21-05-2026, 15:48 177

Azərbaycan və Dünya Bankı

Azərbaycanla Dünya Bankı arasında hazırlıq mərhələsində olan "Yaşanıla bilən Bakı" layihəsi çərçivəsində əməkdaşlığın əsas istiqamətləri, eləcə də ölkədə və regionda davamlı şəhər inkişafı, ekoloji dayanıqlıq və yaşıl infrastrukturun təşviqi məsələləri müzakirə olunub.

AVESTA.AZ Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu gün maliyyə naziri Sahil Babayev Azərbaycanda səfərdə olan Dünya Bankının "Yaşanıla bilən Bakı" layihə qrupunun nümayəndə heyəti ilə görüşüb.

Nazir Sahil Babayev bildirib ki, Dünya Bankı ilə tərəfdaşlıq Azərbaycanın sosial-iqtisadi inkişafının dəstəklənməsi, institusional islahatların dərinləşdirilməsi və müasir, dayanıqlı infrastrukturun formalaşdırılması baxımından mühüm rol oynayır.

Qeyd olunub ki, "Yaşanıla bilən Bakı" layihəsi Bakı şəhərində ekoloji mühitinin yaxşılaşdırılması, iqlimə dayanıqlığının artırılması və daha dayanıqlı şəhər inkişafı modelinə keçidin sürətləndirilməsi baxımından strateji əhəmiyyətə malikdir.

Bildirilib ki, layihə şəhər infrastrukturunun və ictimai məkanların yenilənməsini, bərk məişət tullantılarının idarə olunmasının təkmilləşdirilməsini, çirklənmiş ərazilərin bərpasını, eləcə də şəhər idarəetmə sistemlərinin gücləndirilməsinininəzərdə tutur.

Nazir layihənin mərhələli və prioritet əsasda icrasının vacibliyini vurğulayaraq, hazırlıq işlərinin Dünya Bankı ilə sıx koordinasiya şəraitində davam etdirildiyini bildirib və göstərilən dəstəyə görə təşəkkürünü ifadə edib.

Dünya Bankının nümayəndə heyəti Azərbaycanda həyata keçirilən şəhərsalma və iqlim yönümlü islahatları yüksək qiymətləndirərək, "Yaşanıla bilən Bakı" layihəsinin müasir şəhər inkişafı və ekoloji transformasiya baxımından nümunəvi təşəbbüs ola biləcəyini qeyd edib.

Görüşdə həmçinin, ölkəmizdə həyata keçirilən digər infrastruktur və sosial yönümlü təşəbbüslər, o cümlədən regional yol infrastrukturu və məşğulluğa dəstək proqramları üzrə əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər layihənin növbəti mərhələlərində institusional koordinasiyanın gücləndirilməsinin, texniki hazırlıq səviyyəsinin artırılmasının və uzunmüddətli dayanıqlığın təmin edilməsinin vacibliyini vurğulayıblar.

Paylaş

Xəbər lenti

Kaliforniyada meşə yanğını sürətlə böyüyür: Minlərlə hektar ərazi alov içində, təxliyələr başladı Bu gün, 17:48 Milyonlar xərclədi, yenə xəstələndi – məşhur biohakerin diaqnozu müzakirə yaradır Bu gün, 17:48 İranda ABŞ senatoru Lindsi Qrahamın ölüm xəbəri efirdə sevinclə qarşılanıb Bu gün, 17:48 Türkiyə Nazirlər Kabineti NATO sammiti və regional məsələləri müzakirə edəcək Bu gün, 17:48 Bağçalara qəbul prosesi davam edir: Bu il hansı dəyişikliklər tətbiq olunur? Bu gün, 16:48 Xaçmazda elektrik dirəyindən yıxılan kişi ölüb Bu gün, 16:48 Zelenski Ukraynada genişmiqyaslı kadr islahatlarına start verir Bu gün, 16:48 "Günəş gözümə düşdü, idarəetməni itirdim" - Hacıqabuldakı qəzanın TƏFƏRRÜATI Bu gün, 16:48 Ot tayaları yandı, yük maşını yararsız hala düşdü Bu gün, 15:48 Azərbaycanda tanınmış musiqiçi vəfat edib Bu gün, 15:48 Dövlət icra məmuru olmaq istəyən şəxslər üçün test imtahanı keçirilib Bu gün, 14:48 Tovuzda yaşayış evində YANĞIN: İki nəfər xəsarət alıb Bu gün, 14:48 İmtahanda 12 nəfərdə mobil telefon aşkarlanıb Bu gün, 14:48 "Taşacak bu deniz"də daha bir eşq Bu gün, 14:48 Ağdaşda "Mercedes" yanıb kül oldu Bu gün, 13:48 Venesuelanı bu amerikalı nazir idarə edir? Bu gün, 13:48 Azərbaycan Prezidenti Qətər Əmirinə başsağlığı verib Bu gün, 13:48 Bu gün abituriyentlər I və IV ixtisas qrupları üzrə imtahan veriblər Bu gün, 13:48 "Kızılcık Şerbeti"nin aktyoru yeni serialda Bu gün, 12:48 Gürcüstandan ixrac edilən diri qoyunların ən böyük alıcısı Azərbaycan olub Bu gün, 12:48 Sabah Bakıda 35, rayonlarda 39 dərəcə isti olacaq Bu gün, 12:48 Sabah çimərliklərdə 26 dərəcə isti gözlənilir Bu gün, 12:48 Hollouey Makqreqoru ilk raundda texniki nokautla məğlub edib Bu gün, 11:48 Biləcəridə marketdə bıçaqlanma olub Bu gün, 11:48 Hacıqabulda baş verən avtobus qəzası ilə bağlı RƏSMİ AÇIQLAMA Bu gün, 11:48 ABŞ senatoru Lindsi Qrem vəfat edib Bu gün, 11:48 SEPAH: Hörmüz boğazında ikinci gəmi və Qətərdəki baza raketlə vurulub Bu gün, 11:48 Suraxanıda qonşular arasında internet kabelinə görə dava düşdü, ölən var Bu gün, 10:48 Bakıda küləyinin maksimal sürəti 17 m/s-yə çatır - FAKTİKİ HAVA Bu gün, 10:48 Radik İsmayılov: "Televiziya klassik xəbərin altı sualından dördünü sosial mediaya uduzur" Bu gün, 10:48 Hacıqabulda sərnişin avtobusu aşıb, 21 nəfər xəsarət alıb Bu gün, 10:48 Mir Şahin Ağayev: "Televiziyanı hansısa günəbaxan tumu satan teleköşkə çevirmək olmaz" Bu gün, 10:48 DÇ-2026: İngiltərə Norveçə qalib gələrək yarımfinala yüksəlib Bu gün, 09:49 DÇ-2026: Argentina yarımfinala yüksələn sonuncu komanda olub Bu gün, 09:49 Bu gün abituriyentlər I və IV ixtisas qrupları üzrə imtahan verəcəklər Bu gün, 09:49 Dövlət icra məmuru fəaliyyəti ilə məşğul olmaq istəyənlər bu gün imtahan verəcəklər Bu gün, 09:48 Dilarə Kazımovadan ETİRAF: "Məhv olmaqdan qorxuram" Bu gün, 09:48 ABŞ İrana qarşı üçüncü zərbələr dalğasını başa çatdırıb Bu gün, 09:48 Murov Qartalı", şəhid polkovnik-leytenant Raquf Orucovun doğum günüdür Bu gün, 09:48 Salyanda sağlamlıq mərkəzinin rəhbərinin meyiti tapıldı, şübhəli şəxs saxlanıldı Bu gün, 00:49 Venesuelada zəlzələlər nəticəsində ölənlərin sayı 4 333 nəfərə çatıb Bu gün, 00:48 AFP: Livan İsraillə Romada keçiriləcək danışıqlarda iştirak edəcək Bu gün, 00:48 Tovuz döyüşlərindən 6 il ötür Bu gün, 00:48 Moskvada iki nəfəri ildırım vurdu Dünən, 23:48 Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazandı Dünən, 23:48 Mir Şahin Ağayev və Radik İsmayılov "Media Masası"nda Dünən, 23:48 İsrail Livanda "Hizbullah"a silah daşıyan radikallara zərbə endirib Dünən, 23:48 İraq, ABŞ və Suriya Hörmüzdən yan keçməklə Kərkükdən neft kəmərini yenidən işə salmağı planlaşdırırlar Dünən, 23:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR