
Cəlilabad rayonunda dörd nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.
AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, hadisə köhnə Ələt–Astara yolunun Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb.
"Zil" markalı yük avtomobili ilə "Kia" markalı minik avtomobil toqquşub.
Qəza nəticəsində yük maşını idarəetməni itirərək aşıb. Hadisə nəticəsində 4 nəfərin yaralandığı bildirilir.
Yaralılar xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.