
Azərbaycan və Harvard Universitetinin "Growth Lab" mərkəzi arasında üçillik əməkdaşlığın yekunları nəzərdən keçirilib.
AVESTA.AZ xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Harvard Universitetinin "Growth Lab" mərkəzinin təsisçisi və direktoru professor Rikardo Hausman ilə görüşümüzdə Azərbaycan hökuməti və "Growth Lab" tədqiqat mərkəzi arasında üçillik tədqiqat əməkdaşlığının yekunlarını və görülmüş işləri nəzərdən keçirdik. "Growth Lab" tədqiqat mərkəzinin tövsiyələrinin icrasını və potensial tərəfdaşlıq istiqamətləri üzrə növbəti addımları müzakirə etdik", - deyə nazir qeyd edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.