
Ağcabədi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AVESTA.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, Hindarx qəsəbəsi ərazisində Boyat kənd sakini Hafiz Qaraxan oğlu Əliyev idarə etdiyi "VAZ 2107" ilə 2012-ci il təvəllüdlü Röyal Hürbət oğlu İbrahimovu vurub.
Ağır xəsarətlər alan məktəbli hadisə yerində həyatını itirib.
Bildirilib ki, fiziki məhdudiyyətli olan Hafiz evdə təhsil alırmış.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.