
Abşeron rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, Novxanı qəsəbəsində 1977-ci il təvəllüdlü Əsədov Əlipənah Qurban oğlunun idarə etdiyi avtomobil beton maneəyə çırpılıb. Qəza zamanı sürücü və sərnişin, 2002-ci il təvəllüdlü İsmayılova Leyla Mehdi qızı xəsarət alıblar.
İlkin məlumata görə, qəzaya kəskin hava şəraiti səbəb olub.
Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatı araşdırılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.