Bu gün, 19:48 65

Vitse-prezident:

Qlobal logistika marşrutlarının transformasiyası fonunda Azərbaycan Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatını Avropa bazarları ilə birləşdirən Orta Dəhlizin mərkəzi elementi kimi mövqelərini möhkəmləndirir.

Bu nəqliyyat marşrutunun səmərəliliyi yalnız liman və dəmir yolu infrastrukturunun modernləşdirilməsi ilə deyil, həm də sərhəd prosedurlarının rəqəmsallaşdırılması, qüsursuz logistikanın təşkili və dayanıqlı enerji bazasının formalaşdırılması ilə müəyyən edilir. Dünya Bankı Qrupu bu genişmiqyaslı prosesdə strateji tərəfdaş rolunu öz üzərinə götürür, ümumi standartların hazırlanmasında və əsas infrastruktura özəl kapitalın cəlb edilməsində regiona dəstək göstərir.

Dünya Bankı Qrupunun infrastruktur üzrə vitse-prezidenti Valeri Levkov (Valérie Levkov) Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Report"a müsahibəsində Orta Dəhlizin hərtərəfli inkişafı, "yaşıl enerji" istehsalı üçün elektrik şəbəkəsi infrastrukturunun yenilənməsi, Qara dəniz vasitəsilə sualtı enerji kabeli meqalayihəsinin gələcəyi və dövlət-özəl tərəfdaşlığı alətləri barədə danışıb.

Həmin müsahibəni oxuculara təqdim edirik:

- Dünya Bankı Orta Dəhlizin potensialının bütün region üçün strateji əhəmiyyət daşıdığını hesab edir. Bank Azərbaycanın nəqliyyat sistemində hansı infrastruktur qovşaqlarını ilk növbədə modernləşdirməyə üstünlük verir - liman obyektləri, dəmiryol xətləri, yoxsa logistika mərkəzlərini?

- Cavabım son dərəcə aydın olacaq. Hər şeyi inkişaf etdirmək lazımdır. Biz infrastruktur üzərində hərtərəfli işləyirik, bəzən enerji sektorunun möhkəmləndirilməsini və ikinci dərəcəli yol şəbəkəsinin inkişafını nəzərdə tutan istiqamətlər də bura daxildir. Buna görə də dəhlizin formalaşmasına nəqliyyat marşrutlarının iqtisadi ölçüsünü və ticarət prosedurlarının sadələşdirilməsini də əhatə edən bütöv və uzlaşdırılmış yanaşma nümayiş etdirməyə çalışırıq.

Başqa sözlə, söhbət yalnız "sərt" (fiziki) infrastrukturdan deyil, həm də onun daha səmərəli fəaliyyətini təmin edən bütün amillər məcmusundan gedir.

- Siz dəfələrlə vurğulamısınız ki, Orta Dəhlizin məqsədlərinə nail olmaq üçün regional yanaşma və vahid standartlar prinsipial əhəmiyyət daşıyır. Dünya Bankı qüsursuz logistikanın qurulması üçün Azərbaycan, Gürcüstan və Mərkəzi Asiya dövlətləri arasında koordinasiyanı necə təmin edir?

- Bəli, biz regionlararası dialoqu dəstəkləyirik. Biz liderləri və məsul şəxsləri proseslərin uyğunlaşdırılması və unifikasiyası məqsədilə bir danışıqlar masası arxasında birləşdiririk. Məhz bunu təmin edə bilirik - əsas mərhələləri, eləcə də mövcud çətinlikləri müzakirə etmək, birgə həllər hazırlamaq üçün bütün iştirakçıları bir araya gətiririk. Biz oxşar təcrübəni bir sıra böyük regional dəhlizlərdə tətbiq edirik və Orta Dəhliz onların arasında aparıcı yerlərdən birini tutur.

- Azərbaycan bərpa olunan enerji sahəsində (günəş və külək elektrik stansiyaları) irimiqyaslı vəzifələr müəyyən edib. Dünya Bankı ölkənin elektrik şəbəkəsi infrastrukturunun yenilənməsində hansı rolu öz üzərinə götürməyə hazırdır ki, o, qeyri-sabit "yaşıl" generasiyanın əhəmiyyətli həcmlərini problemsiz şəkildə qəbul edə bilsin?

- Bəli, bu son dərəcə önəmli məsələdir. Biz Energetika Nazirliyi ilə əməkdaşlıq edir, enerji şəbəkəsinin dayanıqlığının təmin edilməsi və gücləndirilməsi üçün dəstək göstəririk. Qeyd edərdim ki, bu mövzu hazırda dünyanın hər yerində gündəmdədir, çünki şəbəkənin enerji sisteminin həssas həlqəsinə çevrilməsi tendensiyası getdikcə daha aydın şəkildə özünü göstərir.

Bu baxımdan hazırda Energetika Nazirliyi ilə texniki yardımın göstərilməsi barədə danışıqlar aparırıq. Əsas hədəf gələcəkdə bu problemin aradan qaldırılması prosesinə özəl sektorun da cəlb olunmasını təmin etməkdir.

- Azərbaycandan Aİ ölkələrinə "yaşıl enerji"nin nəql edilməsi üçün Qara dənizin dibi ilə enerji kabelinin çəkilməsi layihəsinin texniki və maliyyə cəhətdən həyata keçirilməsi potensialını necə qiymətləndirirsiniz? Dünya Bankı bu cür meqalayihələrin maliyyələşdirilməsində iştirak etməyə hazırdırmı?

- Biz belə layihələri birgə maliyyələşdirə bilərik. Prosesin birinci mərhələsi Dünya Bankının məşvərət bölməsi tərəfindən texniki-iqtisadi əsaslandırmanın (TİƏ) işlənib hazırlanmasından ibarətdir. Belə miqyaslı layihənin iqtisadi baxımdan səmərəliliyi təsdiqlənəndən sonra növbəti mərhələyə - birbaşa maliyyələşdirmə prosesinə keçid mümkün olur.

Bu kontekstdə dövlətin maliyyə yükünün yüngülləşdirilməsi və suveren borcun minimuma endirilməsi məqsədilə özəl sektorun prosesə qoşulmasına, dövlət-özəl tərəfdaşlığı formatının tətbiqinə xüsusi diqqət yetirilir. Beləliklə, özəl kapitalın dəstəyinin mobilizasiyasına yardım göstərilməsi Dünya Bankı Qrupunun funksional imkanları çərçivəsinə daxildir.

Paylaş

Xəbər lenti

WUF13-ün beşinci günündən maraqlı anlar - FOTOREPORTAJ Bu gün, 20:48 Azərbaycan ilə BMT-nin Məskunlaşma Proqramı arasında əməkdaşlıq davam etdiriləcək Bu gün, 20:48 Leyla Əliyeva Esvatini Kralı III Msvatini ilə görüşüb Bu gün, 20:48 Amina Mohammed: Bakıda tarixi irslə müasirliyin vəhdəti təmin edilir Bu gün, 20:48 Bu ərazidə yollar əsaslı təmir olunacaq - ÜNVANLAR Bu gün, 20:48 III Çarlz: Azərbaycanla əməkdaşlığımızın daha da genişləndirilməsinə sadiq qaldığımı bildirirəm Bu gün, 19:48 Bakıda bu ərazidə parklara əyləncə və idman avadanlıqları QURAŞDIRILACAQ Bu gün, 19:48 Vitse-prezident: "Dünya Bankı Azərbaycanın infrastruktur layihələrində özəl kapitalın iştirakını dəstəkləməyə hazırdır" Bu gün, 19:48 Buxarestdə Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib Bu gün, 19:48 İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib Bu gün, 19:48 Azərbaycandan digər istiqamətlərə qatar reysləri bərpa ediləcək? - VACİB AÇIQLAMA Bu gün, 19:48 Everestə bir gündə qalxan alpinistlərin sayında rekord qeydə alınıb Bu gün, 19:48 Prezident: COP29 kimi WUF13 də uğurla təşkil edilib Bu gün, 19:48 Bəşir Hacıyev: Kəlbəcər mina ilə ən çox çirklənmiş ərazidir Bu gün, 18:48 Sabah Yasamalın bu hissəsində İŞIQ OLMAYACAQ Bu gün, 18:48 Dövlət orqanlarının azad edilmiş ərazilərdə işləyən əməkdaşlarına mənzil kirayəsinə görə əlavə pul veriləcək Bu gün, 18:48 Bu gün dolu düşüb - Faktiki hava Bu gün, 18:48 Vətəndaş Qəbulu Mərkəzində iyun ayında qəbul cədvəli açıqlanıb Bu gün, 18:48 Premyer Liqada transfer tarixləri açıqlandı Bu gün, 18:48 Gözümüzü yumub-açanda Tbilisidə olacağıq Bu gün, 17:49 UNESCO rəsmisi: İlham Əliyevin WUF13-də səsləndirdiyi fikir mühüm əhəmiyyət daşıyır Bu gün, 17:49 AYNA: İctimai nəqliyyatda "brutto müqaviləsi" modeli gedişhaqqı sistemini inkişaf etdirəcək Bu gün, 17:49 Ukraynada mənzil sektoruna dəyən ziyan 90 milyard dollara yaxınlaşır Bu gün, 17:49 FHN Xaçmazda təlim keçirib, nöqsanlar aşkarlanıb Bu gün, 17:49 Sadır Japarov Azərbaycan Prezidentini təbrik edib Bu gün, 17:48 WUF13-də qlobal şəhərlər reytinqi siyahısı açıqlanıb Bu gün, 17:48 Qurban bayramı ilə bağlı təhlükəsiz heyvan kəsimi və satışına nəzarət gücləndirilib Bu gün, 17:48 İlin sonuna qədər Kəlbəcərin Zar kəndinə əhalinin qayıdışı nəzərdə tutulur Bu gün, 17:48 Ukrayna səfiri: "Azərbaycana xüsusi təşəkkür edirəm" Bu gün, 17:48 Azərbaycanla BMT arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib Bu gün, 17:48 Zəngilanda sərfəli sıra evlər konseptində yeni prototip təqdim olunub Bu gün, 16:48 Aygün Əliyeva: COP29-dan sonra WUF13-ün Azərbaycanda keçirilməsi ölkəyə göstərilən etimadın nəticəsidir Bu gün, 16:48 Bakı–Tbilisi–Bakı qatarında siniflər üzrə gediş QİYMƏTLƏRİ - 180 manat Bu gün, 16:48 Rüfət Mahmud: "İçərişəhər sadəcə açıq hava muzeyi deyil, yaşayış məkanıdır" Bu gün, 16:48 Fərid Cəfərov: Qarabağda mədəni mühitin işğaldan əvvəlki vəziyyətdə bərpası prioritetdir Bu gün, 16:48 "Qarabağ"ın sirr kimi saxladığı transferi Bakıya gəldi Bu gün, 16:48 ABŞ "USS Nimitz" aviadaşıyıcısını Karib hövzəsinə göndərdi Bu gün, 16:48 "Neftçi"dən ilk transfer həmləsi: Braziliyalı futbolçu hədəfdə Bu gün, 16:48 Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Ombudsman Aparatı arasında Əməkdaşlıq Memorandumu imzalanıb Bu gün, 16:48 Şahbaz Şərif İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib Bu gün, 16:48 Dünya liderləri Prezident İlham Əliyevi təbrik edirlər Bu gün, 16:48 İldırım vurması nəticəsində ən çox hansı məişət cihazları ziyan görür? Bu gün, 15:48 Qarabağ və Şərqi Zəngəzurda irsə həssas şəhər planlaşdırması tətbiq olunur Bu gün, 15:48 Rossbax: WUF13-də ilk dəfə dövlət başçıları mənzil siyasətini birgə müzakirə ediblər Bu gün, 15:48 ABŞ kəşfiyyatı: İran hərbi imkanlarını gözləniləndən daha sürətlə bərpa edir Bu gün, 15:48 Bakıda gecə saatlarında yağış yağacaq Bu gün, 15:48 Dövlət Komitəsi: Şəhərlərdə yeni "yaşıl dəhliz"lərin yaradılması nəzərdə tutulur Bu gün, 15:48 Azərbaycan və Dünya Bankı "Yaşanıla bilən Bakı" layihəsi üzrə hazırlıq işlərini müzakirə edib Bu gün, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR