
Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma işləri diqqət mərkəzində olub.
BAKU.WS xəbər verir ki, bu barədə Haber Global videomaterial hazırlayıb.
Süjetdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə yalnız yaşayış evləri deyil, kompleks inkişaf modeli formalaşdırdığı vurğulanıb.
Fərid Şəfiyev bildirib ki, Azərbaycan Qarabağda hərtərəfli inkişaf konsepsiyası tətbiq edir:
"Azərbaycan yalnız ev tikmir, bütöv inkişaf modeli yaradır".
Onun sözlərinə görə, bu yanaşma Ukrayna və Yaxın Şərq daxil olmaqla münaqişədən zərər görmüş digər bölgələr üçün də nümunə ola bilər.
Materialda qeyd olunub ki, Böyük Qayıdış Proqramı çərçivəsində son 5 ildə Qarabağ və Şərqi Zəngəzurda ümumi uzunluğu 70 kilometr olan tunellər inşa edilib. Hazırda daha 5 tunelin tikintisi davam edir. Bundan başqa, planlaşdırılan 500 körpüdən 435-i artıq tamamlanıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.