
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ və İsrailə qarşı sərt bəyanat səsləndirib.
AVESTA.AZ "Fars" agentliyinə istinadən xəbər verir ki, SEPAH mümkün yeni hücumların regiondan kənara yayılan genişmiqyaslı müharibəyə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.
Bəyanatda bildirilib ki, ABŞ və İsrail əvvəlki qarşıdurmalardan nəticə çıxarmayıb və yenidən təhdid ritorikasına əl atır.
"Onlar dünyanın ən bahalı iki ordusunun bütün gücü ilə bizə hücum etsələr də, biz bütün imkanlarımızdan istifadə etmədik. Əgər hücum təkrarlanarsa, növbəti regional müharibə artıq Yaxın Şərqlə məhdudlaşmayacaq", – açıqlamada qeyd olunub.
SEPAH həmçinin İran xalqını "müharibə xalqı" adlandıraraq güclərinin sosial şəbəkələrdə deyil, döyüş meydanında nümayiş etdiriləcəyini vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl İranın xarici işlər naziri Abbas Əraqçi də Vaşinqtonun bölgədə müharibəni yenidən alovlandıracağı təqdirdə ABŞ-ni "çoxlu sürprizlərin" gözlədiyini bildirmişdi.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.