
Rusiya funksional çoxnövçülük çempionu Dmitri İsayev qətlə yetirilib.
BAKU.WS Rusiya mətbuatına istinadən xəbər verir ki, Rusiya funksional çoxnövçülük çempionu Dmitri İsayev Kaluqada öldürülüb.
Məlumata görə, İsayev 7 may gecəsi güllələnib. Ölüm xəbəri onun son vaxtlar fəaliyyət göstərdiyi klub tərəfindən təsdiqlənib.
İdmançının dostunun sözlərinə görə, İsayevin heç kimlə mübahisəsi olmayıb və ətrafındakılar tərəfindən mehriban və şən insan kimi xatırlanıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.