12-05-2026, 14:48 318

Azərbaycanda hantavirusun yayılma riski yüksəkdir? - ÜST açıqladı

Hazırda hantavirusun yayılma riski aşağıdır.

AVESTA.AZ APA-ya istinadla xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyindən məlumat verilib.

Bildirilib ki, Ümumdünya Səhiyyə Təşkilatı Beynəlxalq Səhiyyə Qaydaları çərçivəsində bir neçə ölkə ilə birlikdə sürətli cavab tədbirləri üzərində çalışır. Əsas diqqət xəstələrin müalicəsinə, təhlükəsizliyə və virusun daha da yayılmasının qarşısını almağa yönəlib:

"İnsanlar adətən hantavirusa yoluxmuş gəmiricilərlə təmas nəticəsində, xüsusilə onların sidiyi, nəcisi və ya tüpürcəyi vasitəsilə yoluxurlar. Bəzən çirklənmiş tozun nəfəsə çəkilməsi də infeksiyaya səbəb ola bilər. Nadir hallarda gəmirici dişləmələri də virusu ötürə bilər. Qapalı və ya yaxşı havalandırılmayan yerlərin təmizlənməsi, əkinçilik, meşə təsərrüfatı işləri və ya gəmiricilərin olduğu yerlərdə qalmaq yoluxmaq üçün risk faktoru daşıyır".

Bildirilib ki, virusun insandan insana yoluxma halı çox nadirdir və yalnız Amerikada rast gəlinən "Andes" virus ilə müşahidə olunub. Belə yoluxmalar baş verdikdə, adətən ailə üzvləri və ya partnyorlar arasında, xüsusilə xəstəliyin erkən mərhələsində uzunmüddətli və yaxın təmas zamanı olur.

Qonşu və regiondakı digər ölkələrdə hantavirusla bağlı mövcud vəziyyət

Qeyd edilib ki, ÜST gəmidə olan vətəndaşlara görə 12 ölkəni məlumatlandırıb. Bura Kanada, Danimarka, Almaniya, Niderland, Yeni Zelandiya, Müqəddəs Kitts və Nevis, Sinqapur, İsveç, İsveçrə, Türkiyə, Böyük Britaniya və ABŞ daxildir.

ÜST həmçinin, Cənubi Afrika ilə əlaqəli bir təyyarə reysində olan şəxslərin izlənməsi üçün yardım göstərir: "Beynəlxalq təmas üzrə izlənmə davam edir. Sərnişinlər məlumatlandırılıb və onlarda hər hansı simptom yaranarsa, məlumat vermələri istənilib".

ÜST şübhəli halların test, müalicə və lazım gələrsə, izolyasiya vasitəsilə tez müəyyənləşdirilməsi və idarə olunmasının vacibliyini vurğulayıb: "ÜST həmçinin, bu tip virusların idarə olunması sahəsində təcrübəsi olan Argentina ilə sıx əməkdaşlıq edir ki, vəziyyəti daha yaxşı başa düşsün və cavab tədbirlərini gücləndirsin".

Bu virusun diaqnozu üçün Azərbaycanda laboratoriya imkanları varmı?

O da bildirilib ki, Azərbaycanda həm insan sağlamlığı, həm də heyvan sağlamlığı laboratoriyalarında hantavirusun PCR üsulu ilə yoxlanılması imkanı mövcuddur: "ÜST həmçinin, "Andes" virusu üçün etibarlı testlərin təmin edilməsi məqsədilə Avropa üzrə laboratoriyalarla əməkdaşlıq edir.

Lazım gəlsə, nümunələr təsdiqləmə üçün təhlükəsiz şəkildə ÜST-nin ixtisaslaşmış referans laboratoriyalarına göndərilə bilər. ÜST yaxın zamanda region üzrə test proseslərini dəstəkləmək üçün yenilənmiş laboratoriya təlimatlarını yayımlayacaq".

Hantavirusla bağlı qlobal risk

Qeyd edilib ki, ÜST ümumi qlobal riski aşağı hesab edir: "Gəmidə olan insanlar üçün isə risk orta səviyyədə qiymətləndirilir. Hantavirus asanlıqla yayılmır. Virus adətən gəmiricilərdən insanlara keçir və insandan insana yoluxma çox nadir hallarda baş verir. Dünya üzrə hər il minlərlə yoluxma halı qeydə alınır, lakin bu rəqəm dünya əhalisi ilə müqayisədə böyük sayılmır.

Gəmilərdəki vəziyyət riski azaltmaq məqsədilə diqqətlə idarə olunur".

Hantavirusun müalicəsi

Hazırda hantavirus üçün nə vaksin, nə də xüsusi antiviral müalicə mövcuddur.

"Müalicə əsasən xəstələrin diqqətlə izlənməsinə və ağciyər, ürək və ya böyrəklərlə bağlı problemlərin müalicəsinə yönəlir. Erkən tibbi yardım almaq nəticələri yaxşılaşdıra bilər. İnsanlar təsdiqlənməmiş müalicə üsullarına güvənməməlidirlər, çünki bunlar düzgün tibbi yardımın gecikməsinə səbəb ola bilər. Əgər virusa məruz qaldığınızı düşünürsünüzsə, məsləhət almaq üçün yerli səhiyyə qurumuna müraciət edin", - ÜST-nin Azərbaycandakı nümayəndəliyindən bildirilib.

İnsanlar hansı simptomlar üçün dərhal tibbi yardım almalıdırlar?

Məlumatda qeyd edilib ki, simptomlar adətən virusa məruz qaldıqdan sonra bir ilə səkkiz həftə arasında başlayır. Yayğın simptomlara qızdırma, yorğunluq, nəfəs alma çətinliyi (tez bir zamanda ağırlaşa bilər) daxildir. Digər mümkün simptomlara isə başağrısı, əzələ ağrısı, qarın ağrısı, ürəkbulanma və ya qusma faktorları daxildir.

ÜST-nin əhaliyə çağırışı

İnsanlar hazırki vəziyyətdə nə etməlidir?

"İnsanlar gündəlik normal fəaliyyətinə davam etsinlər. İctimai səhiyyə qurumlarının tövsiyələrinə əməl etsinlər və məlumatı etibarlı mənbələrdən alsınlar. Həmçinin şayiələr və ya təsdiqlənməmiş məlumatlar yaymasınlar", - ÜST-nin Azərbaycandakı nümayəndəliyinin məlumatında deyilir.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, Azərbaycanda hantavirus infeksiyasına şübhəli və ya təsdiqlənmiş yoluxma halları qeydə alınmayıb. Nazirlikdən qeyd edilib ki, hantavirus Azərbaycan üçün endemik hesab olunmur və mövcud epidemioloji vəziyyət virusun yayılma riskinin aşağı olduğunu göstərir.

Qeyd edək ki, hantavirusa ilk yoluxma simptomları gəmi səyahətində olan niderlandlı yaşlı bir cütlükdə qeydə alınıb və onlar indiyə kimi həyatını itirən üç nəfər arasındadır. Buna baxmayaraq, ilkin yoluxmanın harada baş verdiyi hələ də müəyyən edilməyib.

Paylaş

Xəbər lenti

Bu tarixdə gündüz cəmi 6 saat 59 dəqiqə davam edəcək Bu gün, 11:48 Həmin tarixi qapı bərpa edilir Bu gün, 11:48 ABŞ-nin bu ştatında fövqəladə vəziyyət elan edildi Bu gün, 11:48 Birbank-ın "Yığ və qazan" lotereyasının ilk tirajının qalibləri bəlli oldu Bu gün, 11:48 Çiyin-çiyinə döyüşdülər, bərabər həlak oldular - Şəhid qardaşların son fotosu Bu gün, 11:48 Ayxan Abbasov: "Barselona"nın baş məşqçisi "Sabah"la oyunda əziyyət çəkdiklərini etiraf etdi" Bu gün, 11:48 Yevlaxda övladlarına aliment verməyən ana məhkum edildi Bu gün, 11:48 "PAŞA Bank" X Beynəlxalq Bankçılıq Forumunda iştirak edib Bu gün, 11:48 Müəllimlərin işə qəbulu üzrə vakant yer seçiminin nəticələri AÇIQLANDI Bu gün, 11:48 Azərbaycan neftinin qiyməti 100 dolları ÖTDÜ Bu gün, 10:49 Azərbaycanda son 3 ildə elektromobillərin sayı 14 dəfədən çox artıb Bu gün, 10:48 Qazaxda partlayışda yaralanan ana və oğlunun vəziyyətləri açıqlandı Bu gün, 10:48 Hesablama Palatası ADSEA-da nöqsanlar aşkar edib Bu gün, 10:48 "Fitch" "Cənub Qaz Dəhlizi"nin kredit reytinqini təsdiqlədi Bu gün, 10:48 65 yaşında xərçəngdən vəfat etdi Bu gün, 10:48 "Sabah"ın qapıçısı Çempionlar Liqasında lider oldu Bu gün, 10:48 Azərbaycanda qar yağdı, güclü külək əsdi – FAKTİKİ HAVA Bu gün, 10:48 Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü keçiriləcək Bu gün, 10:48 Alisson Bekker "Liverpul" tarixində Çempionlar Liqasında məhsuldar ötürmə edən ilk qapıçı olub Bu gün, 10:48 Süni intellektlə hazırlanan videoları seçə bilməyin 5 YOLU Bu gün, 10:48 Qazaxda evdə partlayış olub: İki nəfər xəsarət aldılar Bu gün, 09:48 30 il davam edən mənzil qalmaqalı: Məcburi köçkünlə ev sahibi arasında gərgin anlar Bu gün, 09:48 Qızılın qiyməti 3 600 dolları keçdi Bu gün, 09:48 Saxta pasportla Azərbaycana gələn iranlı ər-arvad həbs edildilər Bu gün, 09:48 "Sabah" - "Barselona" oyununda faciə: Rusiyalı azarkeş stadionda öldü Bu gün, 09:48 Bakıda səkkizinci mərtəbədə köməksiz qalan uşaq xilas edildi Bu gün, 09:48 Azercell-in rəqəmsal inkişaf modeli Filip Kotlerin beynəlxalq nəşrində təqdim edilib Bu gün, 09:48 Polis "Sabah" – "Barselona" oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparıb Bu gün, 08:49 Azərbaycan və Litvanın XİN rəhbərləri "Sabah" – "Barselona" matçını birlikdə izləyiblər Bu gün, 08:49 Dambrauskas: Futbolçularımın meydanda nələr yaşadığını təsəvvür edə bilirdim Bu gün, 08:49 Flik: "Sabah"ın "Barselona" ilə matçda itirəcəyi heç nə yox idi Bu gün, 08:48 Sosial müəssisədə doqquz gündür istilik yoxdur? Bu gün, 08:48 Bakıda bu ərazidə fərdi evlər SÖKÜLƏCƏK - 3 min manat kompensasiya... Bu gün, 08:48 Qazaxda evdə partlayış olub: Ana və oğlu xəsarət aldılar Bu gün, 08:48 Kəmalə Qaramollayevanın "Dünyam" konsertindən GÖRÜNTÜLƏR Bu gün, 01:48 Avropa Komissiyası ABŞ-nin Aİ ilə bağlı istehsal iddiasını rədd edib Bu gün, 01:48 Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər Bu gün, 01:48 Cəlilabad rayonunun bir hissəsi susuz qalıb Bu gün, 01:48 Çətin dağ yolları və mina təhlükəsi: Ordunun Kəlbəcərə hərəkəti üçün hansı hazırlıqlar görüldü? Dünən, 23:48 "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü: "Kimə göstərdim, pomidora yaxın durmadı" Dünən, 23:48 Elçin Məsiyev dünya çempionatına təyinat aldı Dünən, 23:48 Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib Dünən, 23:48 Azərbaycanda qadını vəhşicəsinə döyən şəxs polis tərəfindən saxlanılıb Dünən, 23:48 ABŞ-də lotereyada 1 milyon dollar qazanan miqrant saxlanıldı Dünən, 23:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə matçda fərqi azaldıb Dünən, 23:48 Qarlı və buzlu yolda sürücülər üçün 8 vacib qayda Dünən, 23:48 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Pəncərəsinə daş atıldı Dünən, 22:48 Moskvada Qod Nisanovun yeni beşulduzlu hotelinin açılışı olub Dünən, 22:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR