
Suraxanı rayonunun Zığ qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, hadisə səhər saatlarında baş verib.
Bildirilib ki, qadın sürücünün idarə etdiyi avtomobil yolu keçmək istəyən piyadanı vurub.
Vurulan piyada hadisə yerində həyatını itirib.
Qəza nəticəsində həyatını itirən şəxs "BakuBus"da sürücü işləyən, 1964-cü il təvəllüdlü İlqar Dəmir oğlu Əliyev olub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.