
Fransanın ədliyyə naziri Jerald Darmanen ölkədə qanuni miqrasiyanın 3 il müddətinə dayandırılmasını təklif edib.
BAKU.WS xəbər verir ki, nazir Fransanın miqrantların inteqrasiyası baxımından artıq imkanlarının limitə çatdığını bildirib.
Təklifə əsasən, iş vizaları, ailə birləşməsi, yüksək ixtisaslı işçilər üçün icazələr və şirkətdaxili transfer proqramları üzrə məhdudiyyətlər tətbiq oluna bilər.
Darmanen həmçinin Fransa parlamentinin hər il məcburi miqrasiya kvotaları müəyyən etməsi üçün Konstitusiyaya dəyişiklik edilməsini dəstəklədiyini açıqlayıb.
Məlumata görə, təşəbbüs iş dünyasında narahatlıq yaradıb. Xüsusilə informasiya texnologiyaları, səhiyyə, turizm və tikinti sektorlarında işçi çatışmazlığının daha da arta biləcəyi bildirilir.
Ekspertlər hesab edir ki, belə bir qərar Fransanın startap və innovasiya mühitinə də mənfi təsir göstərə bilər. Xarici mühəndislər, proqramçılar və tədqiqatçılar üçün imkanların məhdudlaşdırılması ölkənin beynəlxalq rəqabət qabiliyyətini zəiflədə bilər.
Qeyd olunub ki, təklif hələ qanun qüvvəsinə minməyib. Lakin Fransada iş və oturum icazələri ilə bağlı qeyri-müəyyənlik artıq artmağa başlayıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.