14-05-2026, 14:48 231

AZCON və AzTU-dan mühəndislik təhsilində yeni model: AZSET proqramına start verildi

AZCON Holding və Azərbaycan Texniki Universitetinin (AzTU) əməkdaşlığı və "TUM International GmbH"nın akademik dəstəyi ilə təsis edilən "AZCON School of Engineering and Technology" – AZCON Mühəndislik və Texnologiya Məktəbinin (AZSET) təqdimat mərasimi keçirilib.

Təqdimat mərasimində elm və təhsil naziri Emin Əmrullayev, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, "TUM International GmbH"nın (TUMint) icraçı direktoru Friederike Hettinger və AzTU-nun rektoru Vilayət Vəliyev çıxış ediblər.

Elm və təhsil naziri Emin Əmrullayev çıxışında bildirib ki, beynəlxalq təcrübə universitetlər, innovasiya sahəsində fəaliyyət göstərən şirkətlər və biznes qurumlarının əməkdaşlığının daha effektiv nəticələr verdiyini göstərir.

Nazir qeyd edib ki, ali təhsil müəssisələrinin iqtisadiyyatın inkişafına və innovativ mühitin formalaşmasına daha böyük töhfə verməsi əsas hədəflərdəndir. Onun sözlərinə görə, bu istiqamətdə uğurlu nəticələrin əldə olunması universitetlərin öz potensialını gücləndirməsi ilə mümkündür.

AZCON və AzTU-dan mühəndislik təhsilində yeni model: AZSET proqramına start verildi

Emin Əmrullayev vurğulayıb ki, Almaniya universitetləri və innovasiya sahəsində seçilən şirkətlərlə əməkdaşlıq Azərbaycan gənclərinin və tələbələrinin gələcəyinə töhfə verir. Nazir bildirib ki, əvvəlki dövrlərdə bu istiqamətdə fəaliyyətlər ayrı-ayrılıqda həyata keçirilsə də, hazırda əsas məqsəd onların vahid əməkdaşlıq platformasında birləşdirilməsidir.

Nazir, həmçinin təşəbbüsün həyata keçirilməsində iştirak edən iş dünyası nümayəndələrinin və tərəfdaşların rolunun xüsusi əhəmiyyət daşıdığını qeyd edib.

Çıxışının sonunda tərəfdaşlara təşəkkürünü bildirən Emin Əmrullayev formalaşan əməkdaşlıq modelinin güclü biznes, universitet və beynəlxalq tərəfdaşlıq platforması kimi Azərbaycanın inkişaf məqsədlərinə xidmət etdiyini vurğulayıb.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev çıxışında qeyd edib ki, yeni təsis edilmiş məktəb Azərbaycanda sənaye və ali təhsil arasında daha praktik, beynəlxalq akademik keyfiyyət standartlarına əsaslanan və gələcəyin texnoloji peşələrinə istiqamətlənmiş innovativ əməkdaşlıq modelini formalaşdırır. AZSET proqramı Azərbaycanın texnoloji insan kapitalının inkişafına yönəlmiş strateji investisiya kimi dəyərləndirilə bilər.

Rəşad Nəbiyev əlavə edib ki, tələbələr Azərbaycanı tərk etmədən Münhen Texniki Universitetinin keyfiyyət standartlarına uyğun hazırlanmış müasir təhsil proqramı əsasında təhsil alma imkanı əldə edəcəklər. Proqram çərçivəsində hər bir tələbə AZCON Holding ekosistemində fəaliyyət göstərən şirkətlərdən biri ilə birbaşa əlaqələndiriləcək və real layihələr üzərində praktiki təcrübə qazanacaq.

"TUM International GmbH"nın (TUMint) icraçı direktoru Friederike Hettinger bildirib ki, bu gün burada Azərbaycanın gələcəyi üçün həm iddialı, həm də strateji əhəmiyyət daşıyan bir tərəfdaşlığı elan etmək mənim üçün böyük şərəfdir. Biz kompüter elmləri üzrə bakalavr proqramı ilə başlayırıq və daha sonra kompüter mühəndisliyi üzrə bakalavr proqramını təqdim edəcəyik.

AZCON və AzTU-dan mühəndislik təhsilində yeni model: AZSET proqramına start verildi

"Bu, sadəcə yeni bir məktəbin açılışı deyil. Bu, Bakıda kompüter elmləri, data analitikası, süni intellekt və kibertəhlükəsizlik sahələrində regional mükəmməllik mərkəzinin qurulmasına yönəlmiş uzunmüddətli öhdəliyin başlanğıcıdır, – deyə icraçı direktor vurğulayıb.

AzTU-nun rektoru Vilayət Vəliyev çıxışında diqqətə çatdırıb ki, AZSET layihəsi Azərbaycanın rəqəmsal gələcəyinə investisiyadır, universitet-sənaye əməkdaşlığının yeni modelidir və regional texnologiya liderliyinə doğru atılmış strateji addımdır. Bu layihənin ən böyük nəticəsi yüksəksəviyyəli mühəndislər, yeni texnologiyalar, startap ekosistemi və beynəlxalq rəqabət qabiliyyətli insan kapitalı olacaq.

Sonra "AZCON School of Engineering and Technology" – AZCON Mühəndislik və Texnologiya Məktəbinin (AZSET) təsis edilməsinə dair müqavilə imzalanıb. Müqaviləni AZCON Holding tərəfindən icraçı direktor Şahin Babayev, Azərbaycan Texniki Universiteti tərəfindən rektor Vilayət Vəliyev və "TUM International GmbH" (TUMint) tərəfindən icraçı direktor Friederike Hettinger imzalayıblar.

AZSET proqramı haqqında məlumat:

Azərbaycan Texniki Universitetinin (AzTU) nəzdində təsis edilmiş AZCON Mühəndislik və Texnologiya Məktəbi Münhen Texniki Universitetinin (TUM) beynəlxalq akademik tərəfdaşlıq platforması olan "TUMint" təşkilatının dəstəyi əsasında fəaliyyət göstərəcək. Beləliklə, dünya səviyyəli akademik təcrübə AZSET proqramının tədris modelinə inteqrasiya olunacaq. "TUM" mütəxəssisləri həm Bakıda əyani formada, həm də onlayn qaydada tədris prosesində iştirak edəcəklər. Tədris prosesi "TUMint"in akademik yanaşması, kurikulumu, tədris metodologiyası və qiymətləndirmə standartları əsasında hazırlıq görmüş müəllimlər tərəfindən həyata keçiriləcək.

Beynəlxalq səviyyəli mütəxəssislərin hazırlanmasını hədəfləyən məktəbdə tədris tam şəkildə ingilis dilində aparılacaq. AZSET proqramı Azərbaycanın ali təhsil müəssisələrinin müvafiq təhsil, təbiət, texniki və texnoloji ixtisaslar üzrə birinci kursunu başa vurmuş tələbələr üçün nəzərdə tutulub. Proqrama müraciət etmək istəyən namizədlərin birinci kursun hər iki semestri üzrə ümumi orta müvəffəqiyyət göstəricisinin (ÜOMG) ən azı 81 və daha yüksək olması, eyni zamanda ingilis dili üzrə ən azı B2 və daha yuxarı səviyyəyə malik olmaları tələb edilir. Qəbul üçün daxili imtahana qeydiyyat cari ilin 15 iyun – 15 iyul tarixləri arasında aparılacaq. Uğur qazanan tələbələr təhsillərini ikinci kursdan bu proqramda davam etdirə biləcəklər.

AZCON və AzTU-dan mühəndislik təhsilində yeni model: AZSET proqramına start verildi

Yüksək nəticə göstərən tələbələrin "TUM"un Münhen kampusuna tədris səfərləri nəzərdə tutulur. Proqramı uğurla başa vuran məzunlar AzTU-nun dövlət nümunəli bakalavr diplomu ilə yanaşı, "TUM International GmbH" sertifikatını əldə edəcəklər. Eyni zamanda yüksək akademik nəticə göstəriciləri ilə fərqlənən məzunlar üçün AZCON Holding ekosistemində fəaliyyət göstərən şirkətlərdə karyera imkanı yaradılacaq.

AZSET proqramı haqqında ətraflı məlumat üçün: www.azsetedu.az

AZCON və AzTU-dan mühəndislik təhsilində yeni model: AZSET proqramına start verildi

Paylaş

Xəbər lenti

Qəza baş verdi, avtomobildə sıxılı vəziyyətdə qaldı Bu gün, 22:48 Premyer Liqa: "Qarabağ" "Şəfa"nı məğlub edib Bu gün, 22:48 Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır Bu gün, 22:48 10 ildir Qaraçuxur sakinlərinin gününü qara edən problem niyə həll edilmir? Bu gün, 22:48 Azərbaycan BMT-də mina qurbanlarının hüquqları ilə bağlı müzakirə təşkil edib Bu gün, 22:48 Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb Bu gün, 21:48 SOCAR neftçiləri təbrik edib Bu gün, 21:48 Leyla Əliyeva Nüsrət Kəsəmənlinin şeirini səsləndirib Bu gün, 21:48 "Neftçi"nin baş məşqçisi Yuri Vernidub: "Bizi qarşıda çətin oyunlar gözləyir" Bu gün, 21:48 Fermerlər çıxılmaz durumda: Su problemi kəndliləri təngə gətirib Bu gün, 20:48 Bakıda bir milyonluq evlə bağlı şok iddia: Sahibindən xəbərsiz 400 minə satılıb Bu gün, 20:48 Bakı və Kişineu daha 12 sənəd imzalaya bilər Bu gün, 20:48 3 qida obyektində ciddi nöqsanlar aşkarlanıb Bu gün, 20:48 Əməkdar artist Sevda Məmmədzadə vəfat edib Bu gün, 20:48 İçməli su ilə bağlı XOŞ XƏBƏR - Bu ərazilərdə... Bu gün, 19:48 Paşinyan Cənubi Qafqazda sülhə verdiyi töhfəyə görə İlham Əliyevə minnətdarlığını bildirib Bu gün, 19:48 Azərbaycan Hava Yolları "Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti" adına layiq görülüb Bu gün, 19:48 DİQQƏT! - Bu ərazilərdə 100 manat, 2 bal CƏRİMƏLƏNƏ BİLƏRSİNİZ Bu gün, 18:48 Azərbaycanda 3 ölkənin birgə hərbi təlimi keçiriləcək Bu gün, 18:48 Asfalt yenilənir, xətlər çəkilmir: Bəs təhlükəsizlik? Bu gün, 18:48 Makron enerji məsələləri üzrə G7 görüşünü çağıracaq Bu gün, 18:48 Uşaq Poliklinikasında qeydiyyat problemi: Vətəndaşlar yarım saat gözləyirlər - Şikayət Bu gün, 18:48 Robert Mobili: Alban-udi kilsəsi erməni kilsəsinin tabeliyinə veriləndə orada ibadətdən uzaqlaşmışdıq Bu gün, 18:48 Bakı və Sumqayıtda yaşıllıqlara 40 min manata yaxın ziyan vurulub Bu gün, 17:48 Sürücülərə şad xəbər: Ən qarışıq ərazidə cərimələnməkdən qurtuldular Bu gün, 17:48 AQTA: 33 rayon və şəhərdə müasir heyvan kəsimi məntəqələri qurulmalıdır Bu gün, 17:48 Ayxan Hacızadə Fransa XİN mətbuat katibinin Azərbaycana səyahət xəbərdarlığını pisləyib Bu gün, 17:48 Nizami rayonunda kanalizasiya problemi Bu gün, 16:48 General-mayor İsgəndər Allahverdiyev dəfn olunub Bu gün, 16:48 "Şamaxinka"da izdiham: "Dünən bundan da betər idi" Bu gün, 16:48 Azərbaycanda psixi və sinir sistemi xəstəlikləri artıb - Rəqəmlər Bu gün, 16:48 Sürücülərin diqqətinə: Bu zolağa daxil olmaq üçün bir saat əlavə gözləməli olacaqlar Bu gün, 16:48 AZAL və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirib Bu gün, 16:48 XƏBƏRDARLIQ - 2 gün ardıcıl yağış yağacaq Bu gün, 16:48 Elçin Mirzəbəyli: "Minsk Qrupunun tarixə qovuşması Azərbaycanın hərbi qələbəsindən ayrı hadisə deyil" Bu gün, 15:48 Yeni Sumqayıtda satışlar başladı: 12 000 manat ilkin ödənişlə mənzil almaq mümkündür! Bu gün, 15:48 AK rəhbəri Qərbi Balkanlar üzrə tura çıxacaq Bu gün, 15:48 Laçında uşaqlar üçün tibbi müayinələr keçirilib Bu gün, 15:48 "Ermənistan həm də terroru, separatizmi dövlət siyasəti səviyyəsinə gətirən bir dövlət kimi tarixə keçib" Bu gün, 15:48 "Diaqnozumun heç bir əhəmiyyəti yoxdur...." - Xərçəng olan plastik cərrah Bu gün, 15:48 Şəbnəm Həsənova: "Müzəffər Ali Baş Komandan İlham Əliyev həm müharibənin, həm də sülhün qalibidir" Bu gün, 15:48 Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat Bu gün, 15:48 Fariz Cəfərov: "Energetika texnologiyaları sahəsində sınaq meydançalarının yaradılması vacibdir" Bu gün, 14:48 Tahir Rzayev: "Məhsul şəhadətnaməsi fermerlərin problemlərini azalda bilər" Bu gün, 14:48 Rəşad Ələkbərov: Nəsiminin Şamaxıda ucaldılan abidəsi 5 ilə hazırlanıb Bu gün, 14:48 Sumqayıtda 6 avtomobilin iştirakı ilə zəncirvari qəza olub Bu gün, 14:48 Bakıda ata və qızının birlikdə kürəkəni öldürmək səbəbi bilindi Bu gün, 14:48 Azərbaycanın cüdo millisinin Bakıdakı dünya çempionatı üçün ilkin heyəti bəlli olub Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR