Bu gün, 12:48 117

Fermerlərin 150 kV-dək günəş enerjisindən istifadəsinə icazə tələb olunmur - Nazir müavini

Mövcud qanunvericilik ayrı-ayrı fermer təsərrüfatlarında "yaşıl enerji"nin, xüsusilə günəş panellərinin tətbiqinə imkan verir. "Azərişıq" və yaxud yaxındakı enerji sistemindən müvafiq texniki şərt almaqla, 150 kV-dək olan güc üçün heç bir icazə tələb olunmur.

BAKU.WS trend-ə istinadən xəbər verir ki, bunu energetika nazirinin müavini Samir Vəliyev bu gün Bakıda keçirilən 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumunun 3-cü günündə deyib.

O bildirib ki, kənd təsərrüfatında, ümumilikdə aqrar sektorda süni intellektin tətbiqinin əsas nəticələrindən biri enerji səmərəliliyinin artırılmasıdır:

"Çünki aqrar sektor kifayət qədər enerji tutumlu sahədir. Energetika sahəsinə gəldikdə isə burada rəqəmsallaşma və süni intellekt məsələləri xüsusi əhəmiyyət daşıyır. Bu, həm elektrik enerjisinin istehsalı, həm ötürülməsi, həm də paylanması proseslərində mühüm rol oynayır. Son illərdə Prezident İlham Əliyevin müəyyən etdiyi siyasətə uyğun olaraq bərpa olunan enerji mənbələrindən istifadənin miqyası əhəmiyyətli dərəcədə genişlənir. Bu layihələrin idarə olunması isə rəqəmsallaşma olmadan mümkün deyil. Xüsusilə bərpa olunan enerji layihələrinin idarə edilməsində hava proqnozları mühüm əhəmiyyət kəsb edir.

Çünki bərpa olunan enerji birbaşa təbii amillərlə bağlıdır. Günəş və külək enerjisinin səmərəli istifadəsi üçün günəşli və küləkli günlərin əvvəlcədən müəyyən olunması enerji planlaşdırılmasının əsas şərtlərindən biridir. Bu həm də enerji sisteminin dayanıqlığına xidmət edir".

Nazir müavini vurğulayıb ki, enerji sisteminin balanslaşdırılması üçün rəqəmsallaşma və proqnozlaşdırma vasitəsilə əldə olunan məlumatların emalı xüsusi önəm daşıyır:

"Aqrar sektorda isə rəqəmsallaşma və süni intellekt konkret istiqamətlərdə enerji səmərəliliyinin artırılmasına şərait yaradır. Məsələn, "ağıllı" istixanaların tətbiqi nəticəsində zəruri temperaturun daim qorunması təmin edilir və artıq enerji sərfiyyatının qarşısı alınır. Eyni zamanda, müasir suvarma sistemlərinin tətbiqi enerji qənaəti baxımından böyük imkanlar yaradır. Bu sahədə ciddi potensial mövcuddur".

S. Vəliyev xatırladıb ki, hazırda işğaldan azad olunmuş ərazilər - Qarabağ və Şərqi Zəngəzur "yaşıl enerji" zonaları elan olunub:

"Həmin ərazilərdə aparılan məskunlaşma, yaşayış məntəqələrinin qurulması və təsərrüfat fəaliyyətləri əsasən "yaşıl texnologiyalar"ın və müasir enerji həllərinin tətbiqinə əsaslanır. Mövcud qanunvericilik fermer təsərrüfatlarında "yaşıl enerji"dən, xüsusilə günəş panellərindən istifadəyə imkan yaradır.

Əgər sistem avtonom rejimdə fəaliyyət göstərəcəksə, ümumiyyətlə fermerlərə texniki şərtin alınmasına da ehtiyac qalmır. Yəni fermerlərin bu imkanlardan istifadə etməsi üçün kifayət qədər əlverişli mühit formalaşdırılıb. Düşünürəm ki, gələcəkdə təkcə iri fermer təsərrüfatları deyil, daha kiçik təsərrüfatlar da xərclərin azaldılması və enerji resurslarından daha səmərəli istifadə məqsədilə bu müasir yanaşmalardan geniş şəkildə yararlanacaqlar.

Energetika Nazirliyi və nazirliyin nəzdində fəaliyyət göstərən Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi də bu istiqamətdə fermerlərə həm texniki, həm də məsləhət dəstəyi göstərməyə hazırdır".

O əlavə edib ki, texniki şərt prosedurunun sadələşdirilməsi fermerlər və sahibkarlar üçün prosesi daha rahat edib.

"Bu da alternativ enerjiyə keçid baxımından əlavə motivasiya yaradır. Hesab edirəm ki, məhz bu səbəbdən insanlar gələcəkdə alternativ enerji mənbələrinə daha çox üstünlük verəcəklər", - nazir müavini qeyd edib.

Paylaş

Xəbər lenti

Bağçada uşaqları təhqir edən tərbiyəçi ilə bağlı QƏRAR Bu gün, 13:48 Magistratura imtahanı ilə bağlı VACİB proqnoz Bu gün, 13:48 Xəzər rayonunda 6 kiloqramdan çox narkotik dövriyyədən çıxarılıb Bu gün, 13:48 Alimlərdə 2027-ci il ilə bağlı XƏBƏRDARLIQ! Quraqlıq, daşqın və tropik fırtınalar Bu gün, 13:48 İran limanları gəmiçilik və humanitar xidmətlərə açıq elan edilib Bu gün, 13:48 İsmayıllıda 43 yaşlı kişi itkin düşüb Bu gün, 13:48 Bir qrup ukraynalı tələbə Azərbaycanda reabilitasiya xidmətlərinə cəlb olunub Bu gün, 13:48 Cənubi Koreyada robot buddizmə "qəbul edildi" Bu gün, 13:48 Füzuli sakini yanğında tüstüdən zəhərlənərək ölüb Bu gün, 12:48 Ancelina Coli məhkəmədə Bred Pitt üzərində üstünlük qazandı Bu gün, 12:48 Metro ilə bağlı DƏYİŞİKLİK - 9 və 11 may tarixlərində... Bu gün, 12:48 Azərbaycan və Almaniya nəqliyyat sahəsində əməkdaşlığı genişləndirir Bu gün, 12:48 Aktiv ƏDV və vergi ödəyicilərinin sayı artıb - RƏQƏMLƏR AÇIQLANDI Bu gün, 12:48 VI "Qızıl Şah" Milli Kulinariya Çempionatı keçirilir Bu gün, 12:48 Artıq 100 minə yaxın uşaq birinci sinfə qəbul olunub Bu gün, 12:48 Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar təşkil edilən "Ən yaxşı təqdimat" müsabiqəsi başa çatıb Bu gün, 12:48 Sabah hava 22 dərəcə İSTİ OLACAQ - HAVA PROQNOZU Bu gün, 12:48 Bakı Slavyan Universitetinin professoru vəfat edib Bu gün, 12:48 Dövlət Neft Fondundan büdcəyə transfert 100 faiz icra edilib Bu gün, 12:48 Fermerlərin 150 kV-dək günəş enerjisindən istifadəsinə icazə tələb olunmur - Nazir müavini Bu gün, 12:48 Polkovnikin ölümündən sonra üzə çıxan CİNAYƏTİ: Dövlətə BİR MİLYON ZİYAN VURUB Bu gün, 12:48 Bakı-Sumqayıt qatarının qeyri-iş günlərindəki QRAFİKİ Bu gün, 11:48 Moskvada 9 Mayda mobil internet məhdudlaşdırılacaq Bu gün, 11:48 Balakən kanat yolunun inşasına başlanılıb Bu gün, 11:48 Tanınmış terapevt-uroloq vəfat edib Bu gün, 11:48 Bakıdakı xəstəxanada biraylıq KÖRPƏ ÖLDÜ Bu gün, 11:48 Vəkil olmaq istəyənlərin DİQQƏTİNƏ! Bu gün, 11:48 Hantavirusla bağlı yeni YOLUXMALAR Bu gün, 11:48 Azərbaycanın büdcə göstəriciləri açıqlanıb: 4 ayda 16 milyard manatdan çox gəlir Bu gün, 11:48 Hərbçilərimizin Türkiyədə iştirak etdiyi çoxmillətli birgə təlimdən GÖRÜNTÜLƏRİ Bu gün, 11:48 Hakim: Məhkəmə cəzanı emosiyaya görə deyil, qanuna əsasən müəyyən edir Bu gün, 11:48 Sarayda avtomobil partlayıb, xəsarət alan var Bu gün, 11:48 Novex Group "InterFood Azerbaijan" 31-ci beynəlxalq qida sənayesi sərgisində iştirak edir Bu gün, 10:48 Bu küçədə hərəkət MƏHDUDLAŞACAQ Bu gün, 10:48 Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana alüminium və taxıl göndərilib Bu gün, 10:48 BMT-də WUF13-ə hazırlıq mövzusuna həsr olunmuş yüksək səviyyəli tədbir keçirilib Bu gün, 10:48 Qusarda məşhur şadlıq sarayı BAĞLANDI Bu gün, 10:48 Nazirin işdən çıxartdığı Təranə Əhmədovaya TƏBİB-də VƏZİFƏ VERİLDİ Bu gün, 10:48 Türkiyəyə qar yağıb Bu gün, 10:48 Gəncədə yeniyetmə yaşıdı tərəfindən BIÇAQLANDI Bu gün, 09:48 Qaxda dörd kənd qazsız qalıb Bu gün, 09:48 "Bitcoin"in qiyməti DÜŞDÜ Bu gün, 09:48 "Neftçi" FIFA-nın transfer qadağasının 3-5 gün ərzində ləğv ediləcəyini açıqlayıb Bu gün, 09:48 Azərbaycan nefti 10 dollara yaxın UCUZLAŞDI Bu gün, 09:48 Azərbaycanda 200-dən çox ahıl şəxs sosial xidmət müəssisəsində yaşayır Bu gün, 09:48 Qəbiristanlıq yaxınlığında tapılan azyaşlının anası erkən evliliyin qurbanı olub Bu gün, 00:48 Bakı-Ankara birliyi Parisin siyasi şousuna fürsət vermədi Dünən, 23:48 Ayxan Hacızadə: Jan Noel Baronun Azərbaycan əleyhinə səsləndirdiyi iddiaları qətiyyətlə rədd edirik Dünən, 23:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR