Bu gün, 00:48 65

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür.

BAKU.WS xəbər verir ki, Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olub.

O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil alıb. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməyib.

1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləyib və 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarında işə göndərilib. Bu dövrdən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. Həmin illərdə o, Leninqrad şəhərində (indiki Sankt-Peterburq) xüsusi ali təhsil alıb. 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib.

Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Mərkəzi Komitənin birinci katibi seçilərək respublikanın rəhbəri olub. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub. Heydər Əliyev iyirmi il ərzində SSRİ və Azərbaycan SSR Ali Sovetlərinin deputatı olub və beş il SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışıb.

Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib.

Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilən cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranan kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.

1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev əvvəlcə Bakıda, sonra isə Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilən təsis qurultayında partiyanın sədri seçilib.

1993-cü ilin may-iyununda hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Azərbaycanın o zamankı rəhbərləri Heydər Əliyevi rəsmən Bakıya dəvət etməyə məcbur oldular. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı.

1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. O, 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq verən Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina edib.

Azərbaycanın Ümummilli Lideri, Prezident Heydər Əliyev 2003-cü il dekabrın 12-də müalicə olunduğu Klivlend klinikasında (ABŞ) vəfat edib, dekabrın 15-də Bakıda Fəxri Xiyabanda dəfn olunub.

Heydər Əliyev bir çox dövlət orden və medallara, beynəlxalq mükafatlara layiq görülüb, müxtəlif ölkələrin universitetlərinin fəxri doktoru seçilib.

Prezident İlham Əliyev 2022-ci ilin sentyabrın 29-da "Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında" sərəncam imzalayıb. Dövlət başçısının 2022-ci ilin noyabrın 28-də imzaladığı digər sərəncamı ilə "Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi ilə bağlı Tədbirlər Planı" təsdiqlənib. Tədbirlər Planına uyğun olaraq, ölkəmizdə və xaricə Ulu Öndərin anadan olmasının 100 illiyi əlaqədar müxtəlif tədbirlər keçirilib.

Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusu Qarabağın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi. Ulu Öndərin bu arzusunu və vəsiyyətini onun layiqli davamçısı, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev yerinə yetirdi.

Dövlət başçısı İlham Əliyev xalqımıza 2023-cü il sentyabrın 19-da növbəti qələbənin sevincini yaşatdı. Dövlət bayrağımızı əzəli və əbədi torpaqlarımızda - Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə, Əsgəranda ucaltmaqla xalqımızın arzularını çin etdi. Bununla da müstəqil Azərbaycanın suverenliyi tam bərpa olundu.

Hazırda işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur, ərazilər minalardan təmizlənir, genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır.

Paylaş

Xəbər lenti

Putindən İrəvanın AB-yə qoşulmaq planlarına cavab: Faydalı "boşanma" yolu ilə gedəcəyik Bu gün, 00:48 Putin Zelenski ilə görüşməyə hazırdır: Son nöqtə olmalıdır Bu gün, 00:48 Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür Bu gün, 00:48 Mehriban Əliyeva: "Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır" Bu gün, 00:48 İlham Əliyev: Ümummilli Lider Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, şad olardı Bu gün, 00:48 Prezidentin sosial şəbəkə hesablarında Cəbrayıla səfərlə bağlı videoçarx paylaşılıb Dünən, 23:48 Zəngilanın Ağalı kəndində yığılan meyvələr xarici bazarlara çıxarılır Dünən, 23:48 Heydər Əliyevin anadan olmasının 103 illiyi ilə əlaqədar XİN-in sosial media hesabında paylaşım edilib Dünən, 23:48 Aktyor Əlibəy Məmmədli: "Dində də tamadalıq edirlər" Dünən, 23:48 Azərbaycanda DƏHŞƏT: Uşaq bağçasının həyətində meyit tapıldı Dünən, 22:48 Restorandan çıxan şəxsi güllələdilər Dünən, 22:48 Leşşenko: Zelenski Moskvadan başqa istənilən yerdə Putinlə görüşməyə hazırdır Dünən, 22:48 İqtisadiyyat Nazirliyinin rəhbərliyi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib Dünən, 21:48 WUF13: Təcrübə proqramını başa vuran iştirakçılara sertifikatlar təqdim edilib Dünən, 21:48 Süni intellektlə saxta materiallar hazırlayıb yayanların NƏZƏRİNƏ Dünən, 21:48 İlham Əliyev: Bu torpaqları canlandırmaq üçün bəlkə də 5-10 il vaxt lazımdır Dünən, 20:48 İranda yeni ali liderin yaralanması ilə bağlı bəzi detallar ilk dəfə açıqlandı Dünən, 20:48 OPEC+ ölkələri son görüşdə yalnız kvotaların artırılmasını müzakirə ediblər Dünən, 20:48 DTX-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 illiyi qeyd edilib Dünən, 19:48 Cəbrayılın Şükürbəyli kəndinə 2522 nəfərin köçürülməsi nəzərdə tutulur Dünən, 19:48 Azərbaycandan Ermənistana növbəti dəfə dizel yanacağı ixrac olunacaq Dünən, 19:48 Bağırsaq analizi ilə arıqlama və müalicə mümkün ola bilər Dünən, 19:48 İlham Əliyev və Mehriban Əliyeva Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının binasının tikintisi ilə tanış olublar Dünən, 18:48 İlham Əliyev: Azərbaycan xalqının tarixi yaddaşı heç vaxt silinməyib Dünən, 18:48 Cəbrayılın Şükürbəyli kəndinin ikinci mərhələsi də nəzərdə tutulur Dünən, 18:48 İlham Əliyev: Cəbrayılın Azərbaycan üçün böyük töhfəsi olacaq Dünən, 18:48 İlham Əliyev: "Bir-iki ilə Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 meqavata yaxın olacaq" Dünən, 18:48 Prezident: Şükürbəyli kəndi tamamilə yenidən qurulub Dünən, 18:48 Birinci vitse-prezident Mehriban Əliyeva Zəngilanın təbiəti ilə bağlı paylaşım edib Dünən, 18:48 Denver hava limanında təyyarə adam vurub Dünən, 17:48 İlham Əliyev Cəbrayıl rayonunun Şükürbəyli kəndinin açılışında iştirak edib Dünən, 17:48 Avropa İttifaqı qaz anbarlarını doldura biləcəkmi? - Son göstəricilər açıqlandı Dünən, 17:48 İlham Əliyev və Mehriban Əliyeva Şükürbəyli kəndində fərdi evlərdə yaradılmış şəraitlə tanış olublar Dünən, 17:48 Prezident və birinci xanım Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən sakinlərlə görüşüblər Dünən, 17:48 Dövlət başçısı Cəbrayılda 330 kV-luq "Şəfəq" yarımstansiyasının açılışında iştirak edib Dünən, 17:48 Bakıda keçmiş məhkum yenə həbs olundu Dünən, 16:48 "Liverpul" Braziliya millisinin üzvünü transfer etmək istəyir Dünən, 16:48 Naxçıvanda xarici valyutada əmanətlər 40 %-dən çox artıb Dünən, 16:48 Bərdədə ödəmə terminallarından 40 min manat oğurlanıb Dünən, 16:48 Bir sıra Aİ ölkəsi hantavirusun yayıldığı kruiz gəmisindəki sərnişinlər üçün təyyarə göndərəcək Dünən, 16:48 Messi futbolda ilk dəfə varisini AÇIQLADI Dünən, 15:48 Amputasiya riskinin olmaması üçün şəkər xəstəsi nəyə diqqət etməlidir? Dünən, 15:48 Daha bir kruiz gəmisində kütləvi yoluxma - 100 dən çox sərnişində norovirus aşkarlandı Dünən, 15:48 "Böyük Dəbilqə": Rəşid Məmmədəliyev bürünc medal uğrunda mübarizə aparacaq Dünən, 15:48 "Haber Global" Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı reportaj yayımladı Dünən, 15:48 Cəmşid Naxçıvanski adına Hərbi Liseyə mediatur təşkil olunub Dünən, 14:48 "El-Klasiko"dan əvvəl "Real Madrid" azarkeşləri üçün şad xəbər Dünən, 14:48 Dövlət Xidmətinin şəxsi heyəti Heydər Əliyevin xatirəsini yad edib Dünən, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR