19-03-2026, 17:48 179

Mobillikdə təhlükəsizlik necə təmin olunur? Bolt mövzunu müzakirəyə çıxardı

19 mart tarixində Bakı, Ritz-Carlton otelində Bolt şirkəti tərəfindən "Mobillikdə təhlükəsizlik və məsuliyyət" mövzusunda tədbir keçirilib. Tədbirdə müxtəlif tərəfdaş qurumların nümayəndələri, o cümlədən AmCham təmsilçiləri iştirak edib.

Tədbirin əsas məqsədi mobillik sahəsində təhlükəsizlik standartlarının müəyyən edilməsi, platformada tətbiq olunan həllərin təqdim olunması və tərəfdaşlarla əməkdaşlıq imkanlarının müzakirəsi olub.

Tədbirin əsas çıxışçısı Bolt-un Dövlət əlaqələri, təhlükəsizlik və uyğunluq üzrə nümayəndəsi Keytrin Merker (Katherine Mercer) olub. O, çıxışında təhlükəsizliyin Bolt üçün əsas prioritet olduğunu və bu istiqamətdə davamlı olaraq işlərin aparıldığını vurğulayıb:

"hlükəsizlik bizim üçün ən yüksək prioritetdir. Platformamızda insidentlər nadir hallarda baş versə də, hər bir belə hal bizim üçün qəbuledilməzdir. Bu sahədə irəliləyiş əldə etmək üçün təhlükəsizliyi bütün proseslərə inteqrasiya etmək, sistemlərimizi davamlı təkmilləşdirmək və sürücü tərəfdaşlarımızla sıx əməkdaşlıq etmək vacibdir."

Çıxış zamanı Bolt platformasında tətbiq olunan təhlükəsizlik tədbirləri də ətraflı təqdim olunub. Qeyd edilib ki, səfərdən əvvəl sürücülərin şəxsiyyətinin təsdiqi həm süni intellekt, həm də insan yoxlaması ilə həyata keçirilir, avtomobil məlumatları sistemdə qeydiyyata alınır və sərnişinlər üçün görünən olur.

Daha sonra Bolt-un Azərbaycanda Dövlət əlaqələri üzrə rəhbəri Maarifə Paşayeva platformada tətbiq olunan texnoloji təhlükəsizlik həlləri haqqında təqdimatla çıxış edib. O, real vaxt izləmə, məlumatların şəffaflığı, hesabat və şikayət mexanizmləri, eləcə də platforma nəzarət alətləri barədə ətraflı məlumat verib.

Bununla yanaşı, o qeyd edib ki, hazırda Bolt platformasında yeni "Ambulans" kateqoriyasının istifadəyə verilməsi istiqamətində müzakirələr aparılır. Bu təşəbbüs çərçivəsində istifadəçilər tətbiq vasitəsilə təcili tibbi yardım çağırmaq imkanı əldə edəcək və xidmətin bir neçə klinika ilə tərəfdaşlıq əsasında həyata keçirilməsi planlaşdırılır.

Tədbir açıq müzakirə sessiyası ilə davam edib. İştirakçılar mobillik sahəsində təhlükəsizlik standartlarının inkişafı, dövlət qurumları ilə əməkdaşlıq və gələcək təşəbbüslər barədə fikir mübadiləsi aparıblar.

Tədbirin sonunda Katherine Mercer təhlükəsizliyin bütün tərəflərin birgə məsuliyyəti olduğunu vurğulayıb:

"Mobillikdə təhlükəsizlik tək bir şirkətin həll edə biləcəyi məsələ deyil. Bu, həm sürücülərin, həm sərnişinlərin, həm də platformaların birgə məsuliyyətidir. Biz Azərbaycanda bu prosesin etibarlı tərəfdaşı olmağa və standartları daha da yüksəltməyə davam edəcəyik."

Paylaş

Xəbər lenti

"Survivor"da QALMAQAL - Yanlış montaj səbəbindən söyüş efirə getdi Bu gün, 14:48 Ancelina Colidən danışan qızı: "O, mənim üçün ilham mənbəyidir" Bu gün, 14:48 Can Yaman dəyişib belə oldu Bu gün, 14:48 "Ağlayan gəlin" gülünü qoparan 700 min cərimələnir Bu gün, 14:48 Qubada WUF13 Festivalı başlayıb Bu gün, 14:48 Maliyyə Nazirliyinin kollegiyasının tərkibində dəyişiklik Bu gün, 14:48 Sabah saat 10:00-dan bu küçələrdə WUF13-ə görə MƏHDUDİYYƏTLƏR OLACAQ Bu gün, 14:48 Elçin Əmirbəyov: Meloninin Azərbaycana səfəri Bakı-Roma münasibətlərinə əlavə təkan verəcək Bu gün, 14:48 Bakı məktəbində ilan peyda oldu - Valideynlər QORXU İÇİNDƏ Bu gün, 14:48 İlham Əliyev: Avropada heç də hamı Azərbaycanın Avropa çempionatlarında iştirak etməsinə sevinmir Bu gün, 13:48 Dövlət başçısı: Əminəm ki, gələcəkdə də qızlar qızıl medal qazanacaqlar, mən buna şübhə etmirəm Bu gün, 13:48 "Dərmanlı meyvə"nin faydası var? Bu gün, 13:48 Hansı bürclər dediyi yalana özü də inanır? Bu gün, 13:48 Masazırda 1 yaşlı uşaq faciəli şəkildə öldü Bu gün, 13:48 Kababdan sonra mədəmiz niyə AĞRIYIR? – SƏBƏB Bu gün, 13:48 Bu çay qocalmağın düşmənidir Bu gün, 13:48 Gəncədə "ABAD məhəllə" layihəsi həyata keçirilir Bu gün, 13:48 Məhkumlarla görüşlər üçün onlayn qeydiyyat xidməti istifadəyə verilib Bu gün, 12:49 Xocavənd kəndinə daha 32 ailə yola salınıb Bu gün, 12:49 Rusiyada ən azsaylı xalqın sayı açıqlanıb Bu gün, 12:49 Okamponun ifşası: "Paşinyan aradan qaldırılmalıdır" Bu gün, 12:48 SOCAR-ın idarəsi 3 ayda qeyri-neft ixracından 35 milyon dollardan çox gəlir əldə edib Bu gün, 12:48 Metronun yeni açılacaq stansiyası HARADA YERLƏŞİR? - VİDEO Bu gün, 12:48 Prezident İlham Əliyev: Güləşimizin böyük ənənələri var və biz bu ənənələri yaşadırıq Bu gün, 12:48 İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul edib Bu gün, 12:48 Prezident: İdmançılarımızda qələbə əzmi çox güclüdür Bu gün, 12:48 "Hafka" ilə Qurban Qurbanov bir arada Bu gün, 11:48 Mayın sonunda ardıcıl 5 gün iş olmayacaq Bu gün, 11:48 Baş Ələt stansiyasında dəmir yolu xətlərinin yenilənməsi davam edir Bu gün, 11:48 Azərbaycanda keçiriləcək Ümumdünya Ətraf Mühit Gününün tarixi məlum olub Bu gün, 11:48 "Fənər"dən qovulan Tedeskoya yeni təklif gəldi Bu gün, 11:48 Oğuzda narkokuryerlər saxlanılıb Bu gün, 11:48 DİN qanunsuz silah saxlayanlara ÇAĞIRIŞ ETDİ Bu gün, 11:48 Gəncədə məktəbdə şagirdin bıçaqlandığı hadisənin TƏFƏRRÜATI Bu gün, 11:48 İranla müharibənin xərci 25 milyard dollara çatıb - Pentaqon Bu gün, 10:48 "Dəfn pulu"nu almaq ASANLAŞDIRILIR Bu gün, 10:48 Azərbaycanda saatlıq əməkhaqqı modelinə keçid sürətlənə bilər Bu gün, 10:48 Məhkəmə müştərinin borcunu qohumlara açıqlayan bankı cəzalandırdı Bu gün, 10:48 Azercell-in İT sahəsində dəstəklədiyi gənclər ölkəmizə dörd medal qazandırıblar Bu gün, 10:48 Avropa ölkələri NATO-ya əlavə olaraq yeni hərbi dəniz ittifaqı yaradır Bu gün, 10:48 Bu gün Azərbaycandan tranzit keçməklə Ermənistana taxıl və gübrə göndəriləcək Bu gün, 10:48 Həbib Nurməhəmmədov: "Putin mənim üçün heç bir idman bazası tikdirməyib" Bu gün, 10:48 Qəbul imtahanının II mərhələsi üzrə neçə abituriyent qeydiyyatdan keçib? Bu gün, 10:48 Ronaldo azarkeşlərin məsxərəsinə istehzalı cavab verdi Bu gün, 10:48 MTK-lar idarəetməni niyə təhvil vermirlər? - Sakinlərin bitməyən "komendant" dərdi Bu gün, 09:48 ABŞ-İran gərginliyi yenidən artır: Müharibə yenidən başlayacaq? Bu gün, 09:48 Masallıda 14 kiloqram narkotik vasitə aşkarlanıb Bu gün, 09:48 Neftimiz 6 dollardan çox bahalaşıb Bu gün, 09:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR