16-05-2026, 12:48 170

Üztanıma sistemi ilə ödənişdə yaranan problem aradan qaldırıldı - Rəsmi

Bakı Dəmiryol Vağzalı, Sumqayıt Dəmiryol Vağzalı və "Koroğlu" dayanacağındakı turniketlərdən keçərkən üztanıma ilə ödəniş sistemindən yararlanmaq istəyən vətəndaşların qarşılaşdığı çətinlik aradan qaldırılıb.

AVESTA.AZ xəbər verir ki, bu barədə Oxu.Az-a "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat katibi Bəxtiyar Hacıyev məlumat verib.

O bildirib ki, hazırda "İos" cihazlarında qeydiyyat zamanı yeni nəsil şəxsiyyət vəsiqəsi ilə bağlı yaşanan çətinlik aradan qaldırılıb:

"İos" cihazlarından, "iPhone" mobil telefonundan istifadə edən vətəndaşlar "ADY Mobile" mobil tətbiqini yeniləyərək yenidən qeydiyyatdan keçə bilərlər. AZE və AA seriya siyahısına AB seriyası da əlavə edilib.

"Android" cihazlarında isə hazırda işlər davam edir, AB seriyası gün sonuna qədər əlavə olunacaq".

Bakı Dəmiryol Vağzalı, Sumqayıt Dəmiryol Vağzalı və "Koroğlu" dayanacağındakı turniketlərdən keçərkən üztanıma ilə ödəniş sistemindən istifadə etmək üçün şərait yaradılıb.

Bu sistemdən istifadə etmək üçün qeydiyyatdan keçmək istəyən bəzi vətəndaşlar çətinliklə üzləşiblər.

AVESTA.AZ xəbər verir ki, bununla bağlı Oxu.Az-ın qaynar xəttinə müraciət ünvanlayan sakinlərin sözlərinə görə, yeni nəsil şəxsiyyət vəsiqəsi ilə sistemdə qeydiyyatdan keçmək mümkün deyil.

Onlar bildiriblər ki, "ADY Mobile" mobil tətbiqində "Üztanıma ilə keçin" bölməsinə daxil olaraq bu xidmətdən yararlanmaq istəyəndə qeydiyyat prosesində yeni nəsil vəsiqələrin seriya nömrəsinə uyğun bölmə yaradılmayıb:

Üztanıma sistemi ilə ödənişdə yaranan problem aradan qaldırıldı - Rəsmi

"Şəxsiyyət vəsiqəsiylə qeydiyyatdan keçmək istəyəndə orada ancaq AA və AZE olan seriya nömrəsini seçmək mümkündür. Yeni nəsil vəsiqələr isə AB seriyalıdır. Bu seriya isə siyahıya əlavə olunmayıb. Xidmətdən yararlanmaq üçün biz nə edək?"

Məsələ ilə bağlı "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-dən bildirilib ki, hazırda sözügedən məsələ ilə bağlı sistemdə iş aparılır:

"Yaxın günlərdə AB seriyası da siyahıya əlavə ediləcək, hazırda bununla bağlı sistemdə iş aparılır".

Paylaş

Xəbər lenti

Mülk üstündə qətlə yetirildi - Şübhəli qardaşı oğludur Bu gün, 00:48 Sürücülük vəsiqələrinin müddətsiz verilməsi mümkündürmü? Dünən, 23:48 Azərbaycan ilə Slovakiya arasında strateji tərəfdaşlığın inkişafı müzakirə olunub Dünən, 23:48 Estoniyanın Azərbaycanda səfirliyi açılıb Dünən, 23:48 Mourinyo 2029-cu ilə qədər "Real"la müqavilə imzaladı Dünən, 23:48 "Platinum Wolf - 2026" təlimində "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib Dünən, 23:48 Beyləqanda AĞIR QƏZA: Üç nəfər xəsarət alıb Dünən, 22:48 Dünya çempionatının açılış mərasimi keçirilib Dünən, 22:48 Hansı mövsümi meyvələr allergiya yaradır? - AÇIQLAM Dünən, 22:48 1 həftə sonra məzun olacaqdı... Dünən, 22:48 "5 dəfə vurdular, sağlam yeri yox idi" - Gəmidə sağ qalan şəxs hadisəni danışdı Dünən, 21:48 Dövlət qurumunda korrupsiyaya qarşı ƏMƏLİYYAT: Saxlanılanlar var Dünən, 21:48 Albaniya Baş naziri Edi Rama Prezident İlham Əliyevi təbrik edib Dünən, 21:48 Adama Barrou: Qambiya ilə Azərbaycan arasında dostluq münasibətləri inkişaf edib Dünən, 21:48 Yaşlı azarkeşin Qurban Qurbanov arzusu gerçəkləşdi Dünən, 21:48 İran: Hörmüz boğazı növbəti bildirişə qədər bağlanacaq Dünən, 21:48 "Nazlanma"nın müəllifindən Vasif və Vəfaya: "Bunlar nə cür müğənnidir?" Dünən, 20:48 Azərbaycanlı məşhurlar övladlarını sosial şəbəkələrdən necə qoruyurlar? Dünən, 20:48 Sumqayıtda avtoxuliqanlıq edən sürücü ƏLƏ KEÇDİ Dünən, 20:48 Martin Ryan və Azad Məmmədlinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib Dünən, 20:48 İstifadəçiləri aldadan saxta "CAPTCHA" səhifələri yayılıb Dünən, 19:48 Azərbaycan-ABŞ münasibətlərinin gələcəyi müzakirə olunub Dünən, 19:48 DİN 5 tona yaxın narkotik vasitəni məhv edib Dünən, 19:48 Qusardakı torpaq sürüşməsinin ANBAAN GÖRÜNTÜLƏRİ Dünən, 19:48 "Sabah" heyətini "Lill"in futbolçusu ilə gücləndirib Dünən, 19:48 Yasamalda zibil konteynerləri avtobus zolağına düzülüb Dünən, 19:48 Ötən ay 68 nəfər Azərbaycana geri qaytarılıb Dünən, 18:48 Rusiya Ermənistandan karantin nəzarəti altında olan malların idxalını qadağan edib Dünən, 18:48 Sabah 10 kənddə qaz kəsiləcək Dünən, 18:48 1930-2022: Dünya çempionatlarının açılış oyunları - ARAŞDIRMA Dünən, 18:48 Bolt, Pony.ai və Stellantis sürücüsüz nəqliyyat sınaqlarına başlayır Dünən, 18:48 Sabunçuda evdən 14 min manatlıq qızıl oğurlayanlar tutuldular Dünən, 18:48 Göygöldə iki azyaşlı göldə boğularaq ölüb Dünən, 18:48 "Mənzil 4 nəfərə satılıb, hamısı deyir ki..." - Şirkət vətəndaşın başına necə oyun açıb? Dünən, 18:48 Millimiz iki pillə gerilədi Dünən, 17:48 Bakıda yeni təmayül tədris modelinə qeydiyyat başladı Dünən, 17:48 Culfada baş verən yanğında xəsarət alan azyaşlı ölüb Dünən, 17:48 II və III qruplar üzrə qəbul imtahanının nəticələri gələn həftə elan ediləcək Dünən, 17:48 Bu il 116 550 şagird məzun olur Dünən, 17:48 Azərbaycanda muzdla çalışanların sayı 1,79 milyonu ötüb Dünən, 17:48 Parlament boykotu Paşinyana sərf edir, yoxsa yeni legitimlik böhranı yaradır? Dünən, 17:48 Qusarın Laza kəndində sürüşmə olub Dünən, 17:48 120 min dolları oğurlamaq üçün plan qurdular – Binəqədidə iki nəfər tutuldu Dünən, 16:48 İş adamına qarşı 4 milyonluq dələduzluq - Federasiya rəhbərinə ağır cəza istənildi Dünən, 16:48 AAYDA-ya yeni sədr müavinləri təyin olunub Dünən, 16:48 Bu gün Azərbaycandan Ermənistana 17 vaqon dizel göndərilib Dünən, 16:48 Gəncəyə dolu yağır Dünən, 16:48 Hikmət Hacıyev: Birinci Qarabağ müharibəsindən bu yana 4009 Azərbaycan vətəndaşı itkindir Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR