
Məşhur müğənni Cennifer Lopez yeni eşq yaşamağa başlayıb.
AVESTA.AZ xəbər verir ki, o yeni "Office Romance" ("İşdə sevgi macərası") adlı filmdəki tərəf müqabili Brett Qoldşteyn ilə sevgilidir.
Cütlük filmin Nyu Yorkda baş tutan qalasında səmimi görüntülərilə diqqət çəkib.
Hətta Lopez çəkilişlərin ilk günündən etibarən aralarında xüsusi "qığılcım" yarandığını və münasibətlərin zamanla daha da yaxınlaşdığını etiraf edib.
İkili arasındakı səmimi münasibət sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.