
Bu ilin sonuna qədər Kəlbəcərin Zar kəndinə əhalinin qayıdışı nəzərdə tutulur.
AVESTA.AZ report-a istinadən xəbər verir ki, bu barədə Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Laçın və Kəlbəcər: Urbisiddən və münaqişədən sonrakı yenidənqurmaya aparan yol" adlı panel sessiyasında çıxışı zamanı məlumat verib.
O bildirib ki, indiyə qədər Kəlbəcərə bir neçə köç həyata keçirilib:
"Yaxın vaxtlarda daha bir neçə kəndə köç olacaq".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.