13-05-2026, 20:48 289

Bakıda 28 marşrutun hərəkət sxemi dəyişdirilir

Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası ilə əlaqədar yollarda tənzimləmənin aparılması və tətbiq ediləcək məhdudiyyətlər səbəbindən mayın 16-dan 28 sayda avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir, 4 sayda ekspres marşrutun fəaliyyəti isə müvəqqəti dayandırılır.

AVESTA.AZ xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Dəyişikliyə əsasən:

Başlanğıc dayanacaq məntəqələri Zabrat, Ramana qəsəbələri və Savalan yaşayış massivi olan 148, 162, 197 və 198 nömrəli marşrutların son dayanacağı Sabunçu Dəmiryol Stansiyasının qarşısında təşkil ediləcək.

Başlanğıcını Ramana (Gülçülük sovxozu) və Pirşağı qəsəbələrindən götürən 166, 173A və 173B nömrəli marşrutların son dayanacaq məntəqəsi metronun "Ulduz" stansiyasının yaxınlığında, Xəlil Rza Ulutürk küçəsi olacaq. Avtobuslar Balaxanı yolu ilə hərəkət edəcək.

Başlanğıc dayanacaqları Buzovna və Maştağa qəsəbələri olan 107, 107A və 131 nömrəli, eləcə də Binə qəsəbəsi (Atçılıq yaşayış massivi) olan 168 və 169 nömrəli marşrutların son dayanacaq məntəqəsi metronun "Neftçilər" stansiyasının yaxınlığında, Rüstəm Rüstəmov küçəsində təşkil ediləcək. Avtobuslar Bakıxanov qəsəbəsindən keçəcək.

Başlanğıcını Zabrat və Ramana qəsəbələrindən götürən 118A, 118B və 204 nömrəli marşrutların Bakıxanov qəsəbəsindən keçməklə, həmçinin, başlanğıc dayanacağı Keşlə qəsəbəsi olan 15 nömrəli marşrutun son dayanacağı metronun "Qara Qarayev" stansiyasının yaxınlığında, Azər Manafov küçəsində olacaq.

Başlanğıc dayanacaq məntəqələri Ramana qəsəbəsi olan 214 və 214A nömrəli marşrutların son dayanacağı Naxçıvanski küçəsində, "8-ci kilometr" bazarının yaxınlığında təşkil ediləcək. Avtobuslar Bakıxanov qəsəbəsindən keçməklə hərəkət edəcək.

Başlanğıcını Sabunçu qəsəbəsindən götürən 70 nömrəli marşrut Bakıxanov qəsəbəsindən keçəcək.

Metronun "Azadlıq prospekti" stansiyasından başlanğıcını götürən 71 nömrəli marşrutun son dayanacaq məntəqəsi Ziya Bünyadov prospektində, "Koroğlu" NMM-in yaxınlığında olacaq.

32 və 125 nömrəli müntəzəm marşrutların son dayanacaq məntəqəsi "28 May" NMM-dən çıxarılaraq Dilarə Əliyeva küçəsində, Səməd Vurğun bağının yanında təşkil edilir.

"Cəmşid Naxçıvanski adına Hərbi Lisey" istiqamətindən hərəkət edən 60 nömrəli marşrutun avtobusları "Koroğlu" NMM-ə daxil olmadan Heydər Əliyev prospektinin kənar hərəkət hissəsində, metronun "Koroğlu" stansiyasının yaxınlığında dayanmaqla fəaliyyət göstərəcək.

18 və 31 nömrəli marşrutların son dayanacaq məntəqəsi İstiqlaliyyət küçəsi, Qoşa Qala qapısının yanından çıxarılaraq Əhməd Cavad küçəsində təşkil ediləcək.

199 və M8 nömrəli marşrutların aralıq dayanacaq məntəqəsi - "Gənclik" NMM hərəkət sxemindən çıxarılaraq Əhməd bəy Ağaoğlu küçəsində təşkil olunacaq.

133 nömrəli marşrutun son dayanacağı "Gənclik" NMM-dən çıxarılaraq Fətəli xan Xoyski küçəsində, "Gənclik Mall"un qarşısında təşkil ediləcək.

Hövsan, Mərdəkan qəsəbələri və metronun "Xalqlar Dostluğu" stansiyası istiqamətlərində fəaliyyət göstərən 120E, 121E, 140E və E1 nömrəli ekspres marşrutların fəaliyyəti müvəqqəti dayandırılacaq.

Paylaş

Xəbər lenti

Toğrul Xəlilova yüksək vəzifə verildi Bu gün, 17:48 Tıxacdan şikayətlənən Xalq artisti: "1 saat 23 dəqiqə tərpənmədən qalmaq..." Bu gün, 17:48 Xəzər rayonunda 40 kiloqram narkotik aşkarlanıb Bu gün, 17:48 Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçir Bu gün, 17:48 Serdar Ortaç vəsiyyətini açıqladı: Boğaz mənzərəli evini işçilərinə verəcək Bu gün, 17:48 Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb Bu gün, 17:48 45 yaşlı Adriana Lima bu səbəbdən 25 yaşındakı kimi görünür Bu gün, 17:48 Deputat: "Bu zaman Azərbaycan Ermənistanla normal qonşuluq münasibətləri qura bilər" Bu gün, 17:48 İki metro stansiyasına giriş sabahdan pulsuz olacaq - Müddəti açıqlandı Bu gün, 17:48 16 avtobus marşrutu "Xocəsən" və "Avtovağzal" stansiyalarına yönləndiriləcək Bu gün, 17:48 Şəki kəndində gizlənən tarix: Qərbi Azərbaycanın hansı sirləri buradadır? Bu gün, 16:48 Bakının bu metrostansiyalarına giriş PULSUZ OLACAQ Bu gün, 16:48 Şəmkirdə 13 il əvvəl törədilən qətlin üstü açılıb Bu gün, 16:48 "Qaradağ-Lökbatan" Peşəkar Futbol Klubu ləğv olunur Bu gün, 16:48 "Neftçi"nin oyununda kobud hakim səhvi olub - AFFA rəsmisi açıqladı Bu gün, 16:48 Doğum sayının azalması müzakirə edildi Bu gün, 16:48 Bu avtobuslar sabahdan "Avtovağzal" stansiyasında da dayanacaq Bu gün, 16:48 Evdən pul dolu seyfi oğurlayan şəxslər qandallandılar Bu gün, 16:48 Masallının böyük bir hissəsi qazsız qalacaq Bu gün, 15:48 Sumqayıt-Bakı qatarında sıxlıq: Sərnişinlər ayaqyolunda dayanmalı olublar Bu gün, 15:48 Prezidentin köməkçisindən Heydər Əliyevin Nəsimi irsi ilə bağlı çıxışını əks etdirən paylaşım Bu gün, 15:48 Mircəlil Qasımlı: Azərbaycanda idman zallarında gizli formada steroidlər yayılıb Bu gün, 15:48 Quba-Qonaqkənd yolunda torpaq sürüşməsi - Təhlükəli vəziyyət yaranıb Bu gün, 15:48 Ermənistanın təxribatları Vətən müharibəsinə aparan əsas amillərdən biri idi - RƏY Bu gün, 15:48 Bu serial "Uzak Şehir"i taxtından etdi Bu gün, 15:48 Maks Ferstappen Azərbaycan Qran-prisi öncəsi: "Bakı ilə bağlı xoş xatirələrimiz var" Bu gün, 15:48 Kosmosda bir ilk yaşandı - Yadplanetlilərdən birbaşa radio siqnalı gəlib? Bu gün, 15:48 Lənkəranda evdən 75 min 500 manat pul oğurlanıb Bu gün, 15:48 "Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanovla bağlı qərar verildi Bu gün, 14:48 Dağlıq ərazidə gizlənən keçmiş məhkum tutuldu - Video Bu gün, 14:48 İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair müşavirə keçirilib Bu gün, 14:48 Prezident: Bu gün bizdə ehtiyat generasiya gücləri kifayət qədər böyükdür Bu gün, 14:48 İlham Əliyev Azərbaycanda dağ-mədən sənayesinin inkişafını əngəlləyən səbəblərə toxunub Bu gün, 14:48 Çempionlar Liqası: "Sabah"ın ev oyunları biletlərinin vahid formada satışının səbəbi açıqlanıb Bu gün, 14:48 "Qurumlar bu problemi bir-birinin üzərinə atır" Bu gün, 14:48 Meyxanaçı Elnur Valehin qızı: "Atamı yıxdınız, məni də yıxmağınıza icazə verməyəcəm" Bu gün, 14:48 Mikayıl Cabbarov: "SOCAR "Daşkəsən" layihəsində zəruri qaz infrastrukturunu təmin etməlidir" Bu gün, 14:48 Azərbaycandan Fransaya getmək istəyən əcnəbi həbs edildi - SƏBƏB Bu gün, 14:48 Prezident: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir Bu gün, 13:48 AMB "Rabitəbank"a icrası məcburi sərəncam verdi Bu gün, 13:48 500 milyon manatlıq əmlaka həbs götürüldü, təqsirləndirilənlərə güzəşt edildi Bu gün, 13:48 Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç baş tutub Bu gün, 13:48 Baş Prokurorluq tibb təhsili olmadan fəaliyyət göstərən şəxslə bağlı inzibati tədbirlər görüb Bu gün, 13:48 Məşhur aktyor həyəcandan mükafatı yerə saldı Bu gün, 13:48 İtaliya 40 illik aviadaşıyıcısını İndoneziyaya hədiyyə verdi - 14-dən çox helikopter daşıya bilir Bu gün, 13:48 Ağır qəzada ölən şəxs hərbçi imiş Bu gün, 13:48 Köhnə smartfonu atmağa tələsməyin: İkinci telefon nə üçün lazım ola bilər? Bu gün, 13:48 "Yalı çapkını"nın 79 yaşlı "Hattuc"unun halı pisləşdi Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR