
Yaxın Şərqdə artan gərginlik fonunda Hörmüz boğazı ərazisində fransız yük gəmisinə hücum edildiyi bildirilir.
AVESTA.AZ xəbər verir ki, CMA CGM şirkətinə məxsus "San Antonio" adlı gəmi boğazdan keçərkən hədəfə alınıb. Hadisə nəticəsində gəmidə ciddi ziyan yaranıb, ekipaj üzvləri arasında yaralananlar var.
Şirkətin açıqlamasında bildirilib ki, hücumdan sonra yaralıların təxliyəsi həyata keçirilib və onlar tibbi yardım alıblar.
Hadisənin detalları və hücumu kimin törətdiyi hələlik açıqlanmayıb.
Qeyd olunur ki, ABŞ və İran arasında bölgədə artan qarşıdurma fonunda Hörmüz boğazında təhlükəsizlik riskləri daha da yüksəlib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.