
Bu gün Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə taxıl və gübrə göndəriləcək.
AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, bu ölkəyə 3 vaqon buğda, 2 vaqon arpa və 1 vaqon gübrə tədarük olunacaq.
Qatar saat 14:00-da "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola düşəcək, Böyük Kəsik stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.