
Bakıdakı məşhur hotellərdən birində ofisiant kimi çalışan iş yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Seymur Manafovun məhkəməsi başlayıb.
AVESTA.AZ oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra cinayət işinin baxışa verilməsini və təqsirləndirilən şəxs barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunub.
Məhkəmə mayın 21-də davam etdiriləcək.
Qeyd edək ki, hadisə yanvarın 25-də saat 19 radələrində baş verib.
Hoteldə ofisiant işləyən 1996-cı il təvəllüdlü paytaxt sakini Şəmistan Şamil oğlu Əliyev camaşırxanada bıçaqlanaraq öldürülüb.
Araşdırmalarla qətlin hotelin digər ofisiantı - 1992-ci il təvəllüdlü Abşeron rayon sakini Seymur Zafalı oğlu Manafov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
S.Manafov polis əməkdaşları tərəfindən saxlanılıb.
Seymur Manafova qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.