
Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatına qələbə ilə start verib.
AVESTA.AZ report-a iatinadən xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv F qrupundakı ilk oyununda Avstriya yığması ilə üz-üzə gəlib.
"Tipos Arena"dakı matç Azərbaycan komandasının qalibiyyəti ilə bitib - 1:0.
İsa Atayev 36-cı dəqiqədə fərqlənib.
Xatırladaq ki, Azərbaycan millisi mayın 29-da İtaliya, 30-da isə Fransa ilə münasibətlərə aydınlıq gətirəcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.