3-10-2024, 16:42 431

Prezident Cəbrayıl şəhərində tam orta məktəbin binasının açılışında iştirak edib - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 3-də Cəbrayıl şəhərində Mehdi Mehdizadə adına 960 şagird yerlik tam orta məktəbin binasının açılışında iştirak ediblər.

"AVESTA.AZ" xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlətimizin başçısına və birinci xanıma məktəbdə yaradılan şərait barədə məlumat verdi.

Diqqətə çatdırıldı ki, ərazisi 2,7 hektar olan məktəbdə 40 sinif otağı və 5 inzibati otaq var. Şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün sinif otaqları zəruri dərs vəsaitləri ilə təchiz edilib. Təhsil ocağında, həmçinin kimya, fizika, biologiya laboratoriyaları, texnologiya və informatika otaqları, 4 STEAM otağı, çağırışaqədərki hazırlıq kabineti, kitabxana, akt və idman zalları, yeməkxana yaradılıb.

Məktəbdə internet, mebel-inventar və digər zəruri avadanlıqlar müasir tələblər səviyyəsindədir. Təhsil ocağının həyətində abadlıq işləri görülüb, futbol, basketbol, voleybol və açıq oyun meydançaları yaradılıb.

Xatırladaq ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq Cəbrayıl şəhərində məktəb binasının layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Prezidenti 2021-ci ildə Sərəncam imzalayıb.

Təhsil ocağının təməli 2021-ci il oktyabrın 4-də Prezident İlham Əliyev tərəfindən qoyulub.

Qeyd edək ki, Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən hərbi təcavüzü nəticəsində işğal olunan rayonların təhsil infrastrukturu da tamamilə dağıdılıb. İşğaldan azad edilən ərazilərdə təhsil infrastrukturunun bərpası istiqamətində Prezident İlham Əliyevin müvafiq sərəncamları və tapşırıqları ilə hazırda mühüm işlər görülür. Bu, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda əksini tapıb. Tədbirlər Planına əsasən, Elm və Təhsil Nazirliyinə 2022-2026-cı illərdə ərazi planlaşdırma sənədlərinə uyğun olaraq, yaşayış məntəqələrində təhsil müəssisələrinin tikintisi və bərpası ilə bağlı təkliflərin hazırlanması tapşırılıb.

13.00

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 3-də Cəbrayıl şəhərində Mehdi Mehdizadə adına 960 şagird yerlik tam orta məktəbin binasının açılışında iştirak ediblər.

“AVESTA.AZ” xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Paylaş

Xəbər lenti

KOBİA: "Startap" şəhadətnaməsi almış KOB-ların ümumi dövriyyəsi 2 dəfə artıb Bu gün, 11:49 Bakıda sərnişin avtobosu sürücüsündən qəribə hərəkət Bu gün, 11:49 Bakıda arvadını və özünü güllələyən kişinin SON DURUMU - RƏSMİ AÇIQLAMA Bu gün, 11:49 Milli Məclisin iclası başlayıb, gündəlikdə 22 məsələ var Bu gün, 11:48 Sabah Development: Gələcəyə Addım - Sabah gələcəyi necə formalaşdırır? Bu gün, 11:48 Parlament beynəlxalq sənədi ratifikasiya etdi Bu gün, 11:48 Azərbaycanda onlayn qumar oyunlarının keçirilməsinə görə cəzaların sərtləşdirilməsi son oxunuşda qəbul edilib Bu gün, 11:48 Moped sürücüləri üçün yeni tələblər müəyyənləşir Bu gün, 11:48 Bu rayonda bir neçə küçənin yolları TƏMİR EDİLƏCƏK Bu gün, 11:48 Pirşağıda obyektdən 6 min manatlıq oğurluq olub Bu gün, 11:48 Azərbaycan neftinin qiyməti 79 dollara düşüb Bu gün, 10:48 Azərbaycan və Serbiya Müdafiə nazirlikləri arasında kibertəhlükəsizlik üzrə əməkdaşlıq müzakirə olunub Bu gün, 10:48 Velosiped və skuter sürənlərin NƏZƏRİNƏ Bu gün, 10:48 4-cü Şuşa Qlobal Media Forumu keçiriləcək Bu gün, 10:48 Azərbaycanda 1-ci sinfə gedənlərin sayı azalır – "Uşaq pulu" həll yolu ola bilər? Bu gün, 10:48 Zakir Həsənov Selçuk Bayraktarı qəbul edib Bu gün, 10:48 "Araz-Naxçıvan"ın futbolçusu İbrahim Piriyev əməliyyat olunub Bu gün, 10:48 Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlandı Bu gün, 10:48 Kirayə ev tutmaq istəyən tələbə qızlar aldadıldıqlarını İDDİA EDİRLƏR Bu gün, 09:48 DÇ-2026-da 1/4 final həyəcanı davam edir: İspaniya Belçikanı sınağa çəkəcək Bu gün, 09:48 Azərbaycan UEFA reytinqində bu həftə 0,750 əmsal qazanıb Bu gün, 09:48 Azərbaycan və Rusiya Samur çayının su ehtiyatları ilə bağlı yekun protokol imzalayıb Bu gün, 09:48 Çayxanada qanlı dava: Müştərinin sifətinə bıçaq zərbəsi endirdi - CƏZA Bu gün, 09:48 "Neftçi" Sloveniyada üçüncü yoxlama oyununa çıxacaq Bu gün, 09:48 Bakıda bu ərazilərdə işıq olmayacaq - KÜÇƏLƏRİN ADLARI Bu gün, 08:48 DÇ-2026: Mərakeşə qalib gələn Fransa ilk yarımfinalçı olub Bu gün, 08:48 Kondisioner istifadə edənlərin diqqətinə: Çoxlarının bilmədiyi TƏHLÜKƏ Bu gün, 08:48 Zaqatala sakinləri sel səbəbindən içməli susuz qalıb Bu gün, 08:48 Xankəndi niyə böyük dövlətlərin maraqlarının toqquşduğu məkana çevrildi? Bu gün, 08:48 "Kəndə gedən yol dağılıb, gediş-gəliş kəsilib" - Zaqatalada güclü sel FƏSADLAR TÖRƏDİB Bu gün, 08:48 Serbiyada yanacağa tətbiq olunan aksiz vergisi azaldılır Bu gün, 00:48 Paytaxt sakininə 26 min manat cərimə yazılıb? - "Hakim də sübut istədi, məhkəməyə gəlmədilər" Bu gün, 00:48 "Vəd verən çox olsa da, addım atan yoxdur" - Qəbələdə kənd sakinləri problemlərdən ŞİKAYƏT ETDİLƏR Bu gün, 00:48 Azərbaycanın diplomatik gedişi: İsrailin "erməni soyqırımı" təşəbbüsü necə dayandırıldı? Dünən, 23:48 "Vestri"nin baş məşqçisi: "Güclü rəqibə qarşı yaxşı oyun sərgilədik" Dünən, 23:48 Məşhəddəki dəmir yolu xətlərindən birində qatarların hərəkəti bərpa edilib Dünən, 23:48 Sürücülərin NƏZƏRİNƏ: Bakı Dairəvi Yolunda hərəkət MƏHDUDLAŞDIRILACAQ Dünən, 23:48 Qurban Qurbanov: "Rəqib çox yaxşı müdafiə olundu" Dünən, 23:48 UEFA Avropa Liqası: "Qarabağ" "Vestri"ni məğlub edib Dünən, 22:48 "28 May" stansiyasında eskalatorlardan biri istismardan çıxarılacaq Dünən, 22:48 Samvel Karapetyanın ev dustaqlığı müddəti uzadıldı Dünən, 22:48 İti görmənin sirri açıldı: Hər şey ana bətnində başlayır Dünən, 22:48 Volodimir Zelenski: Azərbaycan və Türkiyəyə bir daha təşəkkür etmək istəyirəm Dünən, 22:48 "Sumqayıt" portuqaliyalı mütəxəssis Filipe Kandido ilə 1 illik müqavilə bağlayıb Dünən, 22:48 Sarukyanın sement zavodu milliləşdirilir: Paşinyandan etirazçılara xəbərdarlıq Dünən, 21:48 ABŞ-də hava limanına Donald Trampın adı verildi Dünən, 21:48 Yayda avtomobil yanğınları niyə artır? – Hər sürücünün bilməli olduğu məqamlar Dünən, 21:48 Qarşıya qoyulan hədəflər ölkəni innovasiya mərkəzlərindən birinə çevirmək məqsədi daşıyır Dünən, 21:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR