
ABŞ Prezidenti Donald Trump Çinə enerji təchizatı ilə bağlı yeni təklif irəli sürüb.
AVESTA.AZ xəbər verir ki, Tramp rəsmi Pekinə Fars körfəzi və İran mənbələri əvəzinə ABŞ neftindən istifadə etməyi təklif etdiyini bildirib. O qeyd edib ki, bu məsələni Xi Jinping ilə keçiriləcək görüşdə müzakirə etməyi planlaşdırır.
Prezidentin sözlərinə görə, Çin hazırda neft tələbatının böyük hissəsini Hörmüz boğazı vasitəsilə təmin edir. Tramp Çin tankerlərinin ABŞ sahillərinə, xüsusilə Texas, Luiziana və Alyaska ştatlarına yönləndirilməsini təklif etdiyini vurğulayıb.
O həmçinin bildirib ki, qarşıdakı görüşdə əsas müzakirə mövzularından biri Yaxın Şərqdəki müharibə olacaq.
Qeyd edək ki, Tramp və Si Cinpin arasında görüşün mayın 14-15-də Pekində keçirilməsi planlaşdırılır. Görüşdə tərəflərin enerji və regional təhlükəsizlik məsələlərini müzakirə edəcəyi gözlənilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.