
Əməkdar artist Gülüstan Əliyeva beynəlxalq musiqi arenasında növbəti uğuruna imza atıb.
BAKUW.WS xəbər verir ki, o, Daşkənddə keçirilən ənənəvi Musiqi və Rəqs Beynəlxalq Şurasının (ICTMD) Türk xalqlarının araşdırmaları bölməsinin 10-cu beynəlxalq simpoziumunda Azərbaycan muğam məktəbinin inkişafı və tədrisinə dair müəllim-şagird münasibətlərindən bəhs edən geniş məruzə ilə çıxış edib.
O elmi çıxışı ilə iştirakçıların böyük marağına səbəb olub.
Gülüstan Əliyevanın Azərbaycan musiqisinin zəngin irsi, muğamın mənəvi-estetik dəyərləri və milli ifaçılıq məktəbi ilə bağlı fikirləri beynəlxalq konfrans iştirakçıları tərəfindən yüksək qiymətləndirilib.
Azərbaycan mədəniyyətinin beynəlxalq təbliğindəki xidmətlərinə görə Gülüstan Əliyeva ICTMD komitəsinin sədri Abdullah Akat tərəfindən xüsusi mədəniyyət sertifikatı ilə təltif olunub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.