
Su sahəsində problemlər bir dövlətin təkbaşına həll edəcəyi məsələ deyil.
AVESTA.AZ report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müavini İlqar Gülməmmədov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Su ilə Ağıllı Şəhərlər: Potensialın İnkişafı vasitəsilə Şəhər Dayanıqlığının Qurulması" mövzusunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Bakı və Abşeron yarımadasında içməli su təchizatının fasiləsizliyini təmin etmək, su itkilərini kəskin azaltmaq və yağış eləcə də tullantı suları infrastrukturunu yenidən qurmaq sahəsində ciddi addımlar atılıb:
"Azərbaycanda su təsərrüfatının idarəedilməsi və ekoloji dayanıqlılığın artırılması məqsədilə qəbul edilən "Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illər üçün Dövlət Proqramı" strateji əhəmiyyətli islahatlar sənədidir. Bu islahatlar nəticəsində təkcə mühəndis-kommunikasiya problemləri deyil, həm də əhalinin sosial rifahı yaxşılaşdırılacaq və regionun ekoloji təhlükəsizliyi təmin ediləcək. Lakin bu məsələlərdə qlobal dəstəyə də ehtiyac var. Bu bir dövlətin təkbaşına həll edə biləcəyi problem deyil".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.