
ABŞ dövlət katibinin iqtisadi, energetika və biznes məsələləri üzrə köməkçisi Kaleb Orr Azərbaycanda işgüzar səfərdədir.
AVESTA.AZ report-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Kaleb Orrun Azərbaycana səfəri iyunun 3-dək davam edəcək.
Qeyd edək ki, Bakıda iyunun 1-2-si tarixlərində Bakı Enerji Həftəsi (Baku Energy Week) keçiriləcək, həmçinin ilk Azərbaycan-ABŞ İqtisadi Dialoqu baş tutacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.