
Amerika futbolu tarixinin ən yaxşı oyunçularından biri olan Tom Bredi bahalı saatı ilə diqqət çəkib.
AVESTA.AZ "Page Six"a istinadən xəbər verir ki, o qonaq olduğu "The Roast of Kevin Hart" verilişinə bahalı saat taxaraq qatılıb.
6 milyon 130 min 204 dollar qiyməti olan aksessuar "Rolex" markasına aiddir. 18 karatlıq ağ qızıldan hazırlanan saat "Rolex"in "Sea-Dweller" modelidir.
"SwissWatchExpo" şirkətinin baş direktoru Yevgeni Tutunikov jurnalistlərə bildirib ki, belə nadir modelin əsl bazar dəyəri bilinsə də ,onun məşhur idmançı tərəfindən seçilməsi bu dəyəri birə ikiqat artırır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.