
Lionel Messi futbol üzrə Argentina millisinin Dünya Kuboku üçün açıqlanan heyətində yer alıb.
BAKU.WS xəbər verir ki, bu barədə Argentina Futbol Assosiasiyası məlumat yayıb.
Gənc futbolçular Canluka Prestianni və İspaniyanın "Real Madrid" klubunda çıxış edən Franko Mastantuono isə yığmaya dəvət almayıblar.
Argentina millisinin heyəti belədir:
Qapıçılar: Emiliano Martines ("Aston Villa", İngiltərə), Xuan Musso ("Atletiko Madrid", İspaniya), Xeronimo Rulyi ("Marsel", Fransa).
Müdafiəçilər: Nauel Molina ("Atletiko Madrid"), Qonsalo Montiel ("River Pleyt"), Kristian Romero ("Tottenhem", İngiltərə), Leonardo Balyerdi ("Marsel"), Lisandro Martines ("Mançester Yunayted", İngiltərə), Nikolas Otamendi ("Benfika", Portuqaliya), Nikolas Talyafiko ("Lion"), Fakundo Medina ("Lans", Fransa).
Yarımmüdafiəçilər: Leandro Paredes ("Boka Xuniors"), Covanni Lo Çelso ("Betis", İspaniya), Rodriqo De Paul ("İnter Mayami", ABŞ), Tyaqo Almada ("Atletiko Madrid"), Esekiel Palasios ("Bayer", Almaniya), Nikolas Qonsales ("Yuventus", İtaliya), Niko Pas ("Komo", İtaliya), Aleksis Mak Allister ("Liverpul", İngiltərə), Entso Fernandes ("Çelsi", İngiltərə), Valentin Barko ("Strasburq", Fransa).
Hücumçular: Xulian Alvares ("Atletiko Madrid"), Lionel Messi ("İnter Mayami"), Lautaro Martines ("İnter"), Xose Manuel Lopes ("Palmeyras", Braziliya), Culiano Simeone ("Atletiko Madrid").
Dünya Kuboku 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada təşkil olunacaq. Son dünya çempionu olan Argentina qrup mərhələsində Avstriya, Əlcəzair və İordaniya yığmaları ilə qarşılaşacaq.
38 yaşlı Lionel Messi üçün qarşıdakı mundial karyerasında altıncı Dünya Kuboku ola bilər. Daha əvvəl Portuqaliya millisinin heyətinə çağırılan Kriştiano Ronaldo da oxşar göstəriciyə imza atmağa yaxındır. Messi 2022-ci il dünya çempionu, 2008-ci il Olimpiya çempionu, ikiqat Amerika Kubokunun qalibi və səkkiz dəfə "Qızıl top" mükafatının sahibi olub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.