18-05-2026, 18:48 365

Bolt WUF 2026 ərəfəsində Bakıda ilk Azərbaycan Təhlükəsizlik Konfransını keçirib

Bolt şirkəti Sea Breeze Resort-da ilk Azərbaycan Təhlükəsizlik Konfransını təşkil edib.

Tədbirdə dövlət qurumlarının nümayəndələri, o cümlədən Təhsil Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA), AZCON, İqtisadiyyat Nazirliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA),sürücü tərəfdaşlar, tələbələr iştirak edərək yol təhlükəsizliyi və təhlükəsizlik standartlarının inkişafı mövzularını müzakirə ediblər.

Konfransın əsas məqsədi Azərbaycanda yol təhlükəsizliyi sahəsində maarifləndirməni artırmaq, dövlət və özəl sektor arasında əməkdaşlığı gücləndirmək və təhlükəsiz mobillik standartlarının inkişafına töhfə vermək olub. Tədbirin moderatorları Bolt-un Regional Dövlət əlaqələri üzrə Meneceri Yuliya Maliç və Bolt for Business üzrə Baş Meneceri Salman Babazadə olublar.

Tədbirin açılışında çıxış edən Bolt-un Dövlət əlaqələri üzrə Direktoru Tom Tuksvort (Tom Tuxworth) şirkətin təhlükəsizlik və uyğunluq sahəsində həyata keçirdiyi təşəbbüslərdən danışıb.

Tom Tuksvort çıxışında Azərbaycanda tətbiq olunan təhlükəsizlik həllərinə də toxunub. Bildirilib ki, Bolt platformasında hər səfər sürücünün selfi təsdiqi ilə başlayır, bütün səfərlər real vaxt rejimində izlənilir və həm sürücülər, həm də sərnişinlər üçün tətbiqdaxili SOS funksiyası mövcuddur.

Bolt-un təqdim etdiyi məlumata görə, platformadakı səfərlərin 99.9%-i heç bir təhlükəsizlik insidenti qeydə alınmadan tamamlanır. Şirkət həmçinin qeyd edib ki, tətbiqdaxili təhlükəsizlik funksiyalarından istifadə davamlı olaraq artır. Hazırda sərnişinlərin təxminən yarısı səfər paylaşımı funksiyasından istifadə edir, 400 mindən çox istifadəçi "etibarlı əlaqə şəxslər" funksiyasını aktivləşdirib, audio səfər qeydi funksiyasının istifadəsi isə 40%-dən çox artıb.

Azərbaycan Milli Avtomobil Klubunun (AMAK) prezidenti Vüsal Rəcəbli isə çıxışında yol təhlükəsizliyi mədəniyyətinin formalaşdırılması, sürücü davranışları və maarifləndirmənin əhəmiyyətini vurğulayıb.

Tədbirdə çıxış edən AZCON-un Sistem Direktoru Samir Əliyev yol təhlükəsizliyi sahəsində mövcud çağırışlardan və sürücülərin gündəlik qarşılaşdığı problemlərdən danışıb.

Tədbir çərçivəsində Qlobal Platformalarda təhlükəsizlik sahəsində adlı sessiya keçirilib. Sessiyada Bolt nümayəndəsi Ketrin Merser (Katherine Mercer), qadın sürücü Gülnaz Kazımzadə, AmCham Təchizat Komitəsinin sədr müavini Paşayeva Maarifə və AMAK direktoru Vüsal Rəcəbli təhlükəsizliyi müzakirə ediblər.

Çıxışı zamanı Maarifə Paşayeva Bolt-un Azərbaycanda istifadəyə verdiyi "Video müşahidə" təhlükəsizlik həlli barədə də məlumat verib. Bu xidmət çərçivəsində sərnişinlər səfərin 360 dərəcəlik videosunu real vaxt rejimində yaxınları ilə paylaşa bilir. Xüsusi təhlükəsizlik komandası isə səfərləri izləyərək fövqəladə hallarda operativ reaksiya göstərir.

Konfrans çərçivəsində Bolt Azərbaycan-ın Baş Meneceri İlkin Zeynallı və Sabah.Hub İnnovasiya Mərkəzinin İdarə heyətinin üzvü Orxan Abbasov arasında memorandumun imzalanması da elan olunub. Əməkdaşlıq çərçivəsində innovasiya, təhsil və təhlükəsizlik istiqamətində birgə təşəbbüslərin həyata keçirilməsi nəzərdə tutulur.

Konfrans zamanı 2025-ci il üzrə ən peşəkar və təhlükəsiz xidmət göstərən sürücü tərəfdaşlar Bolt Academy çərçivəsində mükafatlandırılıb. Eyni zamanda, yol təhlükəsizliyi mövzusunda təşkil olunan tələbələrarası müsabiqədə fəal iştirak edən tələbələrə sertifikat və hədiyyələr təqdim olunub.

Paylaş

Xəbər lenti

Avtobuslar niyə düzgün park edilmir? Bu gün, 00:48 Tokayev: "TikTok" insan beynini məhv edən dəhşətli bir şeydir Bu gün, 00:48 2027-ci ildə borc içində üzəcək bürclər – XƏBƏRDARLIQ Bu gün, 00:48 Həsənin ölümünün pərdəarxası: Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? Dünən, 23:48 Putin: Xəzər dənizinin dayazlaşması narahatlıq doğurur Dünən, 23:48 Bakıda iki böyük prospektin yükü azalacaq: İşlər bitmək üzrədir Dünən, 23:48 Atobuslar niyə düzgün park edilmir? Dünən, 23:48 Babək rayonunda baş verən qəzada beş nəfər xəsarət alıb Dünən, 23:48 Bir telekanalın yayımı dayandırıldı Dünən, 22:48 Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib Dünən, 22:48 Özcan Deniz, Burcu Özberk və Deniz Çakırın ifadələri mətbuata açıqlandı Dünən, 22:48 Gecələr az yatmağın səbəbi bu vitamin çatışmazlığı ola bilər - ARAŞDIRMA Dünən, 22:48 Simonyan Azərbaycana səfəri zamanı ikitərəfli məsələləri müzakirə etmək niyyətindədir Dünən, 22:48 Urudun susdurulan yaddaşı: Daşlara həkk olunan tarix Dünən, 21:48 Gələn il maaşdan nə qədər vergi tutulacaq? - AÇIQLAMA Dünən, 21:48 Ruslan Ənvərliyə vəzifə verildi Dünən, 21:48 Yeni il gecəsi baş verən hadisənin təfərrüatı: 13 yaşlı qızla intim münasibətdə olan gənc həbs edildi Dünən, 20:48 Maşın almaq istəyənlərə MÜJDƏ - Bu tarixdə dəyərindən çox ucuz avtomobillər satışa çıxarılacaq Dünən, 20:48 "Sülh körpüsü" təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək Dünən, 20:48 Arvadını iki kişi ilə yaxalayan 49 yaşlı iş adamı evində ölü tapıldı Dünən, 20:48 SOCAR-da ilin ilk 6 ayı üzrə audit olunmuş maliyyə və əməliyyat nəticələri müzakirə edilib Dünən, 20:48 Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib Dünən, 19:48 "Sabah"a 2 qol vuran Qordon UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib Dünən, 19:48 Bakı metrosunda 36 vaqon xətdən çıxarılıb: Səbəb Dünən, 19:48 Bu ərazidə 960 şagirdlik yeni məktəb-lisey TİKİLƏCƏK Dünən, 19:48 AZƏRTAC və Argentinanın LANA xəbər agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb Dünən, 19:48 "Barselona"nın ulduzu: Mənim xarakterim və düşüncə tərzim unikaldır Dünən, 19:48 "Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Dünən, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Dünən, 18:48 Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib Dünən, 18:48 "Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib Dünən, 18:48 İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında Dünən, 18:48 Küveytdə İranın PUA hücumu nəticəsində 2 italiyalı mütəxəssis ölüb Dünən, 18:48 Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Dünən, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Dünən, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Dünən, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Dünən, 17:48 Tanınmış vəkil Orxan Kəngərli həbsdə qaldı Dünən, 17:48 Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbini açıqlayıb Dünən, 17:48 Azərbaycan neftini ən çox alan 10 ölkə – SİYAHI Dünən, 17:48 Alen Simonyan azərbaycanlı və erməni nümayəndələrlə görüşdü Dünən, 17:48 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - Rəsmi Dünən, 17:48 İlon Mask ABŞ-dəki bütün uşaqlara bahalı hədiyyə verəcək Dünən, 17:48 57 yaşlı Cennifer Lopez belə formada qalır Dünən, 17:48 Qazaxıstanda təhlükəli virus yayılması barədə iddialara cavab verildi Dünən, 17:48 Avropa ölkəsində elektrik enerjisi çatışmazlığı riski artıb Dünən, 17:48 Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb Dünən, 16:48 Bakıda sökülən tarixi qapı əvvəlki yerinə qaytarılır - Qanun pozuntusuna görə protokol tərtib edilib Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR