Bu gün, 17:48 50

İlham Əliyev Cəbrayıl rayonunun Şükürbəyli kəndinin açılışında iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Cəbrayıl rayonunun Şükürbəyli kəndinin açılışında iştirak ediblər.

BAKU.WS xəbər verir ki, dövlət başçısı əvvəlcə kənddə inşa edilmiş 360 şagird yerlik məktəb binasının açılışını edib.

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Şükürbəyli kəndində görülmüş işlər barədə dövlət başçısına və birinci xanıma məlumat veriblər.

Bildirilib ki, Şükürbəyli Cəbrayıl rayonunun eyniadlı inzibati ərazi dairəsində, rayon mərkəzindən 18 kilometr cənub-şərqdə, düzənlik ərazidə yerləşir.

Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. İşğaldan əvvəl kənddə məktəb, klub, kitabxana və xəstəxana fəaliyyət göstərib, əhali əsasən üzümçülük, heyvandarlıq, taxılçılıq və baramaçılıqla məşğul olub. Kənd 2020-ci ildə Vətən müharibəsi zamanı rəşadətli Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib. Prezident İlham Əliyev 2023-cü ildə kəndin təməlini qoyub.

Sonra elm və təhsil naziri Emin Əmrullayev məktəbdə yaradılmış şərait barədə dövlətimizin başçısına və birinci xanıma məlumat verib.

Diqqətə çatdırılıb ki, işğaldan azad edilmiş digər ərazilərimizdə istifadəyə verilən yeni məktəblərdə olduğu kimi, bu təhsil müəssisəsində də müəllim və şagirdlər üçün hərtərəfli şərait yaradılıb. Məktəbdə tədrisin yüksək səviyyədə aparılması üçün zəruri fənn kabinetləri, həmçinin fizika, kimya, biologiya laboratoriyaları, informatika, texnologiya, ibtidai hərbi hazırlıq sinifləri var. Bundan başqa, məktəbdə kitabxana, akt və idman zalları, yeməkxana müəllim və şagirdlərin ixtiyarına verilib. Ərazidə, eyni zamanda, futbol və basketbol meydançaları da yaradılıb.

Qeyd edək ki, müasir təhsil ocaqlarının qurulması işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı quruculuq işlərinin mühüm tərkib hissəsidir. Ən yüksək standartlara cavab verən təhsil müəssisələri yeni texnologiyalarla, zəruri maddi-texniki baza ilə təchiz olunur.

Paylaş

Xəbər lenti

İlham Əliyev və Mehriban Əliyeva Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının binasının tikintisi ilə tanış olublar Bu gün, 18:48 İlham Əliyev: Azərbaycan xalqının tarixi yaddaşı heç vaxt silinməyib Bu gün, 18:48 Cəbrayılın Şükürbəyli kəndinin ikinci mərhələsi də nəzərdə tutulur Bu gün, 18:48 İlham Əliyev: Cəbrayılın Azərbaycan üçün böyük töhfəsi olacaq Bu gün, 18:48 İlham Əliyev: "Bir-iki ilə Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 meqavata yaxın olacaq" Bu gün, 18:48 Prezident: Şükürbəyli kəndi tamamilə yenidən qurulub Bu gün, 18:48 Birinci vitse-prezident Mehriban Əliyeva Zəngilanın təbiəti ilə bağlı paylaşım edib Bu gün, 18:48 Denver hava limanında təyyarə adam vurub Bu gün, 17:48 İlham Əliyev Cəbrayıl rayonunun Şükürbəyli kəndinin açılışında iştirak edib Bu gün, 17:48 Avropa İttifaqı qaz anbarlarını doldura biləcəkmi? - Son göstəricilər açıqlandı Bu gün, 17:48 İlham Əliyev və Mehriban Əliyeva Şükürbəyli kəndində fərdi evlərdə yaradılmış şəraitlə tanış olublar Bu gün, 17:48 Prezident və birinci xanım Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən sakinlərlə görüşüblər Bu gün, 17:48 Dövlət başçısı Cəbrayılda 330 kV-luq "Şəfəq" yarımstansiyasının açılışında iştirak edib Bu gün, 17:48 Bakıda keçmiş məhkum yenə həbs olundu Bu gün, 16:48 "Liverpul" Braziliya millisinin üzvünü transfer etmək istəyir Bu gün, 16:48 Naxçıvanda xarici valyutada əmanətlər 40 %-dən çox artıb Bu gün, 16:48 Bərdədə ödəmə terminallarından 40 min manat oğurlanıb Bu gün, 16:48 Bir sıra Aİ ölkəsi hantavirusun yayıldığı kruiz gəmisindəki sərnişinlər üçün təyyarə göndərəcək Bu gün, 16:48 Messi futbolda ilk dəfə varisini AÇIQLADI Bu gün, 15:48 Amputasiya riskinin olmaması üçün şəkər xəstəsi nəyə diqqət etməlidir? Bu gün, 15:48 Daha bir kruiz gəmisində kütləvi yoluxma - 100 dən çox sərnişində norovirus aşkarlandı Bu gün, 15:48 "Böyük Dəbilqə": Rəşid Məmmədəliyev bürünc medal uğrunda mübarizə aparacaq Bu gün, 15:48 "Haber Global" Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı reportaj yayımladı Bu gün, 15:48 Cəmşid Naxçıvanski adına Hərbi Liseyə mediatur təşkil olunub Bu gün, 14:48 "El-Klasiko"dan əvvəl "Real Madrid" azarkeşləri üçün şad xəbər Bu gün, 14:48 Dövlət Xidmətinin şəxsi heyəti Heydər Əliyevin xatirəsini yad edib Bu gün, 14:48 Kursant Seymur Ağamalıyev: "C.Naxçıvanski adına Hərbi Liseyin yaradılması Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilib" Bu gün, 14:48 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıla səfər ediblər Bu gün, 14:48 Bakı-Xankəndi velosiped yarışının mükafat fondu 50 min avrodan çoxdur Bu gün, 14:48 Göygöldə avtomobillər toqquşub, iki qardaş xəsarət alıb Bu gün, 14:48 Həkim stressə davamlılığı artıran qidaları açıqlayıb Bu gün, 13:48 Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş yarış keçirilib Bu gün, 13:48 Moskvada faşizm üzərində qələbənin 81-ci ildönümü münasibətilə parad keçirilib Bu gün, 13:48 Qobustanda dəmiryol stansiyası ərazisində GÜCLÜ YANĞIN Bu gün, 13:48 DİN-in şəxsi heyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib Bu gün, 13:48 Özünü vəkil kimi təqdim edib dələduzluq əməlləri törədən şəxs həbs olunub Bu gün, 13:48 Zabrat qəsəbəsində boru partladı, ərazini su basdı Bu gün, 13:48 Faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycan övladlarının xatirəsi ehtiramla anılıb Bu gün, 12:48 Sabah 28 dərəcə isti olacaq - Hava proqnozu Bu gün, 12:48 Azərbaycanda hoteldə yanğın olub Bu gün, 12:48 Madriddə yaşayan azərbaycanlı gənc ölüb Bu gün, 12:48 Azərbaycanın bəzi ərazilərinə qar yağıb - FAKTİKİ HAVA Bu gün, 11:48 Azərbaycan nefti 4 %-dən çox bahalaşıb Bu gün, 11:48 Bu da oldu… - Gənc qız süni intellekt asılılığına görə müalicəyə başladı Bu gün, 11:48 "Xarı Bülbül" restoranında DAVA: Həmkarını döyən ofisinat CƏZALANDIRILDI Bu gün, 11:48 Azərbaycanda əcnəbilərlə nikahların sayı azalıb - İlk 4 ölkə Bu gün, 11:48 Bu gün Arif Məlikovun anım günüdür Bu gün, 10:48 Bu marşrutların hərəkət istiqaməti dəyişdirildi - SİYAHI Bu gün, 10:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR