28-05-2026, 14:48 48

Xocalı şəhərində

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Xocalı şəhərində "Qarabağ Tekstil Evi" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) açılışında iştirak edib.

BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov və "Qarabağ Tekstil Evi" MMC-nin təsisçisi Rizvan Təhməzov dövlətimizin başçısına müəssisənin fəaliyyəti barədə məlumat verdilər.

Bildirildi ki, Türkiyə və Çin texnologiyalarının quraşdırıldığı müəssisədə il ərzində 1,4 milyon ədəd tekstil məhsulu istehsal olunacaq. İlkin mərhələdə müəssisədə müxtəlif çeşiddə və ölçülərdə ev tekstili məhsulları, o cümlədən yataq dəsti, çarpayı və divan örtüyü, dəsmal və digər məhsulların istehsalı nəzərdə tutulur. Xammal tədarükü əsasən daxili bazar hesabına təmin ediləcək müəssisəyə, eyni zamanda, Türkiyə, Özbəkistan və Çindən də xammal idxal olunacaq. Müəssisənin məhsulları daxili bazarın tələbatını ödəməklə yanaşı, ixrac da ediləcək.

Müəssisədə 85 nəfər daimi işlə təmin olunub ki, onlar da əsasən işğaldan azad edilmiş ərazilərə qayıdan və ətraf rayonlarda yaşayan vətəndaşlardır. Bununla yanaşı, Xocalı və Ağdam rayonlarının 40 sakini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə təşkil edilən 2 aylıq peşə təliminə cəlb olunacaq. Təlim proqramını uğurla başa vuran iştirakçılar müəssisədə işlə təmin ediləcəklər. Gələcəkdə iş yerlərinin sayının 200-ə çatdırılması, əlavə olaraq geyim istehsalının təşkili planlaşdırılır. Qeyd edək ki, "Qarabağ Tekstil Evi" MMC-nin Xankəndi şəhərində yerləşən tikiş fabrikində hazırda 60 nəfər çalışır.

İstehsal müəssisəsinin ilkin investisiya dəyəri 4,2 milyon manatdır. Onun yaradılmasına İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 3,2 milyon manat məbləğində güzəştli kredit ayrılıb, 1 milyon manat isə özəl investisiya yönləndirilib. Müəssisə işğaldan azad edilmiş ərazilərin rezidentləri üçün nəzərdə tutulan bütün güzəşt və azadolmalardan yararlanacaq.

Müəssisənin fəaliyyətə başlaması ölkəmizdə sənayenin inkişafına, yerli istehsalın və ixrac potensialının genişləndirilməsinə, idxaldan asılılığın azaldılmasına töhfə verəcək, işğaldan azad edilmiş ərazilərdə məşğulluğun artırılmasına şərait yaradacaq. Ümumilikdə işğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün əlverişli investisiya və biznes mühiti yaradılıb ki, bu da regionda iqtisadi fəaliyyətin genişlənməsinə və dayanıqlı inkişafın təmin olunmasına xidmət edir. İşğaldan azad edilmiş ərazilərin rezidentləri üçün geniş vergi, gömrük və sosial güzəştlər tətbiq olunur.

Paylaş

Xəbər lenti

Bu yolda sürücülər böyük çuxura düşür Bu gün, 00:48 Tramp İranla bağlı toplantısını heç bir qərar qəbul etmədən başa vurub Bu gün, 00:48 San-Pauluda Azərbaycan bayrağı göydələnlərdə proyeksiya edildi Bu gün, 00:48 Bakı metrosuna yüz milyon dollarlıq vəsait ayrıldı Dünən, 23:48 İnsanların axın etdiyi müqəddəs məkanın sirri: "Bu su üstlərinə düşsə..." Dünən, 23:48 Bu yola iri ağac aşıb - Yol polisindən XƏBƏRDARLIQ Dünən, 23:48 XƏBƏRDARLIQ: Bakıya və Abşeron yarımadasına dolu yağması ehtimalı var Dünən, 23:48 Oğuzda güclü külək ağacı aşırıb, 15 kənd işıqsız qalıb Dünən, 23:48 Küləkli hava sağlamlığa necə təsir edir? - Bunları bilməlisiniz Dünən, 22:48 FAKTİKİ HAVA: Bir çox rayonlara dolu düşüb, intensiv yağıntı müşahidə edilir Dünən, 22:48 Su-kanalizasiya işləri apardılar, asfalt qatını təmir etməyi unutdular Dünən, 22:48 Bəqai: İran və ABŞ arasında yekun razılıq əldə olunmayıb Dünən, 22:48 İçərişəhərdə Qarabağ mədəniyyətinə həsr edilmiş festival təşkil olunub Dünən, 22:48 Orta əsr Şərqinin türk mütəfəkkirləri Dünən, 21:48 Şimal-qərb bölgəsində leysan yağışları olub, dolu düşüb Dünən, 21:48 Əlavə mərtəbələrə görə ev sahibi sayılmırlar: MTK ofisində GƏRGİNLİK Dünən, 21:48 Berqe: Azərbaycan Xalq Cümhuriyyəti bir çoxlarından əvvəl qadınlara səsvermə hüququ verib Dünən, 21:48 Abituriyentlər ilk imtahanın nəticəsi açıqlanmadan, ikinci cəhd üçün niyə qeydiyyatdan keçməlidir? Dünən, 21:48 Xankəndidə istehsal gücü illik 25 milyon cüt iş əlcəyi olan müəssisə fəaliyyətə başlayıb Dünən, 20:48 Minimum maaş ən azı 660 manat olmalıdır - DEPUTAT Dünən, 20:48 İstanbullulara zəlzələ ilə bağlı QORXUNC XƏBƏRDARLIQ - 90 min bina tam dağılacaq Dünən, 20:48 BMT rəsmisi: Azərbaycan kimliyi qitələrin və sivilizasiyaların qovşağında formalaşıb Dünən, 20:48 "Uşaqlara əxlaqsız təkliflər olunur" - Təhlükə saçan "Sugo" proqramı nədir? Dünən, 19:48 Avropa çempionatı: Azərbaycanın minifutbol millisi İtaliyanı məğlub edərək növbəti mərhələyə yüksəlib Dünən, 19:48 Elşad Quliyev: "Qrup mərhələsini birinci pillədə bitirmək istəyirik" Dünən, 19:48 Sabah hava meteohəssas insanlar üçün necə olacaq? Dünən, 19:48 Sumqayıtda yük avtomobilləri toqquşub, xəsarət alanlar var Dünən, 19:48 Ruzigar İbrahimzadə: "Avropa çempionatında birinci yeri tutmaq üçün əlimizdən gələni edəcəyik" Dünən, 19:48 Sevilən məkan, dəyişməz keyfiyyət: "Günaydın" restoranı daha bir ünvanda Dünən, 19:48 Rusiyaya məxsus sərnişin təyyarəsi doluya görə zədələndi - Sankt-Peterburqa uça bilmədi Dünən, 18:48 Qafqaz uğrunda böyük rəqabət: ABŞ, Rusiya, Fransa və İran nə istəyir? Dünən, 18:48 Pekində Azərbaycan Turizm Bürosunun rəsmi nümayəndəlik ofisi fəaliyyətə başlayıb Dünən, 18:48 Keçmiş məhkum silahla tutuldu - ANBAAN GÖRÜNTÜ Dünən, 18:48 DYP yağışlı hava ilə bağlı sürücülərə ÇAĞIRIŞ ETDİ Dünən, 18:48 IMF Mərkəzi Banka konsolidasiya edilmiş nəzarətə keçidi və maliyyə təhlükəsizliyinin gücləndirilməsini tövsiyə edir Dünən, 18:48 Azərbaycan Suriyada 1000 ailəyə humanitar yardım göstərib Dünən, 18:48 IMF: "Azərbaycan Mərkəzi Bankı inflyasiyaya qarşı qətiyyətli tədbirlərə hazır olmalıdır" Dünən, 17:48 Türkiyə XİN Qara dənizdə mülki gəmilərin təhlükəsiz hərəkətinin qorunması ilə bağlı çağırış edib Dünən, 17:48 XƏBƏRDARLIQ - Temperatur 6 dərəcəyədək enəcək, LEYSAN YAĞACAQ - Bu tarixdə… Dünən, 17:48 Bürclərə görə hansı insanlar daha tez varlanır? Dünən, 17:48 "Karvan-Yevlax" baş məşqçisi Füzuli Məmmədovla yollarını Dünən, 17:48 Xankəndidə ötən əsrin sonlarında inşa edilən Mədəniyyət Mərkəzi yenidən istifadəyə verilib Dünən, 16:48 Qızdırıcı partladı - 30 yaşlı kişi xəstəxanalıq oldu Dünən, 16:48 Bakıda "Chevrolet"lə "avtoşluq" etdi - TUTULDU Dünən, 16:48 Nikoşur Dan Rusiyanın Konstansa şəhərindəki baş konsulunu "persona non-grata" elan edib Dünən, 16:48 Bakı və Abşeron yarımadasında yağış yağır - FAKTİKİ HAVA Dünən, 16:48 Ukraynada azərbaycanlı meri bıçaqlayan şəxs saxlanıldı Dünən, 16:48 Şuşa sakini: "Oğlumun toyunu doğma kəndimizdə edəcəyik" Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR