
Kibercinayətkarlıqda ittiham olunaraq həbs edilən İqor Zabolotskiy və İlnur Valitovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
AVESTA.AZ apa-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət itihamçısı çıxış edib.
O, hər iki təqsirləndirilən şəxsin 4 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Məhkəmədə hökm oxunub. Hökmə əsasən, İqor Zabolotskiy və İlnur Valitov 3 il müddətinə azadlıqdan məhrum ediliblər.
Qeyd edək ki, hər iki təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddəsi ilə yekun ittiham elan olunub. Onlar kibercinayətkarlıq yolu ilə əldə etdikləri 98 min manatı leqallaşdırmada ittiham edilirlər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.