
Milyarder İlon Maskın transseksual qızı Vivian Cenna Uilson müğənni Rihannanın alt geyimləri markasının reklamında çəkilib.
AVESTA.AZ xəbər verir ki, onun həmin reklamda yer alması moda dünyasında böyük maraq doğurub. O son dövrlərdə modellik karyerasına daha çox diqqət ayırır.
Daha əvvəl isə "Teen Vogue" jurnalının üz qabığında yer alaraq diqqət mərkəzinə düşmüşdü.
Gənc model həmçinin Nyu-York Moda Həftəsində podiuma çıxıb.
Uilson Elon Musk ilə münasibətləri barədə açıqlamaları ilə də gündəmə gəlir.
2022-ci ildə trans kimliyini açıqlayan Uilson daha sonra ailəsi ilə əlaqələrini kəsdiyi və Musk soyadından imtina etdiyini bildirmişdi.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.