
Ağsu rayonunda iki nəfərin öldüyü avtoqəza xəsarət alanların son durumu məlum olub.
TƏBİB-dən BAKU.WS-ə bildirib ki, mayın 26-da saat 03:20 radələrində Ağsu rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 2 kişi Şamaxı Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
2005-ci və 2006-cı il təvəllüdlü şəxslərə baş beyinin silkələnməsi və baş nahiyəsinin açıq yaraları diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib.
Müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilən pasiyentlərin vəziyyəti orta ağır qiymətləndirilir.
Hadisə zamanı daha 2 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.
***09:41
Ağsu rayonunda iki nəfərin öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb.
BAKU.WS xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin Şəki Regional Qrupundan məlumat verilib.
***09:12
Ağsu rayonunda ağır yol qəzası baş verib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Dilman kəndi ərazisində qeydə alınıb.
Belə ki, "BYD" markalı minik avtomobilinin sürücüsü sükan arxasında idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq qoruyucu daş-beton bəndinə çırpılıb, daha sonra bir neçə dəfə yuvarlanaraq təxminən 100 metr aralıda yerləşən Ağsu çayının yatağına düşüb.
Hadisə zamanı avtomobildə 4 nəfər olub. Qəza nəticəsində 27 yaşlı Cəfərov Kamran və 22 yaşlı Qasım Səid Asif oğlu hadisə yerində həyatını itirib.
Digər iki sərnişin - 21 yaşlı Baxışov İsmayıl Etibar oğlu və 20 yaşlı Şəfaqətov Şahvələt Asəf oğlu ağır bədən xəsarətləri alaraq Şamaxı Rayon Mərkəzi Xəstəxanası aparılıb.
Qəzanın başvermə səbəbi araşdırmalardan sonra məlum olacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.