
Son dövrlərdə Azərbaycanda uşaqlar arasında suçiçəyi xəstəliyinə yoluxma hallarının artması müşahidə olunur. Bu vəziyyət valideynlər və təhsil müəssisələri arasında narahatlıq yaradıb.
Suçiçəyinin yüksək yoluxuculuq qabiliyyəti səbəbindən xəstəlik qısa müddətdə bağça və məktəb kollektivlərində sürətlə yayılır. Bu isə həm uşaqların sağlamlığına, həm də tədris prosesinə mənfi təsir göstərir.
Mütəxəssislərin fikrincə, xəstəliyin ilkin əlamətlərinin vaxtında tanınmaması və uşaqların tam sağalmadan kollektivə qaytarılması yoluxma riskini artırır. Bu səbəbdən təhsil müəssisələrində profilaktik tədbirlərin gücləndirilməsinə ehtiyac olduğu bildirilir.
Suçiçəyi təkcə fərdi sağlamlıq problemi kimi deyil, həm də kütləvi xarakter alan ictimai məsələ kimi qiymətləndirilir
AVESTA.AZ mövzu ilə bağlı İctimai TV-nin materialını təqdim edir:
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.