Bu gün, 10:48 65

Kolumbiyanın nazir müavini: Bakını çox bəyəndim, buraya ailəmlə də gəlmək istəyirəm - MÜSAHİBƏ

Azərbaycan bir daha iri beynəlxalq tədbirləri təşkil etməyi bacaran ölkə statusunu təsdiqlədi və davamlı şəhər inkişafı sahəsində hökumət nümayəndələrini, beynəlxalq təşkilatları və ekspertləri bir məkanda uğurla birləşdirdi.

Bu gün Bakıda işini başa çatdıracaq Ümumdünya Şəhərlər Forumunun 13-cü sessiyasının (WUF13) iştirakçıları forumun 6 gün ərzində müzakirə olunan mövzuların - əlçatan mənzildən və iqlim davamlılığından tutmuş sosial inklüzivliyə və şəhər infrastrukturunun modernləşdirilməsinə qədər - aktuallığını dəfələrlə vurğuladılar.

Bu müzakirələr fonunda mənzil siyasətində yeni yanaşmalar həyata keçirən ölkələrin təcrübəsi xüsusi maraq doğurdu.

AVESTA.AZ xəbər verir ki, "Report"a müsahibəsində Kolumbiyanın mənzil tikintisi, şəhərlər və ərazilər nazirinin müavini Ayde Marsilya Bello ölkəsinin nümayəndə heyətinin forumda iştirakının əsas məqsədləri barədə danışıb, Bakıdan təəssüratlarını bölüşüb, həmçinin Azərbaycan və Kolumbiya arasında mənzil abadlaşdırması və şəhərlərin davamlı inkişafı sahələrində əməkdaşlıq perspektivlərini qeyd edib.

- Kolumbiya WUF13-dən hansı nəticələr gözləyir?

- Deyərdim ki, bizim üçün konkret nəticələrdən daha çox ölkəmizin mənzil siyasətinin transformasiyası prosesində yaşadığı təcrübəni nümayiş etdirmək imkanı vacibdir. İndiki hökumət hakimiyyətə gələndə mənzil siyasəti demək olar ki, yalnız yeni mənzillərin alınması üçün subsidiyaların verilməsinə yönəlmişdi.

Lakin Kolumbiya əhalisinin ehtiyacları daha geniş və müxtəlifdir. Buna görə də son illərdə biz mənzil siyasətinə yanaşmanı genişləndirdik və yaşayış mühiti konsepsiyasını irəli sürməyə başladıq. Bu siyasətin mərkəzində su dayanır, şəhərləri su ehtiyatları ətrafında təşkil etmək zərurəti var. Ümumilikdə, konsepsiyamız çərçivəsində biz suyu qorunmalı olan ümumi nemət və şəhərlərin inkişafını formalaşdıran amil kimi nəzərdən keçiririk.

Biz göstərmək istəyirik ki, yalnız tikintiyə, kvadrat metrlərə və betona əsaslanan siyasətdən insanların birliklərini diqqət mərkəzində saxlayan, həmçinin dayanıqlılıqla bəşəriyyətin yaşayış və inkişaf tərzi arasında balans tapmağa çalışan kompleks yaşayış mühiti siyasətinə necə keçirik. Məhz budur bizim əsas məqsədimiz.

Kolumbiyanın nazir müavini: Bakını çox bəyəndim, buraya ailəmlə də gəlmək istəyirəm - MÜSAHİBƏ

- Bakı sizdə hansı təəssürat yaratdı?

- Açığını deyim: şəhəriniz mənə çox xoş gəldi. Bakı mənə müxtəlif mədəniyyətlərin bir-birinə qovuşduğu gözəl bir şəhər kimi göründü - məhz belə bir təəssürat yaratdı. Çox maraqlı tarixiniz var. Azərbaycanın nisbətən gənc bir dövlət olmasına baxmayaraq, ölkə zəngin tarixi irsə malikdir.

Memarlıq, şəhər mühiti, görməli yerlər - bütün bunlar çox maraqlıdır. Həmçinin xoşuma gəldi ki, ölkə dünyaya açıqdır və tanınmağa çalışır. Bizim üçün (Kolumbiya - red.) Azərbaycan çox uzaq bir ölkə kimi görünür, lakin bu səfərdən sonra buraya ailəmlə birlikdə qayıtmaq istəyi yarandı. Əslində, məsafəyə baxmayaraq, mənə elə gəlir ki, ilk baxışda görünə biləcəyindən daha çox ortaq cəhətimiz var.

- Hər hansı tarixi yerləri ziyarət edə bildinizmi?

- Təəssüf ki, forumda iştirakım səbəbindən turizmə çox vaxtım olmadı. Lakin sıx tədbirlər cədvəlinə baxmayaraq, Qız Qalasını görmək, Xəzər dənizi boyunca Bulvarda gəzmək və Köhnə Şəhərdə gəzinti etmək mənə nəsib oldu. Əlbəttə, mən Bakının yalnız kiçik bir hissəsini gördüm, amma indi buraya mütləq yenidən qayıtmaq üçün ciddi bir səbəbim var.

- Kolumbiyanın Mənzil Tikintisi, Şəhər və Ərazilər Nazirliyi hansı sahələrdə Azərbaycanla əməkdaşlıq edə bilər?

- Forumda əldə edilən məlumata görə, Azərbaycan hazırda Qarabağ bölgəsində müharibə və Ermənistanla münaqişədən zərər çəkmiş insanların köçürülməsi ilə fəal məşğul olur.

Təəssüf ki, Kolumbiyanın münaqişələr və əhalinin məcburi köçürülməsi ilə bağlı böyük təcrübəsi var. Və bizim üçün insanların birliklər ilə birbaşa qarşılıqlı əlaqə son dərəcə vacib olmuşdur. Bəzən hakimiyyət orqanları nəyin doğru olduğuna dair öz baxışlarından çıxış edərək layihələr planlaşdırır, lakin insanların real ehtiyacları əhəmiyyətli dərəcədə fərqli ola bilər. Buna görə də məmurların nöqteyi-nəzərindən düzgün görünən şey, həmişə həmin yerlərdə yaşayacaq insanların gözləntilərinə uyğun gəlmir.

Düşünürəm ki, Kolumbiyanın təcrübəsini - icmalarla dialoqu necə qurduğumuzu, insanlara öz layihələrinin və proseslərinin inkişafında necə iştirak etməkdə kömək etdiyimizi bölüşmək bizim üçün çox maraqlı olardı.

Eyni zamanda Azərbaycan şəhərlərin sıfırdan planlaşdırılması, təmiz enerji texnologiyalarının tətbiqi və dayanıqlı inkişaf sahəsində öz təcrübəsini bizimlə bölüşə bilərdi. Biz enerji keçidinə, qazıntı yanacağının təmiz enerji mənbələri ilə əvəz olunmasına çox maraq göstəririk. Buna görə də hesab edirəm ki, ölkələrimizin bu sahədə əməkdaşlıq üçün böyük imkanları var. Kolumbiya səfiri və bizim səfirliyimiz iki ölkə arasında belə əlaqələrin inkişafına kömək etməyə hazır olacaq.

Kolumbiyanın nazir müavini: Bakını çox bəyəndim, buraya ailəmlə də gəlmək istəyirəm - MÜSAHİBƏ

- İki ölkə arasında urbanistika və dayanıqlı inkişaf sahəsində təcrübə və mütəxəssis mübadiləsi mümkündürmü?

- Bəli, şübhəsiz. Artıq qeyd etdiyim kimi, biz yerli icmalarla aparılan sosial iş təcrübəsini, insanları öz layihələrinin idarə edilməsinə necə cəlb edə bildiyimizi bölüşə bilərik. Yəni sosial sahədə biz Azərbaycanla əməkdaşlıq edə bilərdik, siz isə öz növbənizdə planlaşdırma və müasir texnologiyaların tətbiqi məsələlərində bizə kömək edə bilərdiniz.

- Azərbaycanın "ağıllı şəhərlər" və "ağıllı kəndlər" yaratmaq təcrübəsini necə qiymətləndirirsiniz? Belə layihələr Kolumbiya üçün maraqlıdırmı?

- Əlbəttə. Düşünürəm ki, biz sadəcə "ağıllı" deyil, həm də dayanıqlı şəhərlərə doğru irəliləməliyik. Bu forum məhz digər ölkələrin təcrübəsini öyrənmək və mənimsəmək imkanı verir. Təbii ki, hər bir dövlətin öz xüsusiyyətləri və çətinlikləri var. Lakin belə beynəlxalq platformalar məhz bunun üçün yaradılır - hansı təcrübələrin öz ölkəndə adaptasiya oluna biləcəyini, hansıların isə oluna bilməyəcəyini anlamaq, təcrübə mübadiləsi aparmaq və öz yanaşmalarımızı yaxşılaşdırmaq yollarını axtarmaq üçün".

Paylaş

Xəbər lenti

ABŞ-Kuba münasibətlərində gərginlik artır Bu gün, 10:48 DTX-nin ekstradisiya etdiyi telekommunikasiya cinayətkarına HÖKM OXUNDU Bu gün, 10:48 ANAMA sədri: Qarabağda hərbi əməliyyatlar dayansa da, mülki əhali üçün təhlükə davam edir Bu gün, 10:48 Vüqar Süleymanov: Minatəmizləmə bərpa və yenidənqurmanın əsas təməlidir Bu gün, 10:48 ANAMA rəhbəri: Azad olunmuş ərazilərdə 270 min hektardan çox sahə minalardan təmizlənib Bu gün, 10:48 Samed Ağırbaş WUF13-ün sıfır tullantı və dayanıqlı şəhərlər gündəmini COP31-lə əlaqələndirdi Bu gün, 10:48 Milli Aviasiya Akademiyasının vəzifəli şəxsi idman zalında öldü Bu gün, 10:48 Kolumbiyanın nazir müavini: Bakını çox bəyəndim, buraya ailəmlə də gəlmək istəyirəm - MÜSAHİBƏ Bu gün, 10:48 AZAL Naxçıvan reyslərini yenidən bərpa edib Bu gün, 10:48 Samir Poladov: "Azad olunmuş ərazilərdə evlərdə, ağaclarda və su quyularında minalar tapılıb" Bu gün, 10:48 "Bir Kredit BOKT" MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb Bu gün, 10:48 Ramil Cahangirov: "270 min hektardan çox ərazi artıq minalardan təmizlənib" Bu gün, 10:48 ADY: Bakı-Tbilisi-Bakı marşrutu üzrə 1 000-dən çox bilet satılıb Bu gün, 10:48 Aliment ödəməyənlərin sayı sürətlə artır: Dövlət hansı tədbirləri görməyə hazırlaşır? Bu gün, 09:48 ABŞ İranla müharibədə nə qədər "MQ-9 Reaper" dronunu itirib? Bu gün, 09:48 Azərbaycan Premyer Liqası: "Sabah" "Turan Tovuz"la, "Qarabağ" "Sumqayıt"la qarşılaşacaq Bu gün, 09:48 Avropa Parlamentinin deputatları qurumun Azərbaycanla bağlı siyasətini tənqid ediblər Bu gün, 09:48 Quba-Xaçmaz regionunda vəzifə tutmaq istəyənlər üçün FÜRSƏT Bu gün, 09:48 Bakı-Tbilisi-Qars dəmir yolu xətti Orta Dəhlizin dəyərini yüksəldəcək Bu gün, 09:48 Bakıda keçirilən WUF13 sessiyası bu gün yekunlaşır Bu gün, 08:48 Heydər Əliyev Mərkəzində perulu rəssamın fərdi sərgisinin açılışı olub Bu gün, 08:48 NİİM paytaxt yollarındakı vəziyyəti açıqlayıb Bu gün, 08:48 Sakinlərin NƏZƏRİNƏ: Bakının bəzi ərazilərində işıq olmayacaq Bu gün, 08:48 Leyla və Arzu Əliyevalar "Urban Expo" sərgisi ilə tanış olublar Bu gün, 08:48 Çay süfrəsində ağır söhbət: Vladimir Putin və Si Cinpin nəyi müzakirə ediblər? Bu gün, 08:48 Milli dəyərlər və gənclərin gələcəyi mövzusunda tədbir keçirilib Bu gün, 08:48 Azərbaycandakı yeganə əqrəb fermasından REPORTAJ - Zəhərləri necə istifadə olunur? Bu gün, 00:48 Mehman Mehdiyev vəzifəsindən ayrıldı Dünən, 23:48 "Euronews" Azərbaycan çayı barədə: "Sadəcə qonaqpərvərlik rəmzi deyil, həm də..." Dünən, 23:48 Sabah paytaxtın bəzi ərazilərdə qaz olmayacaq Dünən, 23:48 Maryana Doda: Azərbaycan regional sistemdə tarazlıq nöqtəsidir Dünən, 23:48 ABŞ Livanın bir sıra siyasətçilərinə sanksiyalar tətbiq edib Dünən, 23:48 Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb Dünən, 23:48 Azərbaycanda ilk: Ağdamda dəmiryol avadanlıqları istehsal edilir Dünən, 23:48 "İşğal dövründə donuzçuluq üçün istifadə olunub" - Yenidən qurulan Ağdam İmarət Kompleksi Dünən, 22:48 "Şərq və Qərb üslubunun sintezidir" - Memar Qarabağda görülən bərpa işlərindən danışdı Dünən, 22:48 İnformasiya yorğunluğunun əsas ƏLAMƏTLƏRİ Dünən, 22:48 Azərbaycan ilə BMT arasında əməkdaşlığın perspektivləri müzakirə olunub Dünən, 22:48 Azərbaycanda dövlət qurumlarından biri ləğv olundu Dünən, 22:48 Dünya mediası: Azərbaycan WUF13 vasitəsilə inkişaf etməkdə olan ölkələrin səsini dünyaya çatdırır Dünən, 21:48 Azərbaycanın iki güləşçisi Avropa çempionatında qızıl medal qazanıb Dünən, 21:48 Özbəkistan millisi DÇ-2026 zamanı "Atlanta"nın bazasında məşq edəcək Dünən, 21:48 İran və Oman Hörmüzdən keçid üçün ödəniş sistemini müzakirə edir Dünən, 21:48 Yenidən qurulan Ağdamdan ürəkaçan görüntülər: "Vətən həsrəti ilə böyüdük, amma..." Dünən, 21:48 WUF13-ün beşinci günündən maraqlı anlar - FOTOREPORTAJ Dünən, 20:48 Azərbaycan ilə BMT-nin Məskunlaşma Proqramı arasında əməkdaşlıq davam etdiriləcək Dünən, 20:48 Leyla Əliyeva Esvatini Kralı III Msvatini ilə görüşüb Dünən, 20:48 Amina Mohammed: Bakıda tarixi irslə müasirliyin vəhdəti təmin edilir Dünən, 20:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR