirlər" Bu gün, 10:48 Qəzada ölən 17 yaşlı Yusifin FOTOsu Bu gün, 10:48 "Bakı Marafonu 2026" başlayır Bu gün, 10:48 İranın ABŞ-yə təqdim etdiyi 14 bəndlik təklifin bəzi DETALLARI Bu gün, 10:48 Azərbaycandan Ermənistana 8 vaqon gübrə göndəriləcək Bu gün, 10:48 Bu gün 29 mindən çox şagird və abituriyent Azərbaycan dilindən imtahan verəcək Bu gün, 09:48 Tramp təsdiqlədi: Almaniyadan qoşunlar çıxarılır Bu gün, 09:48 Ekspertdən təklif: "Piyadalar üçün cərimələr artırılsın" Bu gün, 09:48 Azərbaycan Premyer Liqasında bu gün daha iki oyun keçiriləcək Bu gün, 09:48 Kürdə suyun səviyyəsi artdı, İmişlinin üç kəndində torpaqlar su altında qaldı Bu gün, 00:48 Söküntü zamanı bəzi evlərin qiymətləndirilməsi zamanı xüsusi yanaşmanın tətbiqi təklif edilir Bu gün, 00:48 Eldar Rəsulov: WUF13 Festivalı Azərbaycanın digər bölgələrində də təşkil olunacaq Dünən, 23:48 WUF13 Festivalının ictimai proqramına 9 mindən çox iştirakçı qatılıb Dünən, 23:48 ABŞ Kubada hərbi əməliyyat keçirmək imkanını araşdırır Dünən, 23:48 Qərbi Azərbaycan İcmasında qaçqınların qayıdış hüququ ilə bağlı beynəlxalq konfrans keçirilib Dünən, 23:48 "OPEC+" iyun ayı üçün neft hasilatı kvotasının artırılmasını razılaşdırıb Dünən, 22:48 Ailəsini amansızlıqla qətlə yetirən Əhməd müalicə aldığı müəssisədən qaçıb? Dünən, 22:48 İran ABŞ ilə sülh planını Pakistana təqdim edib Dünən, 22:48 Premyer Liqa: "İmişli" "Araz-Naxçıvan"a qalib gəlib Dünən, 21:48 Səfirlik: Karlonun Ağdam və Füzuliyə səfəri ABŞ-Azərbaycan əməkdaşlığının genişləndiyini təsdiqləyir Dünən, 21:48 Lənkəranda keçirilən WUF13 Festivalı başa çatıb Dünən, 21:48 XƏBƏRDARLIQ: Dolu düşəcək, bəzi çaylarda sululuq artacaq Dünən, 20:48 "Airblue" Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır Dünən, 20:48 Yılmaz: Azərbaycan ilə Ermənistan arasında davamlı sülhün əldə olunması çox önəmlidir Dünən, 20:48 Nazir: "Sosial rifahın yüksəldilməsi üzrə mühüm nailiyyətlər əldə olunub" Dünən, 19:48 Qeyri-sabit hava fermerləri çətin vəziyyətə saldı: Meyvə BAHALAŞACAQ? Dünən, 19:48 İran ABŞ-ni ölkə daxilində qeyri-sabitlik yaratmağa çalışmaqda günahlandırıb Dünən, 19:48 "Heydər Əliyev kuboku-2026": Azərbaycanın səkkiz boksçusu turnirə qələbə ilə başlayıb Dünən, 19:48 Vaşinqtonla Tehran arasında münaqişə yenidən alovlana bilər - İran rəsmisi AÇIQLADI Dünən, 18:48 Premyer Liqa: "Kəpəz" "Sumqayıt"ı məğlub edib Dünən, 18:48 Qidalanma vərdişləri qastrit və xoraya necə təsir edir? Dünən, 18:48 WUF13: Əlilliyi olan şəxslər üçün "Əlçatan Metro" xidməti mövcuddur Dünən, 18:48 DİN: Axtarışda olan 200 nəfər saxlanılıb Dünən, 18:48 Azərbaycan və Pakistan arasında həftəlik birbaşa uçuşların ümumi sayı 10-a çatır Dünən, 17:48 "Böyük Dəbilqə": Rəşid Məmmədəliyev bürünc medal qazanıb Dünən, 17:48 Botaqoz Bermuhambetova: "Qazaxıstan təhsil sahəsində Azərbaycanla əməkdaşlığı genişləndirir" Dünən, 17:48 Anasının xəstəliyindən danışan Fatimə ağladı Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR