Bu gün, 19:48 74

İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 21-də BMT Baş katibinin müavini Amina Mohammedi qəbul edib.

BAKU.WS xəbər verir ki, dövlət başçısı Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının keçirilməsi ilə bağlı göstərdiyi dəstəyə görə BMT rəhbərliyinə minnətdarlığını bildirdi, tədbirin uğurlu olması üçün Azərbaycan Hökumətinin və BMT-nin Məskunlaşma Proqramının bir komanda kimi fəaliyyət göstərdiyini dedi.

WUF13-ün COP29-dan sonra iştirakçı sayına görə ölkəmizdə keçirilən ikinci mühüm qlobal tədbir olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev COP29 kimi Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının da uğurla təşkil edildiyini vurğuladı.

Dövlət başçısı Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı ilə səmərəli əməkdaşlıq həyata keçirdiyini deyərək, ölkəmizin gələcəkdə də bu Proqramla tərəfdaşlığını davam etdirəcəyini və Ümumdünya Şəhərsalma Forumunun digər sessiyalarının işində də fəal olacağını bildirdi.

Amina Mohammed BMT-nin Baş katibi Antonio Quterreşin salamlarını dövlətimizin başçısına çatdırdı.

Salamlara görə minnətdarlığını bildirən Prezident İlham Əliyev onun da salamlarını Antonio Quterreşə çatdırmağı xahiş etdi.

WUF13-ün uğurla keçdiyini deyən Amina Mohammed bununla bağlı dövlətimizin başçısını təbrik etdi. O, bu tədbirdə dünyanın müxtəlif ölkələrindən çox sayda yüksək səviyyəli qonağın iştirak etməsinin dərin təəssürat hissi yaratdığını bildirdi.

Amina Mohammed Bakıda müasir şəhərsalma qaydaları tətbiq olunmaqla tarixi irslə müasirliyin vəhdətinin təmin edildiyini məmnunluqla vurğuladı və bildirdi ki, bu, paytaxtımıza xüsusi gözəllik verir.

Görüşdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə postmünaqişə şəraitində həyata keçirdiyi bərpa və quruculuq işlərinin postmünaqişə vəziyyətindəki regionlar üçün bir nümunə olduğu bildirildi və bu xüsusda ölkəmizin təcrübəsinin BMT çərçivəsində digər ölkələrlə bölüşməsinin faydalı olacağı vurğulandı.

Azərbaycanın "ASAN xidmət" modelinin BMT-nin dövlət xidmətləri mükafatına, həmçinin BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına layiq görüldüyü xatırlandı, "ASAN xidmət"in uğurlu təcrübə kimi Afrika və Asiyanın müxtəlif ölkələrində tətbiq olunduğu qeyd edildi.

Söhbət zamanı Azərbaycanla BMT arasında uzun illərdir uğurlu əməkdaşlığın həyata keçirildiyi və ölkəmizin bu təşkilatın fəal üzvü olduğu, onun proqram və tədbirlərinin icrasına mühüm töhfələr verdiyi vurğulandı. İndiyədək BMT-nin müxtəlif mövzulara aid beynəlxalq tədbirlərinin Azərbaycanda yüksək səviyyədə təşkil olunması məmnunluqla xatırlandı.

Paylaş

Xəbər lenti

WUF13-ün beşinci günündən maraqlı anlar - FOTOREPORTAJ Bu gün, 20:48 Azərbaycan ilə BMT-nin Məskunlaşma Proqramı arasında əməkdaşlıq davam etdiriləcək Bu gün, 20:48 Leyla Əliyeva Esvatini Kralı III Msvatini ilə görüşüb Bu gün, 20:48 Amina Mohammed: Bakıda tarixi irslə müasirliyin vəhdəti təmin edilir Bu gün, 20:48 Bu ərazidə yollar əsaslı təmir olunacaq - ÜNVANLAR Bu gün, 20:48 III Çarlz: Azərbaycanla əməkdaşlığımızın daha da genişləndirilməsinə sadiq qaldığımı bildirirəm Bu gün, 19:48 Bakıda bu ərazidə parklara əyləncə və idman avadanlıqları QURAŞDIRILACAQ Bu gün, 19:48 Vitse-prezident: "Dünya Bankı Azərbaycanın infrastruktur layihələrində özəl kapitalın iştirakını dəstəkləməyə hazırdır" Bu gün, 19:48 Buxarestdə Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib Bu gün, 19:48 İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib Bu gün, 19:48 Azərbaycandan digər istiqamətlərə qatar reysləri bərpa ediləcək? - VACİB AÇIQLAMA Bu gün, 19:48 Everestə bir gündə qalxan alpinistlərin sayında rekord qeydə alınıb Bu gün, 19:48 Prezident: COP29 kimi WUF13 də uğurla təşkil edilib Bu gün, 19:48 Bəşir Hacıyev: Kəlbəcər mina ilə ən çox çirklənmiş ərazidir Bu gün, 18:48 Sabah Yasamalın bu hissəsində İŞIQ OLMAYACAQ Bu gün, 18:48 Dövlət orqanlarının azad edilmiş ərazilərdə işləyən əməkdaşlarına mənzil kirayəsinə görə əlavə pul veriləcək Bu gün, 18:48 Bu gün dolu düşüb - Faktiki hava Bu gün, 18:48 Vətəndaş Qəbulu Mərkəzində iyun ayında qəbul cədvəli açıqlanıb Bu gün, 18:48 Premyer Liqada transfer tarixləri açıqlandı Bu gün, 18:48 Gözümüzü yumub-açanda Tbilisidə olacağıq Bu gün, 17:49 UNESCO rəsmisi: İlham Əliyevin WUF13-də səsləndirdiyi fikir mühüm əhəmiyyət daşıyır Bu gün, 17:49 AYNA: İctimai nəqliyyatda "brutto müqaviləsi" modeli gedişhaqqı sistemini inkişaf etdirəcək Bu gün, 17:49 Ukraynada mənzil sektoruna dəyən ziyan 90 milyard dollara yaxınlaşır Bu gün, 17:49 FHN Xaçmazda təlim keçirib, nöqsanlar aşkarlanıb Bu gün, 17:49 Sadır Japarov Azərbaycan Prezidentini təbrik edib Bu gün, 17:48 WUF13-də qlobal şəhərlər reytinqi siyahısı açıqlanıb Bu gün, 17:48 Qurban bayramı ilə bağlı təhlükəsiz heyvan kəsimi və satışına nəzarət gücləndirilib Bu gün, 17:48 İlin sonuna qədər Kəlbəcərin Zar kəndinə əhalinin qayıdışı nəzərdə tutulur Bu gün, 17:48 Ukrayna səfiri: "Azərbaycana xüsusi təşəkkür edirəm" Bu gün, 17:48 Azərbaycanla BMT arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib Bu gün, 17:48 Zəngilanda sərfəli sıra evlər konseptində yeni prototip təqdim olunub Bu gün, 16:48 Aygün Əliyeva: COP29-dan sonra WUF13-ün Azərbaycanda keçirilməsi ölkəyə göstərilən etimadın nəticəsidir Bu gün, 16:48 Bakı–Tbilisi–Bakı qatarında siniflər üzrə gediş QİYMƏTLƏRİ - 180 manat Bu gün, 16:48 Rüfət Mahmud: "İçərişəhər sadəcə açıq hava muzeyi deyil, yaşayış məkanıdır" Bu gün, 16:48 Fərid Cəfərov: Qarabağda mədəni mühitin işğaldan əvvəlki vəziyyətdə bərpası prioritetdir Bu gün, 16:48 "Qarabağ"ın sirr kimi saxladığı transferi Bakıya gəldi Bu gün, 16:48 ABŞ "USS Nimitz" aviadaşıyıcısını Karib hövzəsinə göndərdi Bu gün, 16:48 "Neftçi"dən ilk transfer həmləsi: Braziliyalı futbolçu hədəfdə Bu gün, 16:48 Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Ombudsman Aparatı arasında Əməkdaşlıq Memorandumu imzalanıb Bu gün, 16:48 Şahbaz Şərif İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib Bu gün, 16:48 Dünya liderləri Prezident İlham Əliyevi təbrik edirlər Bu gün, 16:48 İldırım vurması nəticəsində ən çox hansı məişət cihazları ziyan görür? Bu gün, 15:48 Qarabağ və Şərqi Zəngəzurda irsə həssas şəhər planlaşdırması tətbiq olunur Bu gün, 15:48 Rossbax: WUF13-də ilk dəfə dövlət başçıları mənzil siyasətini birgə müzakirə ediblər Bu gün, 15:48 ABŞ kəşfiyyatı: İran hərbi imkanlarını gözləniləndən daha sürətlə bərpa edir Bu gün, 15:48 Bakıda gecə saatlarında yağış yağacaq Bu gün, 15:48 Dövlət Komitəsi: Şəhərlərdə yeni "yaşıl dəhliz"lərin yaradılması nəzərdə tutulur Bu gün, 15:48 Azərbaycan və Dünya Bankı "Yaşanıla bilən Bakı" layihəsi üzrə hazırlıq işlərini müzakirə edib Bu gün, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR