3-06-2026, 12:48 259

Xəzər regionu və Mərkəzi Asiyanın aparıcı yük aviaşirkəti olan "Silk Way West Airlines" Sinqapur Çangi Hava Limanında yüklərin emalı və yük hava gəmilərinə yerüstü xidmətlərin göstərilməsi üzrə dünyanın aparıcı aviasiya və səyahət xidmətləri təminatçılarından biri olan dnata ilə yeni çoxillik müqavilə imzalayıb. Bu razılaşma iki şirkət arasında uzunmüddətli qlobal tərəfdaşlığı daha da möhkəmləndirir.

Müqaviləyə əsasən, dnata Asiyanın əsas aviasiya və logistika mərkəzlərindən biri olan Çangi Hava Limanında "Silk Way West Airlines"in həftədə iki dəfə həyata keçirilən yük reyslərinə xidmət göstərəcək. Tərəfdaşlıq çərçivəsində hər il 100-dən çox yük reysinin və 15 000 tondan artıq müxtəlif kateqoriyalı yükün emalı nəzərdə tutulur. Bu yüklərə standart yüklər, temperatur rejiminə həssas məhsullar, eləcə də neft-qaz, aviasiya və aerokosmik sahələr üçün nəzərdə tutulan avadanlıqlar kimi xüsusi təyinatlı yüklər daxildir.

Sinqapur "Silk Way West Airlines"in qlobal yük şəbəkəsində mühüm rol oynayır və Asiya-Sakit okean regionunu Yaxın Şərq, Avropa və digər əsas bazarlarla birləşdirir. Bu müqavilə aviaşirkətin yüksək əməliyyat standartlarını qorumaq, xidmət etibarlılığını gücləndirmək və şəbəkə üzrə yük axınlarının səmərəli idarə olunmasını təmin etmək istiqamətində yanaşmasını əks etdirir.

"Qlobal yük şəbəkəmizdə Sinqapur mühüm keçid məntəqəsidir. Etibarlı yerüstü xidmət və yük emalı hava gəmiləri ilə əməliyyatların səmərəli və fasiləsiz həyata keçirilməsi üçün vacib amildir. Dnata ilə davam edən əməkdaşlığımız əməliyyat mükəmməlliyinə, xidmət etibarlılığına və bütün dünyada müştərilərimizə etibarlı yükdaşıma həlləri təqdim etməyə yönəlmiş fəaliyyətimizi dəstəkləyir", - deyə "Silk Way West Airlines"ın əməliyyatlar üzrə baş direktoru Onno Pitersma bildirib.

"Bu müqavilə dnata-nın Sinqapurdakı güclü əməliyyat imkanlarını və Çangi Hava Limanı kimi dinamik və yüksək səviyyədə koordinasiya olunan aviasiya mərkəzində yük aviaşirkətlərinə etibarlı dəstək göstərmək bacarığını nümayiş etdirir. Biz Çangi Hava Limanı ekosistemində fəaliyyət göstərən tərəfdaşlarla sıx əməkdaşlıq edirik və komandamız bu işdən həqiqətən qürur duyur.

Bizim üçün əsas məqsəd sabit və etibarlı xidmət göstərməkdir. Bu, əməliyyat tələblərinin artdığı şəraitdə belə, hava gəmilərinin vaxtında qəbul edilib yola salınmasını, yük axınlarının fasiləsiz idarəolunmasını və yüksək xidmət standartlarının qorunmasını təmin etmək deməkdir. Bu nəticə yerli səviyyədə peşəkar komandaların, düzgün qurulmuş proseslərin və effektiv sistemlərin birgə fəaliyyəti sayəsində mümkün olur", - deyə Dnatanın Sinqapurdakı hava limanı əməliyyatları bölməsinin İdarəedici direktoru Tom Elvin-Cons bildirib.

Bu saziş "Silk Way Group" və dnata arasında uzunmüddətli tərəfdaşlığa əsaslanır və hazırda Amsterdam, Dubay, eləcə də İraqın bir sıra istiqamətləri daxil olmaqla əsas beynəlxalq bazarları əhatə edir. Dnata artıq aviaşirkətin genişmiqyaslı əməliyyatlarına dəstək göstərir, hər il 1 000-dən çox reysə xidmət edir və əhəmiyyətli həcmdə yük emal edir. Son dövrdə tərəfdaşlıq Azərbaycanın Ələt Azad İqtisadi Zonasında inşa olunan yeni yük hava limanında aviasiya xidmətləri mərkəzinin yaradılmasına yönəlmiş birgə müəssisə çərçivəsində daha da genişləndirilib.

Sinqapurda dnata Çangi Hava Limanında 30-dan çox aviaşirkətə geniş çeşidli aviasiya xidmətləri göstərir və hər il təxminən 250 000 ton yük emal edir. Qlobal miqyasda isə dnata 16 ölkədə 90-dan çox hava limanında yerüstü xidmət və yük emalı sahəsində fəaliyyət göstərir. 2025-2026 maliyyə ilində şirkətin komandaları 888 000-dən çox reysə yerüstü xidmət göstərib və 3.2 milyon ton yük emal edib.

Yeni müqavilə "Silk Way West Airlines"in etibarlı beynəlxalq xidmət təminatçıları ilə strateji tərəfdaşlıqlar vasitəsilə dayanıqlı qlobal yük əməliyyatlarını inkişaf etdirmək, həmçinin dünyanın müxtəlif bazarlarında müştərilərinə sabit xidmət keyfiyyəti və etibarlı yükdaşıma həlləri təqdim etmək istiqamətində fəaliyyətini bir daha təsdiqləyir.

"Silk Way West Airlines" haqqında

Əsası 2012-ci ildə İpək yolunun qəlbi sayılan Bakıda qoyulmuş "Silk Way West Airlines" şirkəti Heydər Əliyev Beynəlxalq Hava Limanındakı "Boeing 777F", 747-8F və 747-400F yük təyyarələrindən ibarət donanması ilə dünyanın müxtəlif ölkələrinə hər ay yüzlərlə uçuş həyata keçirir. Davamlılıq və səmərəlilik prinsiplərinə sadiq qalan "Silk Way West Airlines" 2030-cu ilə qədər donanmasını müasir "Boeing 777F", "Boeing 777-8F" və "Airbus A350F" təyyarələri ilə yeniləməyi planlaşdırır. Aviaşirkət Avropa, MDB, Yaxın Şərq, Asiya və Amerika qitələrində 40-dan çox istiqamətə yükdaşıma xidmətləri göstərərək, illik 500 000 tondan artıq yük dövriyyəsini idarə edir.

Paylaş

Xəbər lenti

İlbiz yumurtaları qızıl qiymətinə satılırmış - Fantastik məbləğ Bu gün, 14:48 Qaz cihazları ilə bağlı yeni qaydalar qüvvəyə mindi - Hansı avadanlıqları əhatə edir? Bu gün, 14:48 Namizəd Səfərov 7 il müddətə azadlıqdan məhrum edilib Bu gün, 14:48 Canlı yayımda nalayiq ifadələr işlədən tiktoker saxlanıldı Bu gün, 14:48 Azərbaycanlı müğənni: "Mənimlə duet oxumaq üçün 10-15000 manat ödəməlidirlər" Bu gün, 14:48 Azərbaycanəsilli aktyor keçmiş sevgilisi haqqında: "Baş rol təklifi gələndə məni tərk etdi" Bu gün, 14:48 Ramiz Mehdiyevin şikayətinə baxılıb Bu gün, 14:48 Xalq artistindən iddialı açıqlama: "Pisəm? xoş getdin!" Bu gün, 14:48 Uşaq geyimləri və məktəb ləvazimatları ilə bağlı yeni qaydalar hazırlanır Bu gün, 14:48 Bağça müəllimləri üçün sertifikasiya imtahanının tarixi dəyişdirilib Bu gün, 14:48 Azərbaycanda qanunsuz saxlanılan 35 odlu silah aşkarlandı Bu gün, 13:48 Azərbaycanda mühərrik və transmissiya yağlarının satışına yeni tələblər qoyula bilər Bu gün, 13:48 Özcan Denizin əmisi onun sərbəst buraxıldığını açıqladı Bu gün, 13:48 40 yaşlı Fahriye Evcenlə 61 yaşlı Oktay Kaynarcanın serialından İLK FOTOLAR Bu gün, 13:48 Sərxoş halda komando hərbçisini vurub öldürən sürücüyə hökm oxundu Bu gün, 13:48 Rafet El Roman: "Eşqi 68 yaşında tapdım" Bu gün, 13:48 Dekabrda bu bürclər üçün yeni iş fürsətləri yaranacaq Bu gün, 13:48 Hər evdə olan məşhur Yeni İl əyləncəsi ilə bağlı XƏBƏRDARLIQ Bu gün, 13:48 Xalq artisti Elmira Şabanova dəfn olundu Bu gün, 13:48 Hülya Avşarın qızı evlilik təklifi aldı - Ailə quracaq Bu gün, 13:48 Məşhur aktrisa 19 ildir psixoloqa gedir Bu gün, 13:48 Azərbaycanda beş məktəbə yeni direktor təyin edildi Bu gün, 12:48 Metroya yaxın tam təmirli mənzillər – Biləcəridə son seçimlər Bu gün, 12:48 Ermənistan "Tramp marşrutu" ilə bağlı müqaviləni təsdiqlədi Bu gün, 12:48 Efirdə qalmaqallı mübahisə: "Xanım başqa şeydir, arvad başqa" Bu gün, 12:48 Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü başlayıb Bu gün, 12:48 Dubaydan Bakıya gətirilən 166 min manatlıq zinət əşyaları gömrükdə aşkarlandı Bu gün, 12:48 Bu tarixdə gündüz cəmi 6 saat 59 dəqiqə davam edəcək Bu gün, 11:48 Həmin tarixi qapı bərpa edilir Bu gün, 11:48 ABŞ-nin bu ştatında fövqəladə vəziyyət elan edildi Bu gün, 11:48 Birbank-ın "Yığ və qazan" lotereyasının ilk tirajının qalibləri bəlli oldu Bu gün, 11:48 Çiyin-çiyinə döyüşdülər, bərabər həlak oldular - Şəhid qardaşların son fotosu Bu gün, 11:48 Ayxan Abbasov: "Barselona"nın baş məşqçisi "Sabah"la oyunda əziyyət çəkdiklərini etiraf etdi" Bu gün, 11:48 Yevlaxda övladlarına aliment verməyən ana məhkum edildi Bu gün, 11:48 "PAŞA Bank" X Beynəlxalq Bankçılıq Forumunda iştirak edib Bu gün, 11:48 Müəllimlərin işə qəbulu üzrə vakant yer seçiminin nəticələri AÇIQLANDI Bu gün, 11:48 Azərbaycan neftinin qiyməti 100 dolları ÖTDÜ Bu gün, 10:49 Azərbaycanda son 3 ildə elektromobillərin sayı 14 dəfədən çox artıb Bu gün, 10:48 Qazaxda partlayışda yaralanan ana və oğlunun vəziyyətləri açıqlandı Bu gün, 10:48 Hesablama Palatası ADSEA-da nöqsanlar aşkar edib Bu gün, 10:48 "Fitch" "Cənub Qaz Dəhlizi"nin kredit reytinqini təsdiqlədi Bu gün, 10:48 65 yaşında xərçəngdən vəfat etdi Bu gün, 10:48 "Sabah"ın qapıçısı Çempionlar Liqasında lider oldu Bu gün, 10:48 Azərbaycanda qar yağdı, güclü külək əsdi – FAKTİKİ HAVA Bu gün, 10:48 Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü keçiriləcək Bu gün, 10:48 Alisson Bekker "Liverpul" tarixində Çempionlar Liqasında məhsuldar ötürmə edən ilk qapıçı olub Bu gün, 10:48 Süni intellektlə hazırlanan videoları seçə bilməyin 5 YOLU Bu gün, 10:48 Qazaxda evdə partlayış olub: İki nəfər xəsarət aldılar Bu gün, 09:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR