
Kolumbiyanın cənub-qərbində baş verən partlayış nəticəsində 14 nəfər həyatını itirib, 38 nəfər yaralanıb.
BAKU.WS xəbər verir ki, hadisə Cajibio qəsəbəsində, Pan-Amerika magistral yolunda qeydə alınıb. Yol kənarına yerləşdirilən partlayıcı qurğu avtomobillərin keçidi zamanı işə salınıb.
Hadisə yerinə çoxsaylı təhlükəsizlik qüvvələri cəlb olunub, yaralılar xəstəxanalara çatdırılıb.
Kolumbiya Prezidenti Gustavo Petro hücuma görə FARC-a bağlı "Estado Mayor Central" qruplaşmasının lideri Ivan Mordisconu məsul tutub.
Prezident hücumu kəskin şəkildə pisləyərək təhlükəsizlik qüvvələrinə əməliyyatların genişləndirilməsi tapşırığını verib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.