Bu gün, 22:48 72

Azərbaycan TDT-də siyasi iradəsi, təşəbbüsləri, strateji layihələri ilə aparıcı rol oynayır

Bu gün Türk Dövlətləri Təşkilatı (TDT) artıq regional əməkdaşlıq çərçivəsini aşmağa başlayır. Azərbaycan prosesdə həm siyasi iradəsi, həm təşəbbüsləri, həm də strateji layihələri ilə aparıcı rol oynayır.

AVESTA.AZ xəbər verir ki, bu fikirləri "Report"a açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

Deputat qeyd edib ki, enerji, nəqliyyat, rəqəmsal inkişaf, təhlükəsizlik və iqtisadi inteqrasiya istiqamətində atılan addımlar göstərir ki, türk dünyası yeni dünya düzənində öz yerini müəyyənləşdirmək niyyətindədir: "Bugünlərdə Qazaxstanın Türküstan şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin Dövlət Başçılarının qeyri-rəsmi görüşü keçirildi. Əslində TDT-nin yeni formalaşan qeyri-rəsmi görüşlərin proqramı, siyasi, iqtisadi, humanitar və geosiyasi baxımdan heç də rəsmi görüşlərdən fərqlənmir. Bildiyimiz kimi ilk qeyri-qəsmi görüş Prezident İlham Əliyevin təşəbbüsü ilə Şuşada keçirilib.

Bu gün mübaliğəsiz deyə bilərik ki, artıq TDT-nin fəaliyyətini dünyada gedən proseslər fonunda geoiqtisadi və geosiyasi cəhətdən müqayisə etsək, bu təşkılatın beynəlxalq aləmdə sürətlə artan nüfuzunun və yeni güc mərkəzi kimi diqqət mərkəzinə çevrilməyinin şahidi oluruq. Məhz bu baxımdan Qazaxıstanın qədim Türküstan şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünün xüsusi əhəmiyyətə malik olduğunu görürük".

M.İbrahimqızı vurğulayıb ki, dövlət başçılarının bu görüşü türk dövlətlərinin gələcəyə dair ortaq qardaşlıq iradəsinin ifadə edir: "Zirvə görüşündə çıxış edən hər bir dövlət başçısının çıxışı sanki bir-birlərini tamamlayaraq, gələcək üçün yaxın, orta və uzaq vadidə məqsəd və hədəfləri müəyyən edirdi. Azərbaycan Prezidenti İlham Əliyevin Zirvə görüşündəki çıxışı isə həm siyasi məzmunu, həm strateji mesajları, həm də duyğusallığı ilə diqqət çəkirdi. Ümumiyyətlə dövlət başçısının hələ uzun illər bundan öncə səsləndirdiyi fikirləri Türk dünyasında dillər əzbəridir. Onun hələ 20 il bundan öncə dediyi tarixin qızıl səhifələrinə yazılmış "Bir millətin iki diasporu olmaz" və ya "Bizim tək bir ailəmiz var - Türk dünyası" kimi müdrik və uzaqgörən fikirləri ildən ilə aktuallığını və əhəmiyyətini artırır. Dövlət başçısının Türküstanda çıxış edərkən səsləndirdiyi "Ailəmiz olan Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilməlidir" fikri onun bütün çıxışının əsas mahiyyəti idi və təşkilatın hədəfi idi. Prezidentimizın çıxışında diqqət çəkən ən vacib məqamlardan biri də ortaq tarix, dil, din və mədəniyyət əsasında qurulmuş Türk Dövlətləri Təşkilatının artıq formal əməkdaşlıq platformasından çıxaraq konkret praktik və strateji əməkdaşlıq modelinə keçməsidir. Xüsusilə çağdaş dünyanın ən zəruri tələb və çağırışları rəqəmsal inkişaf, süni intellekt, nəqliyyat dəhlizləri və kommunikasiya layihələri ilə bağlı səsləndirilən fikirlər göstərir ki, türk dövlətlərinin gələcəyi ancaq birlikdə qurulmaqla kürəsəl təhlükələrdən qorunmaqla , dayanıqlı inkişafa nail ola bilər.

Dövlətimizin başçısının "Türk dövlətləri bu prosesdə ön sıralarda yer almalıdır" fikri də təsadüfi deyildi. Sürətlə dəyişən dünyada dövlətlərin mənsub olduğu təbii resurslar yetərli deyil. Yeni yüksək texnologiya yeni güc balansı yaradır və artıq iqtisadiyyat qədər rəqəmsal imkanlar da dövlətlərin qüdrət göstəricisinə çevrilir. Bu gün Azərbaycan bu prosesdə təkcə iştirakçı yox, təşəbbüskar ölkə kimi çıxış edir. Milli Süni İntellekt Mərkəzinin yaradılması, Süni İntellekt Strategiyasının qəbul olunması, rəqəmsal suverenliyin gücləndirilməsi istiqamətində atılan addımlar ölkənin gələcəyə hesablanmış strateji siyasətindən xəbər verir".

Deputat qeyd edib ki, Azərbaycan Prezidentinin çıxışında digər əhəmiyyətli istiqamət Orta Dəhliz və Zəngəzur dəhlizi ilə bağlı idi: "Yaxın vaxtlarda reallaşacaq Zəngəzur dəhlizi Orta Dəhlizin əsas hissələrindən birinə çevriləcəyini xüsusi vurğulayan dövlət başçısı bu layihənin türk dünyası coğrafiyasını bir-birinə daha sıx baylayacağına geniş imksn yaratdığını bildirib. Əlbəttə Zəngəzur dəhlizi təkcə yük daşımayacaq - o, türk dövlətlərini bir-birinə daha sıx bağlayacaq strateji körpüyə çevriləcək.

Türküstan Zirvə görüşündə verilən ən mühüm mesajlardan biri də birlik mesajı idi. Prezident İlham Əliyevin Şuşa ilə Türküstanın qardaşlaşmasını xüsusi vurğulaması olduqca rəmzi məna daşıyırdı. Sözsüz ki, "Qədim şəhərlərimiz də xalqlarımız kimi qardaşdır" ifadəsi sadəcə obrazlı və ya bədii cümlə deyil, müştərək tariximizin və ortaq taleyimizin siyasi manifesti kimi səsləndi".

Paylaş

Xəbər lenti

Aİ Hörmüz boğazından keçidlə bağlı SEPAH-la danışıqlara başlayıb Bu gün, 23:48 Azərbaycanın sərbəst güləşçiləri Avropa çempionatının altıncı günündə 5 medal qazanıblar Bu gün, 23:48 Londonda iki etiraz aksiyasında 31 nəfər saxlanılıb Bu gün, 23:48 Azərbaycan gimnastları "AGF Trophy" beynəlxalq turnirini 16 medalla başa vurublar Bu gün, 23:48 Azərbaycan TDT-də siyasi iradəsi, təşəbbüsləri, strateji layihələri ilə aparıcı rol oynayır Bu gün, 22:48 TDT-nin Zirvə görüşündə İlham Əliyevin fikri Türk dünyasının gələcək strateji istiqamətinə dair məqsədyönlü siyasi mövqedir Bu gün, 22:48 Hindistanlı memar WUF13-ün əhəmiyyətini izah edib Bu gün, 22:48 WUF13 qeydiyyat mərkəzində iş tam sürətlə davam edir Bu gün, 21:48 TDT-nin QHT-ləri arasında əməkdaşlıq daha da gücləndiriləcək Bu gün, 21:48 Azərbaycan Türk dünyasının əsas birləşdirici aktorlarındandır Bu gün, 21:48 Moskvaya uçan 20 dron vurulub Bu gün, 20:48 WUF13 BMT və Azərbaycan bayraqlarının qaldırılması mərasimi ilə başlayacaq Bu gün, 20:48 "Daily Trust": Trampın zərərsizləşdirildiyini elan etdiyi İŞİD lideri 2024-cü ildə öldürülüb Bu gün, 20:48 Anaklaudia Rossbax Bakıdan bütün dünyanı salamlayıb Bu gün, 19:48 Şahdağa qar yağır, Qəbələ, İsmayıllı, Xocalı və Naxçıvana dolu düşüb - FAKTİKİ HAVA Bu gün, 19:48 Banqkokda dəmir yolu keçidində qəzada xəsarət alanların sayı 32 nəfərə çatıb Bu gün, 19:48 Üz-çənə travmaları və infeksiyaları necə yaranır: Çeynəmə, danışma zamanı ağrı varsa... Bu gün, 18:48 AZAL-ın Naxçıvana uçuşları bu səbəbdən ləğv olundu Bu gün, 18:48 Sular üzərində qurulan möcüzə Bu gün, 18:48 Məşhur aktyorların 8 illik evliliyi bitdi Bu gün, 18:48 Minq və Rossbax Bakıda Malayziya və "UN-Habitat"ın əməkdaşlığını müzakirə ediblər Bu gün, 18:48 Naxçıvanda imtahandan 300 bal toplayan abituriyentin nəticəsi niyə siyahıdan kənarda qaldı? Bu gün, 18:48 Biləcərinin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə olacaq Bu gün, 18:48 "Çelsi" Xabi Alonso ilə danışıqlara başlayıb Bu gün, 18:48 WUF13-də "ADY-nin şəhərlərin inkişafı və urbanizasiyada rolu" mövzusunda infosessiya keçiriləcək Bu gün, 17:49 Türküstan Bəyannaməsi: Regional əməkdaşlığın yeni mərhələsi Bu gün, 17:49 Antonio Konte növbəti mövsümdə də "Napoli"ni çalışdırmağa yaxındır Bu gün, 17:48 Nəqliyyatdan istifadə edəndə buna görə 200 manat cərimə oluna bilərsiniz - Baku TV Bu gün, 17:48 Misirin mənzil tikintisi naziri WUF13-də iştirak edəcək Bu gün, 17:48 Üz-çənə travmaları və infeksiyaları necə yaranır? Bu gün, 17:48 Bakıda TDT-yə üzv ölkələrin QHT-lərinin II Həmrəylik Forumu keçirilib Bu gün, 17:48 Yağıntılı hava şəraiti bu tarixədək davam edəcək Bu gün, 16:48 Meteohəssas insanların NƏZƏRİNƏ Bu gün, 16:48 Pakistanın Pəncab əyalətinin Baş naziri WUF13-də iştirak üçün Azərbaycana gəlib Bu gün, 16:48 Böyük Britaniya kralı III Çarlz Qarabağ atlarının şousunu izləyib Bu gün, 16:48 Qafqazın ən böyük tunelindən GÖRÜNTÜLƏR Bu gün, 16:48 Sabiq millət vəkili VƏFAT ETDİ Bu gün, 16:48 Keçmiş prokurordan sensasion xatirələr: İllərlə açılmayan qətlin sirri necə üzə çıxdı? Bu gün, 16:48 Ağdərənin Aşağı Oratağ kəndinə köçürülən ailələrə mənzillərinin açarları təqdim olunub Bu gün, 16:48 Anaklaudia Rossbax: Azərbaycan WUF13-ün keçirilməsi üçün müstəsna işlər görüb Bu gün, 16:48 Kenan Doğulu otel videoları ilə şantaj edilir - 14 milyon tələb ediblər Bu gün, 16:48 Xocalı sakini: 10 yaşında tərk etdiyim kəndimizə 10 övladımla qayıtdım Bu gün, 15:49 Türküstan görüşü: Ortaq maraqlar barədə praqmatik mövqe Bu gün, 15:49 WUF13 çərçivəsində 9 HUB, 2 son məntəqə, 67-dən çox aralıq məntəqə təşkil edilib Bu gün, 15:49 Bakı dünyaya qucaq açır: Paytaxt WUF13-ə necə hazırlaşıb? - FOTOREPORTAJ Bu gün, 15:48 İşğaldan azad edilmiş ərazilər Azərbaycanın bərpaolunan enerji mərkəzinə çevrilir Bu gün, 15:48 WUF13 ilə bağlı daşımalara "Bakı Taksi" xidmətinin 150 nəqliyyat vasitəsi cəlb edilib Bu gün, 15:48 Xarici diplomatlar üçün WUF13-lə bağlı brifinq keçirilib Bu gün, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR