
Kuba Prezidenti Migel Dias-Kanel ABŞ-nin mümkün hərbi müdaxiləsinin ağır nəticələrə səbəb olacağını bildirib.
BAKU.WS xəbər verir ki, Kuba lideri ölkəsinin heç bir dövlət üçün təhlükə yaratmadığını və hücum planlarının olmadığını deyib. O, ABŞ-nin Kubaya qarşı təzyiqləri artırdığını və yeni sanksiyalar tətbiq etdiyini vurğulayıb.
Məlumata görə, Vaşinqton administrasiyası Kuba hökuməti və bir sıra rəsmilərə qarşı əlavə məhdudiyyətlər tətbiq edib. Eyni zamanda, ABŞ-nin yeni qaydaları səbəbindən bəzi gəmiçilik şirkətləri Kuba ilə daşımaları dayandırmağa hazırlaşır.
Kuba tərəfi isə mümkün təhlükələr fonunda əhaliyə fövqəladə hallarla bağlı xüsusi təlimatlar paylamağa başlayıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.