
"Qarabağ"ın futbolçusu Kadi Borqes Premyer Liqada 25-ci qoluna imza atıb.
BAKU.WS xəbər verir ki, braziliyalı yarımmüdafiəçi "Qəbələ" ilə səfər qarşılaşmasında (1:1) fərqlənib. 25-ci qoluna Premyer Liqanın XXXI turunda sevinən cənubi amerikalı buna 76-cı oyununda nail olub.
Ölkəmizdə yalnız "Qarabağ"ın formasını geyinən Kadi 2021/2022-ci illər mövsümündə 12, 2022/2023-cü illər mövsümündə 4, 2024/2025-cü illər mövsümündə 6, cari çempionatda 3 dəfə rəqib qapısına yol tapıb.
Yarımmüdafiəçi turnirin tarixinə ən azı 25 qol vuran 132-ci oyunçu kimi düşüb. Kadi 25-ci qolunu 2025/2026-cı illər mövsümündə vuran 4-cü futbolçudur. Onun komanda yoldaşı Toral Bayramov və "Araz-Naxçıvan"lılar Felipe Santosla Ülvi İsgəndərov da yubileyini mövsümün gedişində gerçəkləşdirib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.