
Məşhur müğənni və aparıcı Seren Serengil Əməkdar artist Aybəniz Haşımova ilə bağlı paylaşım edib.
BAKU.WS xəbər verir ki, o şəxsi instaqram hesabında Haşımovanın türkiyəli həmkarı Sezen Aksunun "Biliyorsun" ifasını səsləndirdiyi görüntüləri yayımlayıb.
Kadrlar Xəzər TV-də yayımlanan "Xəzər axşamı" proqramında lentə alınıb.
Seren Serengil videoya "Nə qədər gözəl səslər..." qısa şərhini də əlavə edib.
Xatırladaq ki, Sezen Aksunun "Biliyorsun" mahnısı ilk dəfə 1978-ci ildə sinql kimi buraxılıb. Daha sonra isə 1981-ci ildə çıxan "Ağlamak Güzeldir" albomuna daxil edilib.
Sözügedən ifanın söz və musiqisi Sezen Aksunun özünə aiddir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.