
Kia Azərbaycan müştərilərini sevindirməkdə davam edir. Şirkət ənənəsinə sadiq qalaraq 2009-cu ildən keçirdiyi məşhur "Qızıl Açar" lotereyasına yenidən start veridi.
Lotereya 06 may 2026-cı il tarixdən başlayaraq 29 avqust 2026-cı il tarixədək davam edəcək. Tiraj isə 30 avqust 2026-cı ildə Bakı Auto Mall-da oynanılacaq.
Lotereya çərçivəsində Kia-nın rəsmi satış mərkəzlərindən nağd və yaxud kredit yolu ilə yeni Kia avtomobili alan hər bir müştəri uduşda iştirak hüququ əldə edir.
Lotereyanın əsas mükafatı 2026-cı il buraxılışlı Kia Soluto avtomobilidir. Bundan əlavə, iştirakçılar yeni nəsil iPhone və Samsung smartfonları da qazanmaq şansı əldə edəcəklər. Uduşun ədalətli, dürüst keçirildiyini və proseslərin şəffaflığını nümayis etdirmək üçün tiraj açıq formada təşkil olunacaq, qaliblərin müəyyən edilməsi Kia Azərbaycanın rəsmi sosial media hesablarında canlı yayımlanacaq.
"Qızıl Açar" lotereyası uzun illərdir şirkətin müştərilərinə təşəkkür və etimad simvoluna çevrilib. Kampaniyanın əsas məqsədi Kia ailəsinə qoşulan müştərilərə əlavə sevinc və unudulmaz emosiyalar bəxş etməkdir.
Ətraflı məlumat və lotereya şərtləri ilə https://www.kia.com/az/shopping-tools/kampaniyalar.html saytında tanış olmaq mümkündür.
Əlaqə nömrələri: (050/051/055/070) 303 60 60.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.