
Dövlət Məşğulluq Agentliyi mayın 22-də Laçında növbəti əmək yarmarkası keçirəcək.
Bu barədə BAKU.WS-ə qurumdan məlumat verilib.
Bildirilib ki, tədbirdə işaxtaran şəxslərə 21 müəssisə tərəfindən informasiya texnologiyaları üzrə mühəndis, rabitə mühəndisi, elektrik-qaz qaynaqçısı, ofisiant, yük avtomobili sürücüsü, qənnadıçı, fəhlə, dəmirçi, gözətçi və s. peşə istiqamətləri üzrə 90-a yaxın vakansiya təqdim ediləcək.
Həmçinin, yarmarkaya gələn şəxslərə Dövlət Məşğulluq Agentliyinin icra etdiyi aktiv məşğulluq proqramları və layihələr barədə də ətraflı məlumatlar veriləcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.